N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/94
tarix31.12.2021
ölçüsü0,92 Mb.
#112473
1   2   3   4   5   6   7   8   9   ...   94
Turkologiya-2011-2

 

Açar  sözlər:  onomastika,  toponim,  xoronim,  astionim,  kosmonim

planet,    klassik 

 

 



«Azərbaycan  bədii  təfəkkürünün  ən  fundamental  təzahür  olunduğu 

mənbə klassik poeziyadır. Azərbaycan klassik poeziyası sözün tam mənasında 

fəlsəfi  poeziyadır  və  çox  elmlər  üçün  –  ədəbiyyat,  dilçilik,  tarix,  təbabət, 

fəlsəfə  və  s.  zəngin  material  verəcək  mənbədir»  [1.  S.  5].  Həqiqətən  də, 

klassik poeziyada  insan, onu əhatə edən maddi dünya, insana  məxsus sevgi, 

məhəbbət, mənəvi-ruhani saflaşma, bilik, kamillik kimi  yüksək keyfiyyətləri 

şairlər müxtəlif janrlardakı əsərlərində sənətkar qələmilə bədii obrazlı şəkildə 

tərənnüm  etmişlər.  Bunları  xalqımızın  böyük  klassikləri  Nizami,  Nəsimi, 

Xətai, Füzuli və digər yazıçılarımızın yaradıcılığında görürük. Odur ki, klassik 

ədəbi  dilimizi  –  onun  söz  xəzinəsini  dilin  müxtəlif  səviyyələrində  hərtərəfli 

tədqiq etmək ədəbiyyatımızın, dilimizin tarixini, onun poetikasını, söz sənətini 

öyrənmək baxımından faydalıdır, gərəklidir. 

Xalqın tarixini özündə əks etdirən onomastik vahidlər Azərbaycan dili 

lüğət  tərkibinin  ayrılmaz  hissəsini  təşkil  edir.  Bu  vahidlər  hər  bir  xalqın 

ТЦРК ОЛОЭИЙА   



 

ictimai-tarixi  keçmişi,  onun  məişəti  ilə  sıxı  surətdə  bağlıdır.  «Toponimlər 



xalqımızın  tarixi  dili  və  coğrafiyası  ilə  bağlı  adlardır.  Onlarda  xalqımızın 

etnogenezində vaxtilə iştirak etmiş, sonralar qaynayıb-qarışaraq aradan çıxmış 

tayfa  və  qəbilələrin,  onlara  məxsus  tirə  və  nəsillərin,  ayrı-ayrı  şəxslərin 

qalaların dini sitayiş yerlərinin və s. adları qalmışdır» [2. S. 139].  

Bu  vahidlərin  dilçilik  baxımından  tədqiq  edilməsi  xalqın  tarixinin 

öyrənilməsi,  digər  tərəfdən,  bədii  ədəbiyyatdan  onomastik  vahidlərin 

seçilməsi,  tədqiq  olunması  poetik  onomastika  məsələlərinin  həlli,  klassik 

ədəbi dil materialları əsasında işlənməsi isə tarixi onomastika üçün faydalı ola 

bilər. Çünki  Azərbaycan onomastikasının öyrənilməsi  mənbələrindən  biri də 

qədim  və  orta  əsr  yazılı  abidələrimizdir.  Bədii  ədəbiyyatda  işlənmiş 

onomastik  vahidlərlə  bağlı  S.  Mollazadənin  də  fikrini  yada  salmaq  yerinə 

düşər:  «XIII–XIX  əsrlərə  aid  yazılı  abidələrimiz  Nəsimi,  Kişvəri,  Xətai, 

Füzuli,  Əmani,  Qövsi  Təbrizi,  Vaqif,  Vidadi  kimi şairlərimizin  əsərlərindən 

toponimləri  toplamaq,  işləmək,  Azərbaycan  toponimikasının  elmi-nəzəri 

cəhətdən  daha  da  inkişaf  etdirilməsi  üçün,  xüsusən  tarixi  toponimika 

məsələlərinin  işıqlandırılması  üçün  bir  sıra  maraqlı  və  giymətli  faktlar  verə 

bilər» [3. S. 113]. 

Onomastik  vahidlərdən  bədii  ədəbiyyatda  geniş  istifadə olunur,  bu  da 

daha çox janr və mövzularla bağlı olur. «Dilin ümumi leksik sistemində ono-

mastik leksikanın xüsusi mövqeyi vardır. Buraya daxil olan vahidlər müxtəlif 

cəhətlərinə görə ayrı-ayrı sistem və yarımsistemlər təşkil edir» [4. S. 274]. 

Azərbaycan  dilçilik  ədəbiyyatında  onomastik  vahidlər  antroponimlər, 

etnonimlər, toponimlər, hidronimlər, zoonimlər, kosmonimlər, ktematonimlər 

qrupları  altında  təsnif  olunur.  Məqalədə  toponimlər  və  kosmonimlərdən  bəhs 

olunur. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin