Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   10   11   12   13   14   15   16   17   ...   65
2016-2403

 
 
 
 
 


 
91 
*****            ******           ****** 
 
Orxan  bardanı  lapetdən  yerə  atanda  gördü  yenə  dünənki 
yerlərində kampaniya qurulubdu və oradan “vayy dəddə vayy” 
deyən bir qız səsi ucaldı. Natellaydı bu, nidası da Orxanın yerə 
saldığı bardanın iriliyinə görəydi. Lapet sürənə “sağ ol” deyib 
dil a
ğız  edib  yola  salan  kimi  kampaniyaya  sarı  yönəldi.  Düz 
saat  üç  idi.  Hamı  istirahətdəydi,  bölük-bölük  olub  sahəyə 
dağılışmışdılar.  Yemək  götürməyən  əksəriyyət  isə  maşınlara 
doluşub  olacaqları  yaxınlığında  onlara  xidmət  edən  yemək-
xanaya getmişdilər. 
Halı yamanca pərişandı, unuda bilmirdi Sürəyyanı, onun 
gah  sərtlənib  acılanan,  gah  mülayimləşib  qayğıkeş  olan  gözəl 
çöhrəsini,  ilıq  təbəssümünü,  ney  kimi  incə  səsini,  oxuşunu, 
kürəklərinə  bağlayıb  qoşaladığı  sıçraşan  saçlarını,  gözlərində 
gilələnən göz yaşlarını, son ucu da onun belə mərdliyini. Məst 
kimi olmuşdu duyğularından, səyəlləklənə-səyəlləklənə yeriyir-
di. Içmək istəyirdi könlü. Guya bəs deyilmiş ona içində tuğyan 
edən bu selli-fırtınalı duyğular. Içib, dumanlanmış başını daha 
da  dumanlandırmaq,  bir  ınıriyə  çevirmək  istəyirdi.  Ya  elə 
keyidib  başını,  xilas  olmaq  istəyirdi  bu  duyğu  qasırğasından 
ınırıyındən.  Bu  baxırdı  işin  gedişinə,  içkinin  ona  necə  təsir 
edəcəyinə. 
Kampaniya  elə  dünənki  heyətdəydi,  təkcə  İra  artmışdı. 
İranın qaşı-gözü sürmələnmiş, koppuş yanaqları bəsdi deyincə 
kremlənib pudralanmış, sürtülmüşdü.  Dırnaqlarının ucu caynaq 
kimi irəli uzadılmışdı və onun Zahidə xoş gələn cəhətlərindən 
biri  də  elə  bu  idi.  Ümumiyyətlə  Natellayla  Zərifədən  başqa 
kremlənib pudralanmamış, dırnaqlarını uzatmamış  yuxarı kurs 
tələbəsi  tapmaq  institutda  müşkül  işdi.  Söz  düşəndə  Natella 
deyirdi:  "Allah-t
aala özü xanım yaradıb məni, özü sığal çəkib, 
ağlıq qırmızılıq verib mənə!" 

Ə, o yekkə bardan mənölüm səninkiydi? 

Yox, hamımızındı. 


 
92 

Sən Sahibovun canı sən gətirmisən onu? 

Mən gətirmişəm Natella, niyə and verirsən? 

Ə vallah oğulsan!.. 
Badələr  dolub  qırmızı  şampanskiylə,  süfrədə  nə  desən 
var.  əcəb  məclisdi  bu  məclis!  Amma  içmək  istəyir  Orxan, 
yemək istəmir. Özü də bərk içki! 

Arağınız hanı bəs, Sahibov? 

Araq nədi bu istidə? 

Şampanski də bir kar eləməyəcək. 

Noolub ə, yenə nə bərk qızarmısan? Lap Şotlandiyalıya 
oxşayırsan!  Qaşını-qabağını  nə  tökmüsən  ə  belə?  Iki  gündü 
vallah,  tamam  ləvinini  dəyişmisən.  Sabah  olanda  çıxıb 
gedirsən,  günorta  bir  dolu  bardanla  qayıdıb  gəlirsən.  Heç 
bilmirik özün y
ığırsan, özgəyə yığdırırsan, satın alırsan? 

Onda bu nazik stıkanı lap silələmə doldu Sahibov! 

Mən ölüm doldur alə, mənim də payımı tök mənölüm  -
Zahid şirin gülə-gülə Sahibova üz vurdu. 

Bu sənin silə stəkanın! Söz də sənindi! 

Söz də? 

Söz də!.. 

Onda  bir  hekayət  danışacam  sizə,  bir  olmuş  əhvalat. 
Ancaq qoyun hələ bu stəkanı içindəkindən xilas edim. 

Xilas elə, can qərdəşüm! 
Orxan  stəkanlı  bir  su  içən  kimi  içib  dodaqlarını  əlinin 
arxasıyla silərək hekayətinə başladı: 

Məni yəqin instituta qəbul zamanı görmüş olardınız. 

Paho!.. Əcəb yaradılışdın onda! 

Ə, mən ölüm yadımıza salıb ürəyimizi bulandırma! 

Mən  hələ  onda  təp-təzə  geyinib  bəzənmişdim  səki. 
Təsəvvür edin: indi o danışdığım vaxtda əynimdəki qalınçamla, 
başımdakı qulaqlı papağım, ayağımdakı saldat sapoğumla məni 
görsəydi  necə  ağzın  burardı  Natella!  286  nömrəli  tibb  arayışı 
almaq  üçün  vərəm  dispanserinə  gedib  rengenə  düşməliydim. 
Şəhərin,  kəndlərin  ali  məktəblərə  gedəsi  uşaqları  da  arayış 


 
93 
almağa gəldiklərindən bərk basabas vardı. Məndən qabaqda lap 
təsadüfən  sarışın  bir  şəhər  qızı  dayanmışdı.  Qızın  əynində 
sarımtıl  rəngdə  qabardin  kostyum  vardı.  Qoşa  qızılı  hörükləri 
topuğunaca sallanırdı... 

Lap Natellanın hörükləri kimi. 

Heyf çox tez kəsdidi! 

Əşi, öz sözünüzü danışın, qoyun görək nə deyir bu! 

Bəli,  Natellanın  hörükləri  kimi.  Qızın  bu  hörükləri, 
əyninə  şux  yaraşan  kostyumu,  şax  duruşu  aparmışdı  məni. 
Toxunmağa da heyfim gəlirdi ona. Geridən gələn basabas mənə 
çatıb dayanırdı. Ayağımı yerə dirəyib, əllərimi divara söykəyib 
güclə  saxlayırdım  basabasın  qabağını.  Istəmirdim  basırığa 
düşüb  inciyə  qız.  Birdən  qız  qayıdıb  geri  baxdı.  Təəccübdən 
gözləri  böyüdü  qızını:  “Bu  nədi  ə  belə?  –dedi-bu  iyul  ayında 
qalınca, qulaqlı papaq nədi, bu sapoq nədi? Bişmirsən istidən? 
Hardan gəlmisən ə, bura?” “Kənddənəm”-dedim. 

Hansı kənddənsən ə? 

Üstü açıq kənddən! – yoldaşım dedi. 

Mal otarırsan ə, nəyə gəlmisən bura? 

Sən nəyə, mən də ona! 

Yox bir! Instituta girəssən ə sən? Hansı instituta? 
- Tibb institutuna! 

Səndən oxuyan olar ə, bir sürüş bayıra! 
Bunu  deyib  qız  hirslə  çiynimdən  çəkdi.  Mən  gerini 
saxlamışdım,  irəlidən  bir  balaca  çəkən  olsa  yıxılasıydım, 
yıxıldım  da.  Mənim  saxladığım  basabas  qızı  götürüb  qarşı 
divara çırpdı. Bir kənara çəkilib maddım-maddım qıza tamaşa 
edirdim.  Onun  sözləri  öldürmüşdü  məni,  ruhumu  sarsıtmışdı. 
Amma  yenə  gözlərimi  çəkə  bilmirdim  qızdan.  Hələ  18  yaşım 
vardı,  yenicə-yenicə  ayılıb  başa  düşürdüm.  Kənd  uşaqlarının 
eləsi olur 18-19 yaşlarında da ayılmır hələ. Mən də belələrindən 
idim. Anc
aq bu qız ayıltmışdı elə bil məni. Ömrümdə hələ bu 
geyimdə,  bu  gözəllikdə  qız  görməmişdim.  Alnında  narınca-
narınca sızaqları vardı. Bu sızaqlar min dəfə də gözəlləşdirirdi 


 
94 
qızı, çünki qərinə yaşının əlamətləriydi. Di gəl bu dünya gözəli 
bilib tamaşasına daldığım qız bir az əvvəl lağ edib, qaranlıq bir 
aləmə atmışdı məni. 

Ə,  qanımızı  qaraltın  lap  sən!  –  Natella  ağzını-gözünü 
burdu. 

Doğrudan da heç yaxşı hekayət söyləmədin bizə. 

İkinci dəfə deyin harada rast gəldin o qıza? 
-  Paho-o-
o!  Ə,  yoxsa  iki  gündən  bəri  belə  dəyişməyin 
ondandı? Deyirəm axı, nooolub bu Şotlandiyalıya! 

İkinci dəfə mən ona qəbul zamanı, kimya imtahanında 
rast  gəldim.  Biletimə  baxdım  gördüm  suallarımın  hamısını 
əzbər  bilirəm.  Heç  vərəqə  yazmağı  da  artıq  bildim,  ərindim 
yaz
mağa.  Bekarçılıqdan  cavab  verməkdə  olan  uşaqların 
cavablarını  dinləyirdim.  Bir  də  gördüm  budu,  haman  o 
dispanserdə  gördüyüm  qız  çıxdı  yazı  taxtasına.  Bir  sualı  elə-
belə  danışdı,  yarı  düz,  yarı  səhv.  Ikinci  suala  keçdi.  Burda 
dolaşdı qız. Bir reaksiyanı yazmalıqdı, di gəl bilmirdi yazacağı 
tərkib H
2
SO
4
-dü, yoxsa H
2
CO
3
-dü H
2
-
ni taxtaya yazıb qayıdıb 
bəri  boylanırdı  görsün  yerdən  bir  kəs  bilib  işarə  verərmi? 
Amma  yerdən  də  deyən  yox  idi,  hamının  başı  qarışmışdı  öz 
suallarına cavab yazmağa. Ağbaş müəllim acıqlandı qıza: “Ay 
qız, nə durmusan, vaxtımız gedir axı, yazsana!” Qız bilmirdi S 
yazsın, ya C yazsın? Təbaşiri dolayısına tutub ağ bir ləkə saldı 
taxtaya,  guya  yazırdı,  qoca  müəllim  də  görə  bilməyib  hesab 
elədi  bəlkə  yazıbdı  qız.  Müəllim  çeşməyini  taxıb  diqqətlə 
baxaraq 
oxuya bilmədi yazını: “Ay bala nədi o yazdığın, bir az 
iri yazsana?” Qız indi daha iri bir ləkə yazdı taxtaya. Gözü də 
elə  bəridə,  geri  durdu  ki,  oxusun  müəllim.  Ləkənimi 
oxuyacaqdı müəllim? Kişi lap əsəbiləşdi: “Ay qız oyun oynama 
bizimlə!  Yazırsan  yaz,  yazmırsan  deynən  bilmirəm!”  Bu 
vaxtaca  yekə  bir  S  hərfi  yazıb  qaldırdım  göyə.  Dərhal  gördü 
qız.  Görüb  də  hirslə  S  hərfini  taxtanın  bir  başından  hərləyib 
bütün  eni  boyda  dolandırıb  təbaşırı  elə  aşağı  çəkdi  ki,  hərfin 
qaytarmasına tay taxta sığmadı. “Ay müəllim iri demirsən? Bu 


 
95 
da  iri!”  Qızın  bu  hirsinə,  hərəkətinə  gözləri  yaşarınca  güldü 
müəllimlər.  Heç  o  biri  sualını  soruşmayıb  qıza  “5”  qiymət  
yazdılar. Desəniz kimdi o qız? 

Bu  ikincisi  mən  olmuşam!  –  Natella  qıp-qırmızı  oldu. 
Bu  əhvalat  mənim  başıma  gəlib,  ancaq  bilməmişəm  kim 
göstərib o tərkibi. Kimsə vərəqə yazıb göstərdi, düz deyir! 

Birinci qız da sən idin Natella! 

Ola bilməz!  

Canın üçün sən idin! 

Demək qəlbinə dəymişəm! 

Sözümün  canı  var,  Natella.  Ondan  sonra  da  yüz  dəfə 
dəymisən qəlbimə, ancaq mən elə yenə də çox istəyirəm səni! 

İstəyirəm nədi, ay Orxan, nə mənada? – Fəridə dedi. 

Hər mənada! 

Bir qardaş kimi istəyir Orxan məni! 

Yox, Natella, qardaş sevgisi deyil bu. 

Gecikmisən axı? – Fira uğunub  getdi. Zira kürəklərinə 
döyməyə başladı Firanın. 

Gecikməmişəm.  Mən  sevirəm  Natellanı,  bütün  ömrüm 
boyu  sevəcəyəm  də!  Bax,  bu  badıni  də,  mən  öz  qəlbimdən 
alışan o oda görə içdim. Di sağ olun siz!.. 
Orxan gülümsünə-gülümsünə, keyfi kök halda məclisdən 
durub  getdi  və  o  tərəfdə  oturuşmuş  rus  sektorunun  qızlarına 
qoşulub onlarla kart oynamağa başladı. 
Istirahət qurtarıb hamı yenidən isə başlayanda Adil gəlib 
onu hamıdan xəlvət gizlin bir guşəyə çəkdi. Qaşları dartılmışdı 
Adilin, üzündən zəhər yağırdı. Hələ bu günə kimi Orxan Adili 
bu  vəziyyətdə  görməmişdi.  Görən  nə  xəbər  var  Adildə?  Niyə 
bu ləvinə düşüb Adil? Lakin Adil səbr edə bilməyib özü açıldı: 

Bilirsənmi, sən gedəndən sonra nə kökə düşdü Natella? 

Nə kökə düşdü? 

Hönkürüb  ağladı.  Güclə  kiridə  bilmişik.  Yəqin  hesab 
elədi sataşırsan ona? 

Belə sataşmaq olardı? 


 
96 

Gerçəyinmiş  demək?  Ağlını  itirmisən  nədir?  Heç 
bilirsən  bu  beş  ildə  o  Elxanla  nə  hoqqalar  çıxardıb?  Beş  ildi 
yığılışmırlar küçələrdən! Hər oyun açıb Elxan onun başına! 

Gözüm kordu? Niyə bilmirəm? 

Bə, bilirsən niyə eşq elan edirsən ona? Alacaqsan indən 
belə onu? Qurumsaq olacaqsan? 

Nə  danışırsan  Adil,  almaq  nədi?  Məni  beləmi  başa 
düşürsən? Çox sağ ol! 

Bə, sənin o nağılını necə başa düşək? Nə demək idi o? 

Mən qəlbimdən keçəni dedim Adil, onun əsil qiymətini 
anlatdım  ona!  Amma  bilki,  mənim  ağlım  birinci,  duyğum 
ikincidi! 

Bax, Orxan, vicdanım haqqı, o qız səni ələ gətirib eləsə, 
havax olur-
olsun, eşitsəm sən onu almısan, toyuna gəlib elə toy 
gecəsi bu bıçaqla öldürəcəm səni! 
Adilin gözləri hədəqədən çıxmışdı. Cibindən çıxardığı fin 
bıçağının  knopkasını  basan  kimi  bıçaq  şaraqqıltıyla  açıldı. 
Adilə bax! Gör kimmiş Adil. Bu dinməz-söyləməz Adil! Lakin 
ol
duqca ağır, olduqca ağıllı Adil!  

Mən səni qeyrətsiz görüncə, ölmüş görsəm yaxşıdır. Beş 
ildi  mən  səninlə  çörək  kəsirəm.  Bir  günümüz  ayrı  keçməyib 
institutda  bir-
birimizdən.  Hələ  mən  səni  bu  cür  axmaqlayan 
görməmişəm! 

Yox,  Adil,  Natella  yaxşı  qızdı.  Ancaq  səhv  eləyib,  elə 
birinci  gündən  səhv  eləyib.  O  Elxanın  rəis  atasına, 
pəhlivanlığına  vuruldu.  Amma  o  gərək  biləydi  ki,  Mirzə 
İbrahimov  demişkən,  indiki  zəmanədə  oğulun  fərsizi  pəhlivan 
olar! 

Səhv eləyib özünə, bizim işimiz deyil. 

Hər halda onu ayıltmaq borcumuzdu. 

Nəsə düz iş görmədin. Bəlkə Natella elə hesab eləyəcək 
sən gerçəkdən sevirsən onu. 

Natella beş il bundan qabaq hiss eləyib bunu. Ancaq bu 
sevgi hüsn-
rəğbətdən  o  yana  deyil.  Bu  hüsn-rəğbət  isə,  ona, 


 
97 
səndə də var. Düzünü boynuna  al. Natella Elxanla nə pəstaha 
çıxarıb  öz  işidi.  Ancaq  görmüsən  Elxandan  başqa  bir  kəsə 
qadınlandığını, yaxıldığını, gəzdiyini? Biclik bilən deyil o! İlk 
gündən  Elxanı  görüb  vuruldu  Elxana.  Elxanı  neçə  dəfələrlə 
küçədə başqa qızlarla görüb, atıb Elxanı, xəyanət edib Elxana? 
Heç  olmasa  əvəz  çıxmaq  istəyib?  Yox!  Çünki,  təmiz  qızdı 
Natella, saf qızdı. Həm də olduqca çox güzəştlərə gedir Elxana. 
Onun da ayağı yer alır gəldikcə. İndi də anlayıb səhv etdiyini 
ancaq  gecdir.  Bu  səhvi  düzəltmək  olmaz.  Ağlamağı  da  ona 
görədi.  Qaldı  Natellayla  mənim  münasibətimə,  o  mənim  nə 
axtardığım deyil, nə görmək istədiyim deyil. Heç sən bilsən bu 
saat mənim qəlbimdə nələr var, mənə bu sözləri deməzsən! 
Bu  söhbətdən  sonra  Adilin  rəngi  üstünə  gəldi.  Fin 
bıçağını  qatlayıb  cibinə  qoydu.  Daha  bu  barədə  heç  biri  bir 
kəlmə danışmadı. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin