20
Zöhrə –
Venera. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri, Günəş
sisteminin Günəşə yaxınlığına görə ikinci planeti, Aydan sonra Yerə ən yaxın,
Günəş və Aydan sonra ən parlaq göy cismi (Dan ulduzu, Karvanqıran).
Klassik şərq, o cümlədən Azərbaycan mifologiyasında gözəllik rəmzi, eşq
ilahəsi. Bu ulduz Orxon-Yenisey abidələrində nağıd [21. S. 370], «Qutadğu
bilig»də Sevit [25. S. 171], Mahmud Kaşğari «Divan»ında Təmürkazuk [26. S.
141], uyğur abidələrində Altun yulduz [24. S. 49] adları ilə verilmişdir.
Klassik Azərbaycan ədəbi dilində bu planetlərin adları ərəb, fars
dillərindən alınma terminlərdir. Həbibidə, Xətaidə Zöhrə planetinin adı fikri
daha qüvvətli ifadə etmək üçün digər planet adları ilə eyni beytdə, misrada
çəkilir: Yüzünə Zöhrə, Müştəri; // Mehr ilə Mah ögünməsin [5. S. 20]; Can
gözün, Mərrix qəmzən seyfi çün ənbər olur; // Tiri-Zöhrə, Mahi-Mehri-
asimanın, neyləyim [5. S. 35]; Hər müştəri boldu ana Zöhrə; // Rəqs etdi bu
bəzmə çərxi-möhrə [11. S. 344].
Xətai Zöhrə planet adının Nahid sinonimindən istifadə etmişdir: Bir
zərrə yüzi qatında xurşid; //
Bir ləmə cəmal qatında Nahid [9. S. 78].
Şairlər bürc (göydə Günəş dairəsinin bölünmüş olduğu on iki qismin
biri), kövkəb (göy cismlərinin hər biri, ulduz) sözlərindən də poetik
məqsədlərlə istifadə etmişlər: Ənasir, şeş cəhatü həft kövkəb; // Bu doqquz
cərxi-dəvvarım xərabat [5. S. 16];
Nə kövkəbdir bu, ya rəbb kim, günəşdən
nuri rövşəndir [5. S. 40].
Bürc,
kövkəb təyini söz birləşmələrində üslubi yüklə daha çox işlənmiş,
şeirləri təravətləndirmişdir: Cəm bülbülü kim, ovci fərəh bürcündən;
// Könlüm qəfəsini aşıyan qıldı yenə [6. S. 154]; Ey qulağından asılmışdur
Dostları ilə paylaş: