Şahlar həSƏNOĞLU


****           *****            ****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə35/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   31   32   33   34   35   36   37   38   ...   65
2016-2403

****           *****            **** 
 
Sürəyyanin  təsəllisi  son  dərəcə  səliqə-səhmanla  yazıb 
doldurduğu  öz  xatirat  dəftərçəsiydi.  O  hələ  Cəmilə  olanda 
dəftərçəsini  Sürəyya  adından  yazırdı.  Cəmilə  adından  üz 
döndərib yaş kağızında, pasportunda, bütün sənədlərində adını 
dəyişdirib  Sürəyya  adını  mənimsədikdən  sonra  indi o dönüb 
gerçəkli  Sürəyya  olmuşdu.  Bir  aydan  artıq  çalışmışdı  bundan 
ötəri. Kamalın xatirəsi onda bütün ömrü boyu qalsın deyə adını 
Sürəyya  adı  ilə  dəyişdirtmişdi.  Əlbəttə,  ərizəsində  başqa  cürə 
yazmışdı:  Familiyası  Kərimovadı,  pambıqçı  qadın,  Sosialist 
Əməyi  Qəhrəmanı  Sürəyya  Kərimovanı  özünə  bir  obraz  kimi 
götürmək, onu özü üçün bir örnək seçmək niyyətiylə adının da 
Sürəyya  olmasını  arzu  etdiyini  yazırdı.  Elə  bu  da  kömək  etdi 
ona.  Son  ucu  razılaşıb  qəbul  etdilər  ərizəsini.  Hələ  xoşları  da 
gəldi ondan. 
İndi  öz  sevdiyi  Sürəyyası  adından  keçirdiyi  o  sonsuz 
intizar,  hicran  haqqında,  qəmli-kədərli  yaşamalar  haqqında, 
düşüncələr  haqqında  yazıb  səliqəylə  doldurmaqdaydı 
dəftərçəsini. 
 
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq: 
 
İntizarın caynağında gecə-gündüz qalmısanmı, ey bacım? 
Boğazına mənimki tək acı qəhər tıxcanıbmı, dolubmu? 
Gül bənizin içindəki bu qəhərdən saralıbmı, solubmu? 
Solubdusa bacımsan! 
 
Pəncərənin qabağında saatlarla durmusanmı, ey bacım? 
Həyatından bezikib də can boğaza yığıldığın olubmu? 
Bu g
ünündə qulağına həzin-həzin mərhəm bir səs gəlibmi? 
Gəlibdisə bacımsan! 
 
 


 
175 
Gözlərini yumub bəzən bu həyatdan uçmusanmı, ey bacım? 
Ala-
yaşıl bir dünyada ürəyinə  xoş duyğular dolubmu? 
Orda sənin uca boylu, qələm qaşlı, gözəl yarın olubmu? 
Olubdusa bacımsan! 
 
Çox sevdiyin bu aləmdə üçcə günmü, ya çox qaldın, ey bacım? 
Ürəyində tüğyan edən duyğuların o oğlana dəydimi? 
Bax, sən onu sevdiyin tək, o da səni bəyəndimi, sevdimi? 
Sevibdisə bacımsan! 
 
İtirdim mən o oğlanı! O gün, bu gün öldüyümdü, ey bacım! 
Yoxsa elə bir nəs gündə bu iş sənin öz başına gəlibmi? 
Bir gün sənə var olan yar, yox olub da bir gün səndən itibmi? 
İtibdisə bacımsan! 
 
Sürəyyanın  gördüyü  miyanə  bir  yuxuda  oxuduğu  həzin 
mahnı: 
 
Heyran gözün xumarı, 
Baxıb oldum tumarı. 
Bilmədim uduzaram 
Niyoynadım bu qumarı? 
 
Heyran gözə saç düşə, 
Kiprik qalxa y
aş düşə, 
Bir qız yardan olunca 
Başına bir daş düşə! 
 
Heyran gözlər salışdı 
Fikirlərim qarışdı, 
Belə baxma sən Allah, 
Ürək-öfkəm alışdı. 
 
 


 
176 
Heyran gözlər arası, 
Çatma qaşın qarası, 
Heyran gözüm qəlbimdə 
Açıb illər yarası! 
 
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq: 
"Bu  gün  oktyabrın  22-dir.  Kamalı  itirdiyimin  iki  ili 
tamam  olub,  üçüncü  ilə  ayaq  basır.  Dərsdə  hiss  elədim  ki, 
havayı  yerə  oturmuşam  burda,  ağlıma  heç  nə  batmır.  Ürəyim 
bərk  darıxır,  qulaqlarımda  guvultu  başlayıb.  Tənəffüsdə  bir 
kəsə bir söz demədən institutdan çıxıb metroya sarı yönəldim. 
Evə  gəlib  yenə  dəftərlə,  kitabla  əylənərdim,  pəncərə  önündə 
dayanıb balacaların oyanmasına tamaşa edərdim. Yenə keçən il 
bu günki gündə tarladaydım, ayrı bir rayonda, ayrı bir tarlada 
olsaq da nə fərqi varmış, tarla elə tarladı. Qaçıb təklənmişdim 
yenə,  nəsə  belə  bir  duyğu  vardı  məndə:  bəlkə  bir  sirr  var  bu 
tarixdə,  birdən  görərəm  budur  bir  böyürdən  çıxıb  gəlməkdədi 
Kamal. 
Gəlmədi. Ağladım çoxlu. Kamalın səsi gəldi qulağıma, 
qoxusu gəldi burnuma. Dinlədim, qoxladım. Bu il heç pambığa 
da getmədik. 22 Oktyabr da budur dözülməz bir ağrı kimi gəlib 
çıxıb. Bağrı çatlayır adamın auditoriyada. Elə lap küçədə, yolda 
evdə  də,  pəncərə  qabağında  da.  Bulana-bulana metroya girib 
esk
alatorla aşağı enirdim. Metroda həmişə gözlərim adamlarda 
olardı,  mənə  elə  gələrdi  bu  adamları  ona  görə  belə  düzüblər 
eskalatora  mənim  işim  asan  olsun,  baxıb  onlara  seçə  bilim, 
tanıya bilim, tapa bilim öz axtardığımı. Dəhşətə gələrdim bəzən 
belə  vaxtlarda.  Gör  işə  bax,  bir  belə  adamlar  düzülə 
eskalatorlara,  küçələrə,  yollara,  tərpənmək  olmaya  adam 
əlindən  institutda,  kino-teatrlarda,  qatarlarda  amma  sənin 
axtardığın  o  bircə  adam  heç  vaxt  olmaya  bunların  içində! 
Vallah fikirləşəndə az qalır dəli ola adam! 22 Oktyabr günü isə 
fikrim  özümdə  deyildi,  heç  adamlara  da  baxmırdım.  Onu 
axtarmağı düşünmürdüm də heç, fərağına yanırdım elə. Birdən 
yanımdan  bir  5  qəpiklik  ötüb  keçəndə  ixtiyarsız  qayıdıb  geri 


 
177 
baxdım,  baxınca  da  ürəyim  qopdu  yerindən:  Kamal! 
Eskalatorun la
p  başında  dönüb  özündən  geriki  qarakül 
dərisindən  dimdikli  papaq  qoymuş  boynu  qısıq  adama  nəsə 
deməkdədi:  "Kamal"!-  deyə  dəli  kimi  necə  qışqırdımsa  hamı 
dönüb  mənə  baxdı.  Kamal  elə  bil  heç  yoxmuş,  görünmədi 
Kamal. Eskalator onları elə həmin anda bayıra çıxardı. Görən 
eşitmədilərmi  səsimi?  Görən  doğrudan  da  Kamalmıydı 
gördüyüm?  Bizim  eskalator  hələ  də  aşağı  düşməkdəydi.  Mən 
özüm  atılıb  pilləkənləri  düşmək  istəyirdim  yerə,  tez  çatım 
deyin.  Di  gəl,  cüt-cüt,  qoşa-qoşa  dayanmışdı  bəxtəvərlərin 
hamısı.  Aşağı  düşəndə  də  bir  rota  saldat  kəsdi  qabağımı. 
Yüzəcən olardı saldatlar. Elə bil tale özü kəsirdi yolumu, elə bil 
gedişat özü belə-belə maneələr çıxarıb qarşıma özü qoymurdu 
çatam  istəyimə,  yetişəm  muradıma!  Gedib qalxan eskalatora 
düşüncə elə bildim il keçdi. o qədər doluydu eskalator adamla, 
elə  bil  gücü  də  çatmırdı  eskalatorun  dartıb  onları  yuxarı 
çıxarmağa.  Ürəyim  içimdə  şiddətlə  döyünürdü,  boğulurdum 
sevincimdən.  Ay  Allah  neyləyəcəyik  biz  tapışsaq  o  küçədə, 
necə olacayıq biz! Eskalator elə bil görkəzmə bir aləmə aparırdı 
məni, qaranlıq dünyadan çıxarıb işıqlığa, işıqlı dünyaya aparırdı 
eskalator  məni.  Elə  bil  nağıl  aləmindəydim,  elə  bil  Zümrüd 
quşuna  minib  işıqlı  dünyaya  uçmadaydım.  Səadətimə 
çatacaqdım  orda,  Kamalıma  yetişəcəkdim.  Görən  eşitmədimi 
Kamal  məni?  Bəlkə  elə  yuxarıda  dayanıb  gözləyir  məni?  Ya 
bəlkə o da yenidən geri qayıtmaqdaydı? Yox qayıtmış olsaydı 
indi görmüşdü məni, ya mən onu. 
Eskalator  başa  çatıb  topa-topa  duruşmuş  cavanlara  sarı 
qaçdım,  nə  bu  topada  tapdım,  nə  o  biri  topada  görə  bildim 
Kamalı.  Ürəyim  az  qalırdı  ağzımdan  çıxa.  Ay  qardaşlar 
bilmədiniz necoldu Kamal, ay şişman xala, ay gözətçi qadın sən 
Allah  bilmədim  necoldu  Kamal?  Yüyürüb  küçəyə  çıxdım,  o 
tinə  boylandım,  bu  tinə  göz  gəzdirdim,  yoxdu  Kamal,  qeybə 
çıxmışdı  Kamal!  Fikirləşdim  yəqin  səhv  görmüşəm,  qara 
basıbmış məni, aldadırmış gözlərim məni. Elə kor peşman bir 


 
178 
də geri qayıdırdım bir də belə baxıb o qarakül dərili dimdikli 
papaq  adamı  trolleybusa  minmək  istəyən  gördüm.  Dəli  kimi 
yüyürdüm ora tərəf: 
- Ay qar-
qardaş, siz indicə met-metrodan çıxdınız eləmi? 

İndicə yox, bir az əvvəl. 

Hə də, olar üç dəqiqə. 

Yox beş dəqiqə olar. 
- Bi-
bir oğ-oğlanla çıxırdınız, eləmi? 

Bəli necəki? 

Adı Kamal deyildi o oğlanın? 

Yox, qızlar, Orxandı adı. 

Sən Allah düzünü deyin qardaş! 

Ay bacı, niyə yalan deməliyəm axı? 

Yalan deyirsən, Kamaldı o! 
Məni  ağlamaq  tutdu  burda.  Qaragül  papaqlı  oğlan  acıdı 
deyəsən  bu  halıma,  ya  məni  dəli-dülü bildi. Trolleybus 
tərpənəndə mənə görə gedib minmədi trolleybusa. Qaldı görsün 
kiməm mən, nəyəm mən, nə axtarıram mən? 

Vallah Orxandı oğlanın adı bacı, Tibb institutunu altı il 
bir oxuyub qurtarmışıq. 

Mexanizasiya texnikumunda oxumayıb? 

Ay  bacı,  texnikum  nədi,  mexanizasiya  nədi,  aspiran-
turaya hazırlaşır gedə? 

Bəs indi hara gedirdi qardaş, bilmədin? 
-  Bir 
professor var onun  yanına tələsirdi, taksi tutub ora 
getdi. 

Bağışlayın,  qar-qardaş,  onda  mən  səhv  salmışam, 
əziyyət verdim sizə. 

Gözəl  qızların  qulluğunda  olmaq  Sahibovun  ən  fəxrli 
vəzifəsidi xanım qız, xoşdu mənə... 
Papağını çıxarıb reverans elədi qarşımda. Amma mən indi 
nifrətlə baxırdım ona. Guya elə yoldan ötən bir adamı Kamala 
oxşatmağımda,  bu  adamın  da  Kamal  deyil  bir  başqası  olma-
ğında bu yazıqmış müqəssir. O da yəqin baxışımdakı bu nifrəti 


 
179 
hiss eləyib büzüşdü, bir az da qaralaşdı, üzünü çevirib yönü o 
yana dayandı.  
Qayıdıb  yenə  eskalatorla  aşağı  düşməyə  başladım.  İndi 
elə  bil  eskalator  məni  yerin  təkinə,  yerin  təkindəki  o  qaranlıq 
dünyaya  aparırdı.  Məlikməmmədin  atılıb  mindiyi  bir  qara 
qoyundu guya eskalator, cəhənnəmlərə götürüb atacaqdı məni! 
İndi  mən  tamamilə  əlimi  üzmüşəm  Kamaldan.  Tale  bizi 
qovuşmağa  qoymaqacaq.  Hər  halda  Orxan  adlı  bir  həkimi  bir 
Kamal sifətinə salıb göstərməklə tale bu gün böyük bir ərmağan  
bağışladı mənə. Özü də necə bir gündə! Sabahdan artıq üçüncü 
il başlayacaq. Görək bu üçüncü il nə gətirəcək mənə!  
 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin