Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   14   15   16   17   18   19   20   21   ...   65
2016-2403


partlamaq ist
ədi. "Belə də qız olarmı Allah, belə də atəş olarmı? 
Bir  barmaq  toxundurmasından  gör  nə  hala  düşüb,  gör  nələr 
deyir  mənə,  ürəyinin  sirrini  etiraf  edir!"  Bəs  bu  vəziyyətdən 
necə  qurtaracaq  onlar?  Kim  gəlib  qurtaracaq,  haçan  gəlib 
qirtaracaq?  Bəlkə  yaxınlaşıb  bir  mehribanlıq  göstərsin  qıza, 
saçından  tutsun,  qaldırıb  gözlərinin  dərinliyinə,  kipriklərinin 
uzunluğuna,  gözəl  çöhrəsinin  əfsanəliyinə  baxsın?  Heç 
insafdımı, kişilikdirmi bu? Bir barmaq toxunmasından uçalanıb 
yıxılan  qız,  bir  əl  dəyilməsinə,  bir  isti  nəfəs  təmasına    necə 
dözəcək,  neyləyəcək?  Heç  onun  özünün  dizlərində  bir  taqət 
qalıbmı  bir  addım  ata,  bir  əyilib-qalxa,  bir  yaxınlaşa  qıza? 
Birdən  Sürəyya  çul  kimi  düşdüyü  yerdən  qalxıb  ona  doğru 
atıldı,  bircə  addım  atıb  dayandı,  odluca  bir  baxış  doldurdu 
gözlərinə.  Orxana  elə  gəldi  indicə  qol  açıb  boynuna  sarılacaq 
qız,  odlu  sözlər  ərmağan  edəcək  ona.  Amma  atdığı  bu  bircə 


 
117 
addım  oldu.  Sonra  birdən  qəfil  dönüb  bir  göyərçin  sürətiylə, 
dünənki  kimi,  dünənkindən  daha  bərk  kolxozçulara  doğru 
qaçdı.  Külək  apardı  elə  bil  qızı  fırtına  götürüb  apardı.  Elə 
sürətlə apardı, Orxan bir də huşdan ayılıb özünə gələndə, ağlı 
üstünə  qayıdanda  artıq  kolxozçulara  yaxınlaşmaqdaydı  qız. 
Bəlkə  o  da  ardınca  qaçsın  qızın?  Ayıb  deyildimi? 
Deməzdilərmi  bu  nə  qaçdı-qovdudu  belə?  Sürəyyanın 
adamlarıdı  yəqin  onlar,  tanıyırlar  qızı,  bilirlər  kimliyini,  o  da 
ardınca  düşüb  getsə  ləkə  gəlməzmi  qızın  adına,  deməzlərmi 
kimdi bu oğlan ardınca düşüb? Sormazlarmı ondan? 
Bir də heç ayaqları vardı qaça? Tir-tir titrəyirdi qolu, qıçı, 
dizləri. Görən o qız necə tərpənə bildi, qaça bildi bəs? Haradan 
tapdı belə bir gücü özündə? Axı bircə an əvvəl qıçları ayaqüstə 
saxlaya bilməyib  yerə çırpmışdı onu. Necə oldu birdən qalxıb 
bir fırtına kimi qaça bildi? 
Qız  kolxozçulara  qarışıb  seçilməz  olanda  Orxan  da 
ta
qətsiz  qızın  bayaq  çırpıldığı  torpaq  üstünə  düşdü.  Yox, 
məhəbbətdi bu, bəyaz buludlar, zümrüd göylər, çəkil ağacları, 
məhəbbətdi  bu!  Yolunu  gözləyib  intizarını  çəkdiyim, 
gələcəyinə  ümüdlər  bəsləyib,  həsrətində  olduğum,  amma 
etibarım  olmadığı,  əminliyim  olmadığı  sevgimdi bu, eşqim, 
ilhamımdı  gözlənilmədən  gəlib  çıxıb,  qəfil  haqlayıbdı  məni, 
qaplayıbdı məni! 
Fəqət,  bir  də  sabahı  gözləməli  olacağam.  İyirmi  dörd 
saatlıq  intizar  çəkməli  olacağam,  həsrət  çəkməli  olacağam. 
İntizar olmayacaq bu, bir məşəqqət olacaq, yuxusuz keçirdiyim 
ikinci gecəm olacaq. Dünən gecə yata bilmədim. Bu gecə heç 
yata bilməyəcəyəm. Dəli sərsərilər kimi durub aydınlıq çölləri 
gəzinəcəyəm.  Gizli  görüşlər,  əyləncələr  şahidi  olacağam., 
əxlaqsızlıq,  həzz,  şəhvət  qurbanlarına,  işrət  düşgünlərinə  rast 
gəlib  ilan  çalmış  kimi  geri  atlanacağam,  yönümü  başqa  bir 
səmtə  çevirib  ta  o  ilanlardan  bir  cütünə  də  rast  gəlincəyədək 
başı tuşuna çıxıb gedəcəyəm. Sabah açılan kimi uça-uça  yenə 
bu  yerə  gələcək,  indi  gizlənib  eləməyib,  dim-dikcə  dayanıb 


 
118 
onun  gəlməsini  gözləyəcəyəm.  Dayana  bilməyəcək  o  da, 
mütləq  gələcək,  nə  olur  olsun  gələcək!  Tanıdacağam  özümü, 
deyəcəyəm  Kamal  deyiləm  mən,  Orxanam,  mexanizator 
deyiləm,  həkiməm,  Tibb  institutunun  5-ci  kurs  tələbəsiyəm, 
yeddi bacım yoxdu, bircə bacım var, bu pasportum, bu mənim 
tələbə biletim, bu mənim adresim. Sevirəm səni Sürəyya, bütün 
varlığımla  sevirəm,  nə  olar  kolxozçu  olanda,  min institut 
qurtarmış  qıza  dəyişmərəm  səni,  yaşaya  bilmərəm  sənsiz, 
ölərəm, partlayaram sənsiz! 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin