gəldi. X a n m u r a d. Necə yəni güc gəldi? [2. S. 173].
İ. Əfəndiyevin dramaturgiya dilindəki daxili obyektli təkrarların bir
hissəsi, fikrimizcə, tarixi frazeologizmlərdən istifadə nəticəsində əmələ
gələnlərdir. Məsələn, gəliş gəlmək təkrar ifadəsi xalq frazeologiyasının
məhsuludur -iş şəkilçisi ilə birləşmənin asılı tərəfi isimləşmişdir, ikinci tərəf
isə məsdərdir. İfadə bütövlükdə məcazi məna ifadə edir. «Bahar suları»
dramında Qalmaqal Mədəd Narıngülə qəzetdə onun haqqında tənqidi yazının
olduğunu deyəndə, Narıngül əsəbiləşərək aşağıdakı mətn parçasında həmin
ifadəni aktuallaşdırır: N a r ı n g ü l. Yoxsa bizi üzüyola görmüsünüz? Vallah,
o Gülzardı, nədi, ona bir gəliş gələrəm ki, babası dəli Xankişinin toyu yadına
düşər! Bu da sözdür? [2. S. 175].
İ. Əfəndiyev üslubi yığcamlıq yaratmaq üçün bəzən mürəkkəb
cümlənin komponentlərində (hər iki komponentində) təkrar ediləsi mümkün
olan feli xəbərin birini ixtisar edir, məs.: N a r ı n g ü l. Kolxozdur, sənin əmrin
Dostları ilə paylaş: |