142
-
Başına dönüm Nərgiz, kömək elə mənə, qurtar məni bu
dərddən, qardaşına de tez olsun maşını xoddasın!..
-
Başıboş olma Cəmilə, bir mexanizatordan ötrü...
-
Kəs səsini həyasız! Heç getmə, ancaq sirrimi açsan
boğub öldürərəm səni!
Cəmilə ilan çalmış kimi geri qayıdıb taksiyə əl qaldıranda
Nərgiz yüyürüb boynunu qucaqladı:
-
Axı mən nə dedim sənə? Dayan bu dəqiqə gətirirəm
qardaşımı. Bircə dəqiqə burda gözlə!
Nərgiz bunu deyib darvazalarını taybatay açıb qardaşını
səslədi:
- Fazil, Fazil.
Cəmilə yol qırağında dik dayanıb içindən tir-tir titrəyirdi.
Nədənsə ona elə gəlirdi ki, saat 6-yadək çatdırmasalar ora, bir
daha görə bilməyəcək Kamalı. Saat 6-ya 20 dəqiqə qalırdı, on
doqquz dəqiqə, on səkkiz, on yeddi... yola düşdülər. Maşının
arxa tərəfində əyləşib bir-birinə qısılmışdılar: pıçıldaşırdılar
astaca, eşitməsin Nərgizin qardaşı, bilməsin nə danışırlar.
Düzdü qanmır, uşaqdı hələ, 9-cu sinifdə oxuyur. Necə olsa
eşitməsin, bilməsin nə deyirlər:
-
Görən saat 6-yaca çata bilərik ora?
-
Yox ay qız, on altıca dəqiqə qalır altıya, hardan çatarıq?
-
Deynən qardaşına bərk sürsün maşını.
-
Nədi gərək elə saat altıyaca çataq ora? Qoy onbeş dəqiqə
gec çataq, noolacaq!
-
Yox, Nərgiz saat altıda çatmasaq tapmayacayıq onu!
-
Nə bilirsən axı? Belə sözləşmisiniz?
-
Sözləşmişik heç? Ağlımız olub sözləşək?
-
Bərk sür Fazil maşını, lap bərk!
-
Lap
bərk sür, başına dönüm!
Faz
il güzgüdən baxıb ona zillənmiş gözlərdəki, yalvarışı,
təmənnanımı duydu, qızın gözəl çöhrəsindəki qəmginliyimi
oxudu, ya elə bacısının təkidindənmi qorxdu, sürəti artırmağa
başladı. Yüz iyirmi, yüz otuz, yüz... otuz beş... Palçıq qalxıb
143
maşının qabaq şüşəsini buladı. Qarşıdan gələn maşınlar qoymur
sürəti artırmağa, yol da yaşdı quru deyil, xətadı bu sürətlə
maşın sürmək belə gündə.
-
Yavaş ə-ə, batırassan bizi!
-
Yox Nərgiz, qoy belə sürsün!
Saat 6 oldu, yeddiyə beş dəqiqə işləyib, on dəqiqə işləyib,
onla
r sola dönüb bir kənd içindən keçib həmin asfalt yola çıxır-
lar. Gözlərini maşının pəncərəsinə zilləyib. Gözləri önündən
evlər, adamlar, maşınlar, traktorlar qaçırlar, inəklər, qoyunlar,
qazlar qaçışırlar. Yol dirəkləri, telefon dirəkləri qaçışırlar. Enli
bir dərəyə enirlər, dərə də deyil bu, nə təhərsə düzün ortasında
əmələ gəlmiş çox enli bir taladı. Talanın o biri başından həmin
tarla başlanacaq. Amma asfalt yoxdu bu tala içində, təzə çınqıl
töküblər, asfalt düzəltmək üçün. Maşın heç otuzla gedə bilmir
b
urda, nə qədər ləng gedir maşın. Iki-üç km-lik bir yol qalıb
tarlaya. Budur göründü narla. Bir ZİL maşın dayanıb irəlidə,
haman yerdə, haman yerin tuşunda. Nəsə bir yük qaldırıb
qoyurlar elə bil maşının kabinəsinə. Kaş onlar çatanadək
tərpənməyəydi maşın. Soruşardılar onlardan. Nə soruşacaq-
dılar, deyəcəkdilər siz bu tarlada dim-dik dayanmış bir oğlan
görmədiniz ki? Nərgizin qardaşının yanındamı elə? ZİL maşın
da tərpəndi, sağa dönüb geri qayıtdı, onlar maşına çatanda
Cəmilə ixtiyarsız çığırdı:
-Saxla burda, saxla burda.
-
ZİL ötüb keçdi. ZİL elə bil Cəmilənin baxışlarını da
dartıb aparırdı. Tez maşından düşüb baxışlarından asılı qaldı
qız.
-
Nə var, nə baxırsan ZİL-in ardınca?
-
Nərgiz sən o tərəfdəydin bir iri kepkalı oğlan görmədin
ZİL-də?
-
Heç baxdım ZİL-ə görəm? Tarlaya baxırdım mən.
-
Kamal o ZİL-də getdi Nərgiz!..
Sevən ürəklərin möcüzə duyğuları var! Adi
insan
ölçüləriylə ölçülməz bu duyğular, adi insan yaşantısı,
144
qavrantısıyla izah edilməz bu hisslər! Başqa cür, başqa qanıyla
duyulyb dərk edilər olub bitənlər, hadisələr, işdəkilər, olub
bitməyənlər, baş verməyib baş verəcəklər, olub bitəcəklər. Adi
insan duyğusunca əfsanə kimi görünən şeylər, olacaqlar sevən
ürəklərcə bir həqiqət kimi,
bir gerçək kimi duyular, dərk olunar.
-
Cəmilə titrəyə-titrəyə Moskviçdən bir az aralaşaraq
dərəyə enib görünməz olan ZİL-in ardınca pıçıldadı.
-
ZİL-də getdi Kamal...
Nərgiz əlini qaldırıb bacılığının alnına qoydu: xəstədi
bəlkə qız, sayıqlayır bəlkə, noolub bu qıza belə?
-
Nə axmaqlayırsan Cəmilə? Indi də o maşının dalınca
sürək? Fazil soruşmaz neynirsiniz o maşını? Biabır olarıq
vallah!
-
Nə deyirəm, sürməyək... amma vallah o maşında getdi
Kamal!
-
Axı,
nədən bildin e-e, gördün gözünlə?
-
Yox, görmədim Nərgiz, amma elə bil ürəyimi dartıb
apardı o maşın...
Cəmilə dayana bilməyib ağladı. Nərgizin də gözləri yaşla
doldu. Indi neyləsin yazıq Nərgiz, necə kömək etsin bu qıza?
Vallah dəli olmasa yaxşıdı Cəmilə.
Dostları ilə paylaş: