Şahlar həSƏNOĞLU


******              ******                 ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   2   3   4   5   6   7   8   9   ...   65
2016-2403

******              ******                 ****** 
 
Çox  güclü  zərbəylə  havaya  vurulmuş  topun  qalxışı 
Cəmilənin gözlərini çəkib ardınca apardı. Əvvəlcə hesab edirdi 
top qalxıb-qalxıb, qayıdanda bir də həyətin o tərəfinə vurulduğu 
öz yerinə düşəcək, amma top üzü bəri gəlməyə başlayıb gəlib-
gəlib məktəb həyətinin ortasında qurulmuş hündür turnikdə iki 
əli üstə yer ilə paralel ana gəlmiş düm qırmızı idmançı geyimli, 
ortasına orta əsrlərin şərq pəhlivanları kimi nəsə gümüşü rəngə 
çalan  materialdan  qayrılmış  çox  enli  kəmər  bağlamış  başı 
qırxıq oğlanın başına dəyəcək yerdə nə təhər oldusa dəyməyib 
yerə  düşdü;  təzədən  sıçrayıb  əlində  şallaq  tutmuş  yerli  bir 
cavanla  ona  qarşı-qarşıya  dayanmış  iki  tələbə  qız  arasından 
keçıb  nə  onlara,  nə  də  onların  yanına  toplaşmış  tələbə  oğlan-
ların  heç  birinə  dəyməyərək  su  kranından  su  dolduran  xalatlı 
qızın  doldurub  kənara  qoyduğu  vedrəsinin  düz  içinə  gəldi, 
amma yen
ə necə oldusa içinə düşməyib vedrəni aşıraraq təzə-
dən atılıb bir-birilə sınaşan iki oğlanla azarkeşlərinin aralığın-
dan keçd
i  diyirlənə-diyirlənə  gəlib  Cəmilənin  kürsü  qoyub 
əyləşdiyi  ikinci  mərtəbədəki  balkonun  düz  qarşısında  həyətdə 
əyləşmiş  Nərgizgilin  skamyalarının  altına  keçdi.  Cəmilə 
gülmək istəyirdi ki, top gəlib Nərgizin baldırına dəyib səksən-
dirəcək  bacılığını,  amma  top  elə  Nərgizin  baldırına  dəyəcək 
anda necə oldusa Nərgiz ayağını o yerdən çəkdi, top maneəyə 
rast gəlməyib skamyanın altına keçdi. Nərgizgil heç bilmədi də. 
Onların başı əli çəlikli qocaya qarışmşdı. Qoca deyirdi 1905-cı 
ildə onun əlli yaşı varmış, qızlar da inanmaq istəmirdilər: 

Ay baba, elə şey olmaz, bir az azalt. 

Bəlkə qırx imiş baba? 

Qırx da olmaz ay qız, qırx da elə əllinin tayı deyilmi? 

İyirmi olarmış yəqin, iyirmi! 
Məktəb  həyətinin  başındakı  meydançada  futbol  oynayan 
ikinci-
üçüncü  kurs  tələbələrinin  oyunu  şirin  yerdə  kəsilib 
yarımçıq qalmışdı. Kürəyinə "9" rəqəmi yazılmış oglan hasarın 


 
10 
arxasından  başını  dikəldib  uğunurdu:  görünür  o  topun 
haralardan  keçib  haraya  gəlib  düşdüyünü  Cəmilədən  başqa 
görmüş  ikinci  adam  idi.  Oğlan  gülməyinu  bir  təhər  yığışdırıb 
cır səslə Nərgizlə yanaşı oturmuş Arzunu çağırırdı: 
- Arzu, ay Arzu! Arzu, ay Arzu!.. 
Arzu  çətin  eşidəcəkdi  onu,  Arzunun  başı  qocaya 
qarışmışdı: 

Onda nə qədər eləyir yaşın, baba? 
Hesab  eləyin  də  qızım,  yüz  iyirmini  keçib  mənim 
hesabımda. 
- Vay-y Allah ba-a-y! 
Doqquz  nömrəli  oğlan  Arzudan  vaz  keçib  əli  şallaqlı 
oğlanla söhbətləşən qızları səslədi: 

Tünzalə, ay Tünzalə... 
Qızlardan biri yüyürüb onun yanına getdi. Futbolist oğlan 
ağız  açıb  hələ  ona  bir  söz  deməyə  macal  tapmamış  qız  nəsə 
hüdüləyirdi, tez-tez də qayıdıb əli şallaqlı oğlanı göstərirdi.  
O
ğlanı  meydançada  gözləyən  yoldaşları  darıxdırırdı, 
şallaqla  maraqlanmağa  vaxtı  yoxdu,  görünür,  xahiş  elədi  ki, 
Tünzalə  gedib  Arzugilin  skamyası  altına  düşmüş  toplarını 
gətirib  atsın  bu  taya.  Tünzalə  yüyürüb  Arzugilin  yanına  çata-
çatda Arzu yerındən qalxıb nəsə ona dedi, qucaqlayıb yanında 
əyləşdirdi  və  deyəsən  də  top  məsələsi  Tünzalənin  yadından 
çıxdı.  
Doqquz  nömrəli  oğlan  turnikdə  nömrə  göstərən  düm 
qırmızı, kəmərli oğlana tamaşa edən xalatlı qızı çağırdı: 
-
Nəcibə, Nəcibə! 
Nəcibə  yüyürüb  hasarın  dibinə  getdi,  o  da  oğlana  söz 
deməyə macal verməyib qayıdıb indi də turnikdən ayaqları ilə 
tutub təpəsi üstə sallanan qırmızı geyimli idmançını göstərərək 
əlini yanına çırpdı. 
Doqquz nömrəli oğlanın marağı toplarındaydı, toplarının 
ardınca göndərdi Nəcibəni. İndi də Nəcibə  yüyürüb skamyaya 
çata-
çatda  qızlardan  biri  durub  onu  qucaqladı,  nəsə  söyləyib 


 
11 
çəkib  dizinin  üstündə  əyləşdirdi.  Görünür  çox  maraqlı  söhbət 
gedirdi orda və doqquz nömrəli oğlan gördü top Nəcibənin də 
yadından çıxdı. Bərk əsəbiləşdi oğlan, "Nəcibə-Nəcibə" - deyə 
çığırmağa başladı. 
Balkonda  əyləşmiş  Cəmilənin  oğlana  gülməyi  tutdu. 
Oğlan qayıdıb onu darıxdıran yoldaşlarına sərtləndi: 

Əşi,  özünüz  gedin  gətirin,  nəsə  var  orda,  kimi  gön-
dərirəm  gedib  başı  qarışır  top  yadından  çıxır!  Darvazadan 
hərlənib keçin top Arzugilin skamyasının altındadı. 
Cəmilə  topla  da,  qocanın  söhbətiylə  də,  ayaqlarının 
turnikə keçirib təpəsi aşağı  yellənən başıqırxıq idmançıyla da, 
hələ  desən  onun  qənşərində  Vahidgillə  bu  lovğa  yuxarı  kurs 
tələbəsinin höcətləşməsi ilə də maraqlanırdı. Nə təhərsə maraqlı 
işlər  hamısı  birdən  başlamışdı,  birdən    olurdu.  Lovğa  oğlan 
Nəsibin yaxasından yapışıb buraxmırdı: 

Gəl sənə əla bir fənd öyrədim! 

A qardaş istəmirəm də, mən istəmirəm əl çəksənə! 

Elə bir fənd öyrədim, onunla kimi desən yıxa bilərsən! 

Vahidlə güləş, mənim əynimdə kostyum var, qorxuram 
cırıla.  
Lovğa  oğlan  indi  də  Nəsibi  buraxıb  Vahidin  üstünə 
düşdü, yaxasından tutub çəkişdirməyə başladı: 

Yaxşı, gəl sənə öyrədim. 

Mənim güləşlə aram yoxdur qardaş. 

Lap nahaq yerə, elə iş düşər peşman olarsan. Heç olmasa 
bu fəndi öyrədim sənə. 
Burada bərk dartışmadı, işin axırı görünmür. Amma nəsə 
himcimləşirlər Nəsiblə Vahid, oğlanın xəbəri yoxdu. 
Qoca  qızlara  bu  binanın  sahibi  İbiş  bəydən  maraqlı 
əhvalat başlayıb: 

Bəydən  düşmanları  pristava  kənd  camaatının  dilincən 
şikayət yazırlar, bəs İbiş bəy zülm eləyir bizə, bir əlac eləyin. 
Pristav  çağırtdırıb  bəyi  deyir  nə  şikayətdi  bu,  niyə  dolandır-
mırsan camaatı? Bəy deyir: "Ay canım camaat mənim  başıma 


 
12 
and içir, şikayət nədi?" Pristav  inanmır gəlir kəndə ki,  yığıb 
camaatı  danışdırsın.    Kənddə  də  hara  vardı,  hara  düşə,  gəlib 
d
üşdü bəyin bax bu evinə.  Kəndə car çəkildi bəs pristav gəlib, 
hamı  yığılsın  bəyin  həyətinə.  Dedik  ay  qağa  bilmirsiniz  niyə 
gəlib  pristav?  Yasavul  dedi  çəyirtkə  biyarına  adam  yığmağa 
gəlib.  Canımıza  qorxu  düşdü.  Çox  müsibət  iş  idi  çəyirtkə 
biyarı: yığıb aparırdılar adamı  Araz qıraqlarına, bir ay, iki ay 
əlimizdə  çalqu,  köhnə  palaz  qırığı,  gün  təpəmizə  dəyə-dəyə 
kəsirdik  çəyirtkə  sürüsünün  qabağını,  qır  ki,  qırasan,  hara 
qurtarır çəyirtkə? Bu buludu qırırıq, o birisi gəlir. 
Doqqu
z  nömrəli  oğlan  yalvarıb  yaxararaq  dörd  nömrəli 
oğlanı  topun  dalınca  göndərib  hasarın  başından  yönü  bəri 
sevinə-sevinə  baxır.  Nəhayət  top  gəlib  çıxacaq,  oyunu  davam 
etdirəcəklər. Turnikdə heç kim düm qırmızı oğlanın nömrəsini 
göstərə bilməyib yenə o özü çıxıb turniyə. Ayaq barmaqlarıyla 
turnikdə  ilişib  təpəsi  aşağı  yellənir,  bu  yellənişi  ilə  də  tamaşa 
edən qızları həyəcana salır: 

Bəsdir Natiq, bəsdir, indi də əlinlə tut yıxılarsan! 
Cəmilənin  bu  oğlana  da  gülməyi  tuturdu,  daha  doğrusu 
bunun  yıxılmağına.  Ürəyində  deyirdi  ay  Tanrı  elə  elə  ayağı 
çıxıb  təpəsi  üstə  yerə  gəlsin.  Belə  düşünə-düşünə  də  gülürdü. 
Amma  başqa  gülməli  bir  iş  də  yetişmişdi:  Nəsib  Vahidin 
yaxasını  buraxmayan  lovğa  oğlanın  arxasında çöməlib  guya 
ayaqqabısının  bağını  bağlayırdı.  Di  gəl, bic-bic  Vahidə  baxıb 
göz  eləyirdi.  Vahid  də  Cəmilənin  onlara  göz  olduğunu  duyub 
lovğa  oğlanı  lap  çəmə  hərləyərək  Nəsibin  üctünə  itələmək 
istəyirdi. Amma necə oldusa Cəmilə o hələ lovğa oğlanı itələ-
m
əmiş ayağa qalxıb əl çaldı, sevinib  gülməyə başladı. "Bəlkə 
Cəmilə bizim kələyimizin baş tutacağını duyub belə eləyir?" - 
deyə düşünərək Vahid oğlanı gücü gəldikcə geri itələdi. Oğlan 
arxasında  yatmış  Nəsibin  üstündən  aşırılıb  kürəyi  üstə  yerə 
gəldi. 
Amma 
Cəmiləni  güldürən  bu  deyildi:  düm  qırmızı, 
kəmərli  oğlan  yelləndiyi  yerdə  ayağı  turnıkdən  qəfil  çıxıb 


 
13 
təpəsi üstə  yerə dəymişdi. Əvvəlcə orda bərk  gülüşmə qopdu. 
Sonra da gülüşmə çığrışmaya çevrıldı: 

Əhməd müəllim Natiqin başı qanadı! 

Əhməd müəllim qan apardı Natiqi. 
Dörd nömrəli oğlan turniyin yanından keçəndə çığrışmanı 
görüb maraqlanaraq öz
ünü  basırığa  salıb  yerdə  "layməs" 
uzanmış  Natiqə  dikildi.  Doqquz  nömrəli  ha  gözlədisə  oradan 
çıxıb top ardınca yönəlmədi. Bütün gücü ilə çığırmağa başladı 
doqquz n
ömrə: 

Ə-ə, necoldun, ay Tofiq... ay To-o-fi-i-q! ay To-o-fiq! 
Çox gülməli çığırırdı oğlan, çox əsəbi, çox sərt çığırırdı. 
Axırda  durmayıb  özü  darvazaya  sarı  yüyürdü  ki,  darvazadan 
hərlənib özü gətirsin topu. 
Lovğa  oğlan  yıxıldığı  yerdən  qalxıb  Vahidlə  güləşmək 
istədikdə Nəsib də bir tərəfindən yapışdı: 

Yox günah məndə idi, mənimlə güləşməlisən. Mən arxa 
tərəfində ayaqqabımın bağını bağlamasaydım sən yıxılmazdın. 

Heylə şey yoxdu, mənimlə güləşməlidi, mən itələmişəm, 
mənimlə də güləşməlidi! 

Heç heylə iey yoxdur, mənimlə güləşəcək! 

Yox, mənimlə güləşəcək! 
Bu  dartışmanın  da  axırı  görünmürdü,  amma  həyətdə 
hamının  sivrilib  turnik  ətrafında  yığışdığını  görüb  onlar  da 
dartışmalarını  buraxaraq  oraya  yürüşdülər.  Əhməd  müəllim 
açarını verib həyətin bu başında qoyduğu maşından aptekciyini 
götürüb  gətirməyi  tapşırdığı  oğlan  aptekciyi  başından  yuxarı 
qaldırıb  təcılı  yardım  maşınlarının  siqnalını  verə-verə 
yüyürürdü. Onun yüyürüş istiqamətini kəsib keçəcək yöndə də 
doqquz  nömrəli  oğlan  hirslə  Nərgizgilin  əyləşdiyi  skamyaya 
doğru  yüyürməkdəydi.  Cəmilə  gördü  bunların  heç  birinin  o 
birindən xəbəri yoxdu, toqquşa bilərlər, buna da gülməyi tutdu: 
"Ay  Tanrı  nə  emişəm  toqquşalar,  yod-zad  hamısı  dağılıb 
tökülə, bunun başına sürtməyə bir dərman qalmaya!" Oğlanlar 
doğrudan  da  təpə-təpəyə  dəydilər:  doqquz  nömrəli  oğlan  çox 


 
14 
yelli gəlirdi, aptekciyi əlinə qaldırmış oğlan ona toxunan kimi 
aptekcik  əlindən  sapatlandı.  Heç  demə  də  maraqlanıb 
cırıqqasını  açmış  imiş,  aptekcikdəki  dərmanlar  sıçrayıb  hərəsi 
bir  tərəfdə  bənd  aldı.  Yod,  rıvanol  şüşələrı  qırılıb  töküldü, 
marqans  düyüncəsi  su  arxına  düşüb  tərg  oldu,  tələbələr 
həyəcanla Əhməd müəllimi səslədilər: 
-
Ay müəllim, dərmanlar dağıldı! 
-
Ay müəllim, marqans suyu göm-göy elədi! 
Toqquşmadan qalxıb başının ağrısı hayına qalmış doqquz 

mrə  top  məsələsini  unudub  dağılmış  dərmanları  toplamaqla 
məşğul  idi.  Futbolçu  yoldaşları  meydançada  dimdik  duruşub 
havayı yerə onun yolunu gözləməkdəydilər. Oğlan toqquşduğu 
oğlanla  dərmanları  toplayıb  Əhməd  müəllimə  aparıb  verdi. 
Əhməd  müəllim  əlacsız  qalıb  araq  gətirdib  araqla  yuyurdu 
Natıqın yarasını. Orda tələbələr qışqırışırdılar ki, şüşə batıbmış 
Natiqin başına, lap yekə bir şüşə: düz iki santımetr! Paralayıb 
Natiqin başını! 
Əli  şallaqlı  yerli  oğlan  arxasına  baxa-baxa  sivişib 
darvazadan ç
ıxırdı. Turnik ətrafındakı yığıncağın  marağı dartıb 
saxlaya bilmirdi görünür onu, nəsə yeləvimiş qaçıb uzaqlaşmaq 
istəyirdi burdan. 
Əli çəlikli qoca qızların sorğu-sualından qurtulub İbiş bəy 
haqqındakı söhbətini davam etdirirdi. 
-
Yasavul,  bəyin  tapşırığını  dedi  bizə:  gəlib  oturuşuruq 
dizi üstə bəyin həyətində, onlar pristavla çıxırlar balkona. Bəy 
əlini  bığının  sol  yanına  çəkdi,  başlayırıq  xoruz  kimi 
bannamağa, sağ yanına çəkdi, at kimi kişnəməyə, başına çəkdi 
hönkürüşüb  hamımız  başlayırıq  ağlamağa.  Onda  bəy  də 
prista
va  deyəcək  görürsünüz,  bu  camaat  nə  təhər  yazıq,  avam 
adamlardı,  əgər  çəyirtkə  biyarına  getsələr,  bunların  hamısı 
qırılıb orda tələf olacaqlar. Pristav da bizi belə görüb tay bizdən 
biyara  adam  istəməyəcəkdi.  Heç  demə  bəyin  fikri  ayrıymış: 
bununla  prıstava  göstərmək  istəyirmiş  ki,  bu  adamlar  mənim 
əlimdə bir müjdürlər, bunlardan şikayət yazan olmaz! 


 
15 

Siz də bəy deyən kimi elədiniz, heyləmi baba? 
-
Elədik qızım, elədik. Əlacımız nə idi? O çəyirtkə biyarın 
biz  elə  görmüşdük,  üç  gün  üç  gecə  bu  qapıdan  getməyib 
bannaşmağa razıydıq, təki canımız qurtaraydı ondan! 
Qoca  söhbətini  bununla  bitirib  onu  aparmağa  gəlmiş 
kişiylə  getdikdə  qızlar  da  Natiq  əhvalatından  xəbərdar  olub 
turnik ətrafına yürüşdülər. Orada bayaq şallaqlı oğlanla söhbət 
edən  xalatlı  qız  onları  qarşılayıb  nəsə  soruşdu,  qızlar  da 
əlləriylə  Cəmiləni  göstərib  yığıncağa  qarışdılar.  Xalatlı  qız 
balkonun qənşərinə gəlib Cəmiləyə üz tutdu: 

O əli şallaqlı oğlanı görmədin necoldu? 

Hə gordüm, geriyə baxa-baxa yüyürüb darvazadan çıxdı. 
-
Kənddə qoyun briqadiridi, özü də Kirovabadda institutda 
oxuyur. Əlində bir şallaq vardı, elə bil Çingiz xanin şallağıydı: 
sapına  bir  bəzək  vurulmuşdu,  özü  də  elə  bir  toxunmuşla 
toxunmuşdu,  adam  mat  qalırdı  baxanda.  Dedim  mənə 
bağışlarsanmı şallağı? Dedi: heç muzeydən gəlib ikiyüz manat 
da  pul  təklif  etdilər  vermədim.  "Siz  də  bu  kənd  adamları  hər 
şeyi pulnan ölçürsünüz?" Mən belə deyəndə özünü sındırmayıb 
şallağı  mənə  uzatdı.  Bu  vaxt  da  qışqırıq  qalxdı,  bəs  Natiq 
turnikdən yıxılıb. Şallağı almaqdansa haya qaçdım. Demişdim 
burda
ysa alam şallağı...  
-
Demək o səndən qaçırməş heylə! 

Hayif! Bu Natiq də yıxılmağa vaxt tapdı! 

Amma  o  qaçmağı  mən  onda  gördüm  bir  də  qayıtmaz 
buralara. 

Hə  çox  çətin!  Ay  qız  bir  işə  baxey  əllərini  qoyub 
ayağıyla  tutub  yellənirmiş  turnikdən!  Lap  yaxşı  olub  elə! 
Dərman da tapılmayıb qoymağa sınıqlanıb tökülüb hamısı! 
Qızın  bu  acığlanmağına  da  gülməyi  tutdu  Cəmilənin. 
Amma  gülməyin  yekəsi  geridəydı:  top  hamının  yadından 
çıxmışdı. Cəmilə də Nərgizin bəri baxmağını gözləyirdi çağırıb 
topu  atdıra balkona, göturub  gizləyələr,  axtardılar  cənab 
futbolçuları.  Elə  belə  düşündüyündə  Nərgiz  yüyürüb  gəldi. 


 
16 
Cəmilənin pıçıltıyla dediklərini tutub o yan, bu yana baxa-baxa 
xəlvətcə  topu  balkona  ataraq  özü  də  gülə-gülə    hərlənib  gəlib 
Cəmilənin yanında əyləşdi.  
Bir azdan 
top  doqquz  nömrənin  yadına  düşdükdə 
əminliklə  gəlib  skamyanın  altını  yoxlaşdırdı,  yerə  uzanıb  ha 
baxdısa  topu  orada  tapmadı.  Sonra  dörd  nömrəli  gəldi, 
başladılar həyəti, ağac diblərini kol-kos içlərini yoxlaşdırmağa. 
Nərgizi  gülmək  götürüb  gedirdi.  Cəmilə  isə  heç  şey  olmamış 
kimi başını dik tutub mısmırığını sallamış uzaqlara baxırdı.  
Oğlanlar  topdan  əllərini  üzüb  getdikdə  Cəmilə  topu 
vedrənin içinə qoyub gətirib yenə skamyanın altına atdı. Sonra 
da  qayıdıb  gəlib  öz  yerində  əyləşdi.  Bir  azdan  qızlara  otaqda 
soraq  gəldi  ki,  top  bayaq  onlara  sarı  gəlmişdi,  bilmirlər 
necoldu? Cəmilə balkondan soruşdu: 

Ay qız kimdi o topu axtaran? 

İkinci kursdan bir oğlandı! - dedilər. 

Deyin hərlənsin balkonun qabağına! 
Həmin  doqquz  nömrəli  oğlandı  bu.  Boğazını  uzadıb 
utana-
utana soruşdu: 

Bacı hara gedib girdi top bilmədin? 
Cəmilə  istədi  gülə,  özünü  saxlayıb  qaşqabaqlı,  topun 
yerini göstərdi: 

Odur ey, top skamyanın altında! 
O
ğlan əyilib gördü top doğrudan da skamyanın altındadı. 
Təəccübdən gözləri böyüdü oğlanın: 
-  Pah 
atonnan!  Bacı  vallah  bayaqdan  bəri  bir  heylə 
axtarmışıq bu skamyanın altın! Nə təhər olub görməmişik?! 

Heyləmi, ola bilər! 
Nərgiz  balkondan  otağa  keçib  otağın  içindən  Cəmiləyə 
baxıb  gülürdü.  Cəmiləninsə  heç  dodağı  da  qaçmırdı. 
Futbolçular  doqquz  nömrəli  oğlanın  başına  toplaşıb  heyrətlə 
əllərini-əllərinə vurur, mat qalırdılar bu işə. Cəmilə də saymaz-
saymaz balkonda əyləşib lap uzaqlarda görünən dağlara tamaşa 
edirdi. 


 
17 
Bir azdan 
hava  qaranlıqlaşıb  hər  tərəf  görünməz  oldu. 
Otaqdan  Nərgiz  əl  elədi  "gəl  aşağı,  komsomoldan  gələn  var". 
Cəmilə  könülsüz  həyətə  enib  qızlara  qarışdı.  Gələn  institut 
komsomol  təşkilat  katibi  idi.  Çox  özünü  çəkən  iddialı  bir 
oğlandı,  hamı  deyirdi  atası  "zavministrdi".  Qızların  vəcdlə 
dedikləri  bu  sözün  düzgün  mənasını  Cəmilə  başa  düşməsə  də 
duyurdu  ki,  nəsə  çox  böyük  vəzifədi.  Oğlana  yaranıb  özünə 
cəlb  etməyə  çalışan  kurs  yoldaşlarına  qəzəblə  baxırdı.  Axı 
bunlar  neynərlər  bunun  atasını,  özünə  baxmırlarmı?  Belə 
bədguman,  belə  təşəxxüslü.  Bu  saat  başlayacaq:  deyin  görüm 
bu gün sizdə ən çox yığan kim olub? 

Deyin görüm bu gün sizdə ən çox yığan kim olub? 
Cəmilənin  yenə  gülməyi  tutdu,  əgər  Əhməd  müəllim  də 
burada  olmasaydı  bu  dəfə  açılıb  lap  qəhqəhə  çəkəcəkdi.  Pərt 
olur cəhənnəmə olsun komsomol! 

Cəmilə yığıb! Yüz əlli kilo! -Vahid dedi. 

Afərin  Cəmilə!  Nəzərə  alarıq  bu  qoçaqlığını.  Belə  də 
davam etdir axıraca! Siz necə baxırsınız Əhməd müəllim, irəli 
çəkmək olarmı bu qızı? 

Bir tək Cəmilə deyil belə qoçaq, hamısı qoçaqdı qızların 
Nəcibə də, Şəhla da, Reyhan da, Arzu da, hamısı! 
Əhməd  müəllim  pedaqoji  institut  tələbələrinin  əmək 
ənənələrindən, pambıq  yığımı işinə hər il  göstərdikləri kömək 
kampaniyasından  danışıb  sözü  yenə  komsomola  verdi.  O  da 
çox uzun, Cəmilə üçün çox dözülməz, çox darıxdırıcı bir nitq 
başladı. 
İclas  qurtarıb  Cəmilə  balkona  öz  yerinə  qayıtdıqda 
Nərgizin qarşısında özünü komsomola oxşadaraq hüdülədi: 

Estafetin  ən  fədakar  üzvü,  bayraqdarı,  əsil  mayak! 
Mayakam ay qız mən, spiçka çək yandır, yanmaq istəyirəm bu 
balkonda! 
Nərgizi  də,  qızların  hamısını  da  şən  bir  qəhqəhə  ağzına 
aldıqda  Cəmilə  aşağı  baxıb  gördü  komsomol  Vahidgillə 
skamyada əyləşib. Bu dəfə pərt oldu. O kiminsə qəlbini sındırıb 


 
18 
pərt etmək istəməzdi. Kim olur olsun, nə kara yiyəsi olur olsun 
qəlbinə  dəyib  acılamaq  istəməzdi.  Bəs  bu  niyə  belə  oldu? 
Əlbəttə  günah  oğlanın  özündədi.  Cəmilənin  böyründə  başında 
çox  hərlənir,  yerli-yersiz  bir  söz  deyib  danışdırmaq  istəyir, 
tərifləyir.  Niyə  axı?  Tanıyıb  bilmədiyi  adama  nə  yaranmaqdı 
bu?  Cəmilə  hələ  birinci  kursdadı,  amma  ikinci,  üçüncü 
kursların  yanında  da  onu  tərifləyir.  Guya  bir  belə  kursun, 
qruppaların  içində  Cəmiləcə  pambıq  yığan  yoxdu,  niyə  onları 
yox  elə  Cəmiləni  tərifləyir.  Lap  nahaq  yerə.  Onunçun  da 
Cəmilə heylə ağzını əyir, yamsılayır. Hələ yamsılayacaq da! 
Sonra da Nərgizə qoşulub hind kinosuna baxmağa getdi. 
Əhvalı  durulmuş,  pərtliyi  yoxalmış.  Amma  kaş  qəmli  kino 
olmasın,  açılıb  durulmuş  eynini  bulandırıb  yenə  qatılatmasın, 
kədərlərə qəm-qüssələrə salmasın Cəmiləni. Arası yoxdu qəm-
qüs
sələrlə,  kədərlə,  sevinməkdi,  gülməkdi,  əylənməkdi  Cəmi-
ləninki!... 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin