N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə63/94
tarix31.12.2021
ölçüsü0,92 Mb.
#112473
1   ...   59   60   61   62   63   64   65   66   ...   94
Turkologiya-2011-2

 

Açar  sözlər:  müasir  Azərbaycan  dili,  sintaktik  omonimlik,  ismi 

birləşmələrin  omonimliyi,  kommunikasiya  prosesi,  dil 

vahidlərinin informativ yükü 

 

 



Sintaktik  omonimlik  hadisəsi  dilin  sintaktik  səviyyəsində  təzahür  edən      

dil  faktı  olub,  bu  və  ya  digər  dərəcədə  sintaktik  səviyyənin  bütün  vahidlərini 

əhatə  edir.  Bu  baxımdan  söz  birləşmələrinin  də  omonimliyi  tədqiqat  üçün 

maraqlı faktlar ortaya çıxarır. Söz birləşmələrinin omonimliyi dedikdə, sintaktik 

səviyyənin  vahidləri  olan  sərbəst  söz  birləşmələrinin  omonimliyi  nəzərdə 

tutulur; məna baxımından bir sözə  ekvivalent olan və leksik səviyyənin vahidi 

hesab olunan sabit söz birləşmələri bu tədqiqata daxil edilmir. 

Sərbəst  söz  birləşmələrinin,  o  cümlədən  onun  böyük  bir  qolunu  təşkil 

edən ismi birləşmələrin omonimliyi tədqiq olunarkən bu birləşmələrin quruluşu 

və daşıdığı  informativ  yükü  ilə  bağlı  bütün özünəməxsus  keyfiyyətləri  nəzərə 

alınmalıdır.  Leksik  səviyyənin  vahidi  olan  sözün  omonimliyi  ilə  müqayisədə 

söz  birləşməsinin  omonimliyi  özünün  mürəkkəb  təbiəti  və  meydanaçıxma 

xüsusiyyətləri  ilə  seçilir.  Çünki  əgər  omonimlik  sözlərdə  məna  və  formanın 

müxtəliftərəfli münasibəti əsasında yaranmış olursa, sərbəst söz birləşmələrində 

onun  meydana  çıxması  daha  da  mürəkkəbləşir.  Buna  səbəb  sərbəst  söz 

birləşməsinin dilin daha yüksək səviyyəsinin vahidi olması və bununla əlaqədar 

mürəkkəb  quruluşa  malik  olmasıdır.  Sərbəst  söz  birləşmələrinin  omonimliyi 

ТЦРК ОЛОЭИЙА   

4 «Тцрколоэийа», № 2 



 

50 


onların  tərkib  hissələrinin  ayrı-ayrılıqda  ifadə  etdiyi  mənaların  omonimliyi 

deyil,  struktur-semantik  bütövlüyə  malik  olan  bu  konstruksiyaların  özlərinin 

ifadə  etdiyi  mənanın  omonimliyidir.  Həmçinin  sərbəst  söz  birləşmələrindəki 

omonimliyin  mürəkkəb  təbiətə  malik  olması  sözlərdən  fərqli  olaraq  onların 

əşyaları,  hadisələri təcrid olunmuş  şəkildə deyil,  bir-biri  ilə qarşılıqlı  əlaqə  və 

münasibətdə ifadə etməsi ilə bağlıdır. Söz birləşmələrinin ifadə etdiyi məna bu 

əlaqə və münasibətlər əsasında formalaşır. Bu da bir daha sübut edir ki, sərbəst 

söz  birləşmələrinin  omonimliyi  onun  tərkib  hissələri  arasındakı  məna  və 

qrammatik  əlaqələrin  yaratmış  olduğu  omonimlikdir.  Bu  hadisəni  məna  və 

qrammatik əlaqələrin fonunda təzahür edən dil faktı kimi də qiymətləndirmək olar. 

Fikrimizi aydınlaşdırmaq üçün söz birləşmələrinin ilk sistemli tədqiqini 

aparmış Y. Seyidovun «Azərbaycan dilində söz birləşmələri» kitabında verilmiş      

aşağıdakı qeydə diqqət yetirək: «Söz birləşmələri sözlərin məna və qrammatik 

cəhətdən 

əlaqələnməsindən 

əmələ 


gəldiyinə 

görə, 


birləşmələrin 

komponentlərinin  münasibətindən  bəhs  edərkən  hər  iki  cəhəti  nəzərə  almaq 

lazımdır.  Bunlardan  biri  söz  birləşmələrinin  daxili  mahiyyətini,  ikincisi  isə 

xarici-formal cəhətini təşkil edir» [1. S. 83]. 

Müəllifin yuxarıda qeyd olunan fikri bir daha sübut edir ki, sərbəst söz 

birləşmələrində  təzahür  edən  omonimlik  hadisəsini  tədqiq  edən  zaman  da 

həmin  cəhətlərin  nəzərə  alınması  zəruridir.  Çünki  hər  hansı  bir  dil  vahidinin 

təbiətinə  xas  olan  cəhətləri  nəzərə  almadan  onda  baş  verən  hər  hansı  bir  dil 

hadisəsinin  də  mahiyyətini  hərtərəfli  açmaq  və  həmin  hadisənin  dildəki 

mövqeyini  düzgün  şəkildə  qiymətləndirmək  mümkün  deyildir.  Zənnimizcə, 

dilçiliyimizdə  sərbəst söz birləşmələrində təzahür edən omonimlik hadisəsinin 

tədqiqatdan  kənarda  qalmasının  əsas  səbəbi  məhz  bu  cəhətin  nəzərə  alınma-

masıdır. Sözün mənasının söz birləşməsi daxilində dəqiqləşməsi, çoxmənalılıq-

dan,  omonimlikdən  məhrum  olması  və  sözün  mümkün  olan  mənalarından 

yalnız birinin söz birləşməsi daxilində aktivləşməsi kimi dilçiliyin sintaksis böl-

məsində özünə möhkəm yer tutmuş və elmi cəhətdən əsaslandırılmış fikirlərin 

sintaktik omonimlik  hadisəsi  ilə  düzgün  əlaqələndirilməməsi  uzun  müddət  bu 

hadisənin  tədqiqatdan  kənarda  qalmasına  səbəb  olmuşdur.  Yuxarıda  da  qeyd 

etdiyimiz kimi,  sintaktik omonimlik hadisəsi tədqiq olunan zaman söz birləş-

mələri  sözlərin  adi  yığını  kimi  deyil,  özünəməxsus  keyfiyyətlərə  malik  olan 

müstəqil dil vahidi kimi nəzərdən keçirilməlidir.  

Söz  birləşmələrinin  omonimliyini  tədqiq  edərkən  rus  dilçiliyinin  bu 

sahədə  əldə  etdiyi  elmi  yeniliklərdən  və  təcrübədən  istifadə  etmək  daha 

məqsədəuyğundur.  Çünki  sintaktik  omonimlik  hadisəsinin  tədqiqində  50  illik 

təcrübəyə malik olan rus dilçiliyində omonim söz birləşmələri də geniş şəkildə 

tədqiq  olunmuşdur.  Rus  dilçiliyində  omonim  söz  birləşmələri  sintaktik 

omonimlik  hadisəsinin  разметочная  омонимия  adlanan  tipinə  daxil  edilir. 



 

51 


Sintaktik  omonimlik  hadisəsinin  bu  tipi  forma  və  tərkib  hissələri  arasındakı 

sintaktik əlaqələrin müxtəlif cür şərh edilməsi ilə xarakterizə olunur [2]. 

Bu sahədə aparılan tədqiqatlar arasında N. P. Kolesnikovun tədqiqatları 

xüsusilə  seçilir. Öz  fikrini dilimizdəki III  növ təyini  söz birləşmələrinə uyğun 

gələn  приглашение  учителя,  приём  министра,  вызов  сенаторов


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin