vasitə olmuşdur. Bu baxımdan qeyd edilən türk dillərinin semantik və
71
morfoloji ifadə imkanlarının müxtəlifliyi, funksional-genetik yaxınlığı-
nın müəyyənləşməsi baxımından şəkilçilərin hərtərəfli səciyyəsi, onların
mənşəyi, inkişaf istiqamətləri aydınlaşdırılması olduqca əhəmiyyətlidir.
Çünki, tarixən böyük inkişaf yolu keçmiş şəkilçilər bəzən köklə birlikdə
qəlibləşmiş, bəzən fonetik və semantik dəyişikliyə məruz qalmış,
funksionallıq baxımından işləklik və ya passivlik qazanmışdır. Haqqında
danışdığımız şəkilçilər də oğuz qrupu türk dillərində söz yaradıcılığının
nə qədər geniş və rəngarəng imkanlara malik olduğunun bir
göstəricisidir. Feldən isim düzəldən şəkilçilərin müasir dillərdə ən
məhsuldarlarından olan -ma
2
, -ış
4
, -ıntı
4
, -tı
4
, -aq
2
, -ıq
4
kimi şəkilçilər də
bu yollardan keçmiş və dilin inkişaf tarixinin böyük bir qisminin
daşıyıcısına çevrilmişlər.
Dostları ilə paylaş: