166
**** ***** ****
Orxan günlərin necə gəlib keçdiyini, vaxtın zamanın necə
ötüşdüyünü dərk edib qavraya bilmirdi, zaman axımını, çağ
ötüşümünü duymaq qabiliyyətini çoxdan itirmişdi. Günorta
mədəsi gicişib sahibindən yemək tələb eləyəndə kitabların
üstündən durub yeməkxanaya qaçır, uzun növbəyə dayanıb
sonra da ürəyində təəssüflər edirdi: gör nə qədər vaxt itirdi.
Bəlkə beş-on varaq da oxumuşdu bu vaxta. "Gələcəyin yeməyi
belə uzun vaxt aparmamalıdır-deyə düşünürdü. Yemək işini də
avtomatlaşdırmaq gərəkdir. Yaxud, heç avtomatlaşdırmaq nəyə
lazım, yeməyin özünə münasibət dəyişilməli, yeməklərin özləri
başdan-başa dəyişdirilməlidir. Ən birinci, yemək bir həzz
mənbəi olmaqdan çıxarılmalı, avtomobilə benzin tökülməsi
kimi texniki bir əməliyyata çevirdilməlidir. Yeməklər maye və
po
roşok halında istehsal edilməli, onlara bədənin tələb
etdiyincə normal miqdarda zülal, yağlar, nişasta, şəkər və sairə
qatışdırılmalıdı. İnsana, həm də müəyyən bir istehsalat
sahəsində çalışan konkret insana nə qədər kolori gərəkdirsə bu
bir stəkan maye, yaxud bir şokolad yapıntısı halına salınıb həb
kimi, dərman kimi ona qəbul etdirilməlidir. Onda insan da iş-
gücündən ayrılmadan bu həbi içib, atıb vaxt itkisinə yol
vermədən yenə öz işini davam etdirə bilərdi. Belə olduqda da iş
saatları müddətində insan avtomat qurğular kimi aramsız
işləyər, istirahət saatlarında isə musiqi dinləyər, idmanla
məşğul olardı. Əgər fiziki imkanı yol verərsə evdə də iş zamanı
yerinə yetirə bilmədiyi bəzi istehsalat tapşırıqlarıyla məşğul
olar, yaxud mütaliyə edib biliyini, dünyagörüşünü inkişaf
etdirərdi.
Əsl mükəmməl cəmiyyət də məhz o zaman qurula bilərdi.
İndiyənədək qurulmuş belə cəmiyyətlərdə haqq, ədalət uğrunda
bunca mübarizə aparılıb dövlətin ictimayi əsaişi qoruyan
orqanların, geniş ictimaiyyətin birgə fəaliyyətindən bunca
maksimum
şəkildə istifadə edildiyi halda haqsızlıq, əliəyrilik,
167
tamahkarlıq, ədalətsizlik də elə davam edib getməkdə, bir sözlə,
öz işində olmuşdur. Nədir bunun səbəbi? Səbəb: yeməyə, iç-
məyə, geyinməyə, yaşamağa olan insan zövq-səfa duyğularının
var ol
mağındadı. Avtomat oluşluğunadək yüksəlmiş, bu
duyğularından təmizləndirilmiş insan isə gör necə olardı:
alçaqlıq, hiyləgərlik, tamahkarlıq, əliəyrilik, mənəmmənəmçilik
kimi bütün mənfi insan xüsusiyyətlərindən arınıb xilas olardı.
Bəs onda müsbət insan duyğuları necə? Axı avtomat bilməz
mənfi insan duyğusu nədir, müsbət insan keyfiyətləri nədir,
avtomat onların hamısandan axı arındırılıdır? İnsan varlığından
dostluq, qardaşlıq, məhəbbət, böyüklərə-kiçiklərə qayğı, Vətən,
yurd sevgisi kimi müsbət duyğular da silinib gedəcək,
atılacaqdır. Təəssüflənməli deyilmi? Heç də yox, - deyə -
Orxan baş sındıra sındıra düşünürdü, - heç də yox. Məyər bütün
ictimayi ədalətsizliklərin bəlkə tən yarısının kökü məhz elə bu
mü
stət hesab etdiyimiz duyğularda deyilmi? Dostluq deyirik,
dost olmayanlar ayrılır, qardaşlıq deyirik, qardaş olmayanlar
ayrılır, məhəbbət deyirik, sevmədiklərimiz ayrılır, Vətən
deyirik, V
ətən olmayanlar ayrılır. Dost, qardaş dediyimizə
bizdən qabaq dost, qardaş demək istəyənlər ola bilər, Məhəbbət
bəslədiyimizə bizdən qabaq məhəbbət yetirmək istəyənlər ola
bilər, Vətən dediyimizə bizdən qabaq Vətən demək istəyənlər
ola bilər. Bu müsbət dediyimiz duyğular insanları beləcə iki
qismə ayırıb onlar arasında ixtilaf, uçurum yaratmırmı? Yox,
yalnız üstün avtomat kişiliyi, yüksək avtomat heysiyyəti bütün
bu söylədiklərimizdən arındırılmışdır, yalnız avtomat xislətində
qovğaya, ixtilafa, ayrı-seçkiliyə aparacaq səbəblər yoxdur!
Beləliklə də hamının vəcdlə danışdığı ümumbəşəri müsbət
duyğular: dostluq, qardaşlıq, məhəbbət, böyüklərə-kiçiklərə
qayğı, hətda vətənpərvərlik kimi hisslər özləri də, bir zəyiflik,
iradəsizlik əlməti kimi, hələ ondan da qabaq bir siyasi
ziyankarlıq əyləmləri kimi bir kənara atılmalıdır. Avtomatın
insandan əl çatmaz üstünlüyü də məhz bundadır. Avtomat üçün
bu hisslər təmamiylə anlaşılmaz və yaddır. Avtomat bilməz əmi
168
kimdi, dayı kimdi, qardaşoğlu, bacıoğlu kimdir, qohum-qardaş,
el-oba kimdir, V
ətən-yurd sevgisi nə deyilən şeydir. Avtomat
üçün bütün insanlar ideal şəkildə, mütləq şəkildə bərabərdir.
Əsl qeyri-irqi varlıq da elə yalnız avtomat ola bilər. Onda hər
cür irqi, milli, dini zülmlərin də kökü kəsilər, hər hansı ictimayi
konfliktlərin baş verməsinə bir səbəb qalmaz. Varlanmağa,
kapitalist olmağa, millionlar, milyardlar sahibi olmağa, qüdrətli
hakimiyyət sahibi olmağa, dünyanı tutub bütün dünyanın
şəriksiz ağası olmağa stimul, maraq da qalmaz. Deməli bütün
haqsızlıqların, deməli müharibələrin özlərinin də kökü elə
birinci növbədə bu yeməyə, içməyə, geyinməyə olan zövq-səfa,
həzz münasibətlərinin özündədir. Aradan götürülməli olan da
məhz elə bunlar olmalıdır. O zaman, məhz o zaman mütləq
dostluq, mütləq qardaşlıq, mütləq bərabərlik qurulmuş olacaqdı.
Bu dostluğa, qardaşlığa artıq zəyif, melodramatik insan
duyğuları qarışmayacaqdı. Sırf tər-təmiz avtomat yüksəkliyi,
üstün avtomat kişiliyi, qərəzsiz avtomat iradəsi hakim olacaqdı
bütün yer üzü insanlarının ruhuna, əqidəsinə, kişiliyinə."
Bu
düşüncələr
Orxanın
istirahət
vaxtlarının
məşğuliyyətiydi və onun artıq bu səviyyədə, bu "yüksəklikdə"
day
anan nəzəri təfəkkürü üçün bir Sürəyya dərdi, bir itirilmiş
məhəbbət intizarı yaxına buraxılması əqidəsinə, təfəkkür
"dərəcəsinə" böyük bir qüsur, böyük bir əksiklik gətirəcək
hədəflər sırasındandı.
Yaz havasının damarlarını qızdırıb, qanını coşdurub onda
bu "yüksək ağıl" səviyyəsindən anlaşılmayacaq gənclik, zövq-
səfa duyğuları oyadanda, artıq özünü məhz avtomat insan
yüksəkliyində fərz etdiyi yerdə hissinə duyğularına belə "zəyif
insani" xislət gəlib hakim kəsildiyində, özünə qarşı elə bir dəli
kin, nif
rət duymağa başlayırdı, düşünürdü ki, ağlını itirib dəli
olmasa yaxşıdı, psixatriya xəstəxanasına düşməsə yaxşıdı.
Yaz havasının istiliyi, həraəti ilə qanı coşduğu belə intim
çağlarında Sürəyya yadına düşürdü. Onun bəyaz kürəkləri, bu
kürəklər üstündə bitib bir qüdət qələmi ilə çəkilmiş o incə,
169
naxış xətlər sırası, Sürəyyanın qoşa hörükləri arasında bir
əfsanəvi yol kimi açılmış ara cızı gəlib gözləri önündə durur,
gözlərini avtomat yüksəkliyinə ayqırı olan boz bir pərdə ilə
qapadırdı.
Yaz ötüb, yayın isti nəfəsi özünü irəli verib yer üzünü
buxarladıb tüstüləndirdikcə, rütubətdən, yaşlıqdan arındıdıqca
Orxan da quru bir avtomat qətiyyəti ilə bu bahar-yaz acizliyini
özündən uzaqlaşdırıb yenə öz əvvəlki "yüksəkliyinə" qayıdırdı.
Dostları ilə paylaş: |