Kənan. Bu şəhərin müqəddəsliyi Yaqub peyğəmbər və həzrəti Yusiflə
bağlıdır. Odur ki, onların adları Kənan toponimi ilə yanaşı çəkilir: Gözlərim
Yəqub tək kor olsun, ey İsanəfəs; // Kim, sən olan yerdə yad Yusifi-Kənan
qılay [6. S. 114]; Bu Nəsimi sübhdür kim, rövşən etdi çeşmimi; // Yoxsa buyi-
Yusifi-Misri ki, Kənandan gəlür [6. S. 18]; Çün sənin hüsnün misalı Yusifi-
Kənandir; // Yüzini hərkim ki, görməz, yoxdurur iman ona [9. S. 31]; Hər
zaman zari qılur miskin Xətai yar üçün; // Eylə kim, Yusif üçün Yəqubi-Kənan
ağladı [9. S. 384]. Son iki nümunədəki toponim ad birləşmələrindən
müqayisə kimi istifadə edilmişdir.
Nəcəf – Əlinin qəbri olan müsəlmanların müqəddəs şəhərlərindən biri:
Dürrü-Nəcəf həvadən asılmış qulağinə; // Çox danə-danə nəsnə tökülmüş
ayağinə; // Hey-hey, bu nə əqiqi Yəməndır? – dedim, dedi: Gözdən axan
cigərdəki qanındürür sənin [5. S. 51]; Şah eşiginə səcdə qılıbdur bu Xətai;
// Bəhri-Nəcəfə irdimü şəhvarə yoluxdum [9. S. 264].
Şəhər adlarının da əksəriyyəti Şərqlə bağlıdır:
Dostları ilə paylaş: |