Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   35   36   37   38   39   40   41   42   ...   65
2016-2403

ŞAHLAR HƏSƏNOĞLU 
 
 
 
 
 
Roman 
 
 
İkinci  hissə 
 
 
 
 
“Girdim yar
ın bağçasına”.. 


 
203 
Orxan
ın ümumi rəyə olan inamı düz çıxdı, ümumi rəy bu 
dəfə  də  bir  silsilə  papa,  mamaların  qanını  qaraldıb  Orxana 
aspiranturaya  göndərilmək  üçün  yekdilliklə  rəy  verdi.  Orxan 
d
ərhal Leninqrada gəlib sənədlərini ürək xəstəlikləri üzrə elan 
edilən  payız  qə”buluna  hazırladı.  Yataqxanada  yer  alıb  bütün 
yayı  imtahanlara  hazırlaşdı.  Rus  dilinin  tələffüzündə  önünə 
çıxan çətinliklər bu üç ayın içində yumşalıb bir qədər düzələn 
kimi  oldu.  Indi  rus  dilində  düşünə  bilmək  vərdişi  qazanmaq 
qarşıda  dururdu  və  bu  daha  çətin  problem  idi.  Aspiranturaya 
imtahan  verdikləri  zaman  xüsusilə  fəlsəfə  imtahanında    bu 
çatışmazlıq özünü göstərdi. O özü də hiss edirdi ki, minimum 
verən  tələbələrdən  bir  baş  artıq  bilir,  di  gəl,  çətin  fəlsəfi 
terminləri  tapıb  dərhal  deməkdə  çətinlik  çəkir.  Xoşbəxtliklən 
minimum  qə”bul  edən  professorlardan  bir  nəfər  Azərbaycan 
dilini kamil bilirmiş və belə terminlər demək lazım gələndə o 
“Eybi  yoxdur,  termini  Azərbaycanca  söylə!”  –deyə  ona 
müraciət  etdikdə  ürəyini  coşğunca  bir  sevinc  doldurdu. 
Professor “sübut etdi” ki, bu 
Azərbaycandan  gəlmiş  oğlan 
fəlsəfədən dərin biliyə malikdir və ona “ə”la” qiymət yazıldı. O 
biri imtahanlar 
Orxan  üçün  heç  bir  cəhətdən  çətin  deyildi. 
Beləliklə  Orxan  sevdiyi  ixtisas  üzrə,  “ürək  xstəlikləri”  üzrə 
aspiranturaya  daxil  olub  bütün  diqqətini  elmə  sərf  etməyə 
başladı. 
Burada  o  elmə  tamamilə  başqa  bir  yanaşım  gördü:  elmi 
yaradıcılıqla  elmin  yalnız  dəlisi-fanatiki  olanlar  məşğul 
olurdular. Ata-
ana istəyinə görə aspiranturaya girmək məsələsi 
yoxdu.  Bilikcə  güclü,  zəkaca  qüvvətli  olanlar  elm  ardınca 
qoşub  qətiyyətlə  irəliləyirdilər.  Bu  adamların  bütün  yaşantısı, 
keşirdikləri  həyat  tərzi  bu  elmi  fanatazim  amacına  asılı 
tutulmuşdu.  Elmə  bir  növ  idman  kimi  baxılırdı.  Gündəlik 
məşqlər,  hazırlıqlar,  rejimlər  idmançının  dünya  rekordlarını 
saniyənin  onda  biri  miqdarında  yaxşılaşdırmağa  yetəcək  bir 
sistemlə idmançılar tərəfindən necə dəqiq və aydın bir proqram 
üzrə aparılırdısa, elm ardınca, düşənlərin də bütün həyatı, rejimi 


 
204 
elmi belə yeni rekordlarla- ixtira və kəşflərlə eləcə irəlilətməyə 
doğru  yönəldilmişdi.  Hətta  ailə,  evlənmək,  uşaq  bəsləmək, 
böyütmək  kimi  sırf  bəşəri  hisslər  və  vəzifələr  belə  bu  elmi 
fanatizmə  tabe  etdirilib,  ona  qurban  verilirdi.  Orxana  elə 
gəlməkdəydi  sevgi,  məhəbbət  duyğuları  özü  də  bu  fanatizm 
ön
ündə ikinci, üçüncü plandadır, ona tabe etdirilibdir. Aspirant 
özünə qız seçərkən birinci növbədə qızın onun elmi işlərinə nə 
dərəcədə mane ola biləcəyini mülahizə edirdi.  
Ən  az  maneçiliyi  olacaq  qız  ən  ideal  qız  kimi  tutulub 
sevilirdi. Qızın bütün digər xüsusiyyətləri bu əsas cəhətdən tam 
a
sılı olub o qədər ciddi əhəmiyyətə malik deyildi. Qız-gələcək 
həyat yoldaşı nə qədər az şıltaq olsa, elmin fanatiki bu oğlanı 
nə qədər az dartıb ora-bura aparsa, öz elmi işindən nə qədər az 
onu  ayırsa  bir  o  qədər  yaxşı  həyat  yoldaşıydı,  sevgiyə, 
məhəbbətə bir o qədər artıq layiq idi! Bəzən qız özü də aspirant 
olurdu. 
İki fanatik bir-birilə  tapışıb işin ailə bünövrəsini təmin 
edərək  hər  ikisini  izafi  vaxt  itgisindən  qoruyur,  hərə  öz  elmi 
axtarışları  ardınca  öz  imkanlarından  maksimum  səmərəli 
istifadə  etmiş  olurdular.  Ailə,  ər-arvadlıq  ehtiyacları  bir-birilə 
beləcə  asan  şəkildə  tə”min  edilir,  elmi  axtarışların  uğurla 
sonuclanması ehtimalı qat-qat artırdı. 
İlk  əvvəllər  elmə  burada  göstərilən  bu  elmi-idmançı 
münasibəti  Orxana  ürpəşdirici  görünür,  onda  bir  zamanlar 
a
vtomatla  bağlı  olan  həmin  səfsətə  təfəkkürlər  doğururdu. 
Ömr
ün qarşısına yeganə bir məqsəd-elmi kəşf idealı qoyulması, 
bütün  digər  bəşəri  istək  və  arzuların  bu  məqsədə  tabe 
tutdurulması  ona  qanqaraldıcı  bir  iş  kimi,  qeyri  bəşəri  bir 
yanaşım kimi görünürdü. Lakin düşünəndə ki, bu idealdan son 
məqsəd  insanların,  bütün  bəşəriyyətin  sağlamlığı  əqidəsinə 
tabedi, bu fikir
ləri  dəyişib  ülviləşdirdi.  Bu  yerdə  də  bəzən 
qanqaraldıcı  fikirlər  əl  çəkmirdi  ondan:  bəlkə  bəşəriyyətin 
xeyrinə  olmayan  bir  elm  sahəsində  də  elmi  axtarışlara  məhz 
belə  elmi-idmançı  fanatizm  münasibəti  göstərildi,  bəs  onda? 
Onda  vay  bəşəriyyətin  halına.  Çünki,  bu  fanatizmin  kəşflər, 


 
205 
ixtira  və  tapıntılarla  nəticələnəcəyi  əvvəlcədən  məlumdur, 
müvəffəqiyyət, bu elmi-idmançı yanaşım şəraitində əvvəlcədən 
qaran
tiya  edilmişdir.  Atom,  hidrogen  bombaları,  digər  kütləvi 
bioloji  qırğın  silahları  belə  yaradılmamışdırmı?..  Lakin o  öz 
elmi  axtarışlarına,  öz  ixtirasına  cavabdehdir.  Məhz  belə  bir 
elmi-
idmançı  fanatizmi  ilə  elmi  axtarışlarına  qapıldığı  ürək 
xəstəlikləri  problemlərinə  cavabdehdir.  Bəşəriyyətin  üçdə  bir 
hissəsi bu xəstəliklərdən ölür. Çox zaman da hələ cavan ikən, 
hələ ömrünün, istedadının çiçəkləndiyi çağında ikən aparır bu 
xəstəlik insanları. Indi onun bütün biliyi, əqli, zəkası, istedadı 
in
sanlığın bu amansız düşməniylə elmi mübarizə amalına sərf 
olunmaqdadı.  Və  Orxan  bu  elmi-idmançı  fanatizm  yolunda  o 
biri  aspirantlardan  hələ  müəyyən  əlverişli  şəraitdə  idi.  Onun 
evi-
eşiyi, ailəsi, dost tanışları yoxdu burda. Kinolara, teatrlara, 
sirklərə,  rəqs  meydançalarına,  kampaniyalara  getmək  kimi 
başqa  aspirantları  özünə  dartıb  çəkən  mənəvi ehtiyaclar, 
vəzifələr  yoxdu  Orxan  üçün,  gərəksiz,  lüzumsuz  şeylərdi 
bunlar. Hər hansı insanı həzz duyğusu tamamilə yaddı ona, cəlb 
eləmirdi Orxanı. Bunlar onun həftədə bir kərə hamama getmək 
ehtiyacı ilə tükənirdi. 
Aspirantlar içərisində təkcə İqorla Tanyanın həyat şəraiti 
bu elmi-
idman  fanatizmi  üçün  onunkundan  daha  əlverişli  idi. 
Iqorla  Tanya  evlənib  bir  yerdə  yaşayırdılar.  Hərəsi  bir  ixtisas 
ardınca  düşmüşdü.  Iqorun  anası  Valya  xala  hər  iki  fanatikin 
bütün  digər  ehtiyaclarını,  o  da  bir  ana  fanatikliyi  ilə  ödəyib 
gənc  aspirantları  əllərini  bir  ev  işinə  vurmağa  qoymurdu. 
Yeməklərini hazırlayır, paltarlarını yuyub ütüləyir, hamamlarını  
qızdırıb  çimməyə  hazırlayırdı.  Hətta  əyinlərinə  geydikləri 
paltarları da maqazinlərdən gedib Valya xala özü alırdı. 
İqor  bütün  sahələrdə  Orxandan  üstün  idi  və  bu üstünlük 
elmi mübahisələr zamanı bir iynə ulduzunca da həmişə özünü 
göstərib  Orxanı  pərt  edir,  daha  artıq  bir  iradəylə  onu  elmi 
axtarışlar ardınca çəkib aparırdı. Iqorun başı elə bil hesablama 
maşınıydı.  Hər  hansı  bir  elmi  problemin  nə  zamandan  ortaya 


 
206 
çıxdığını,  bu  barədə  elmi  mübahisələrin  necə  təkamül  edib 
dəyişdiyini,  hal-hazırda  hansı  elmi  istiqamətlərə  gətirib 
çıxardığını  bir  maşın  dəqiqliyi,  sərrastlığı  ilə  dərhal  danışırdı. 
D
ünyanın harasındasa bu problemə dair əldə edilmiş ən cüzi bir 
yenilik  İqora  mütləq  bəlli  idi.  Mübahisələr  zamanı  o  idman 
yarışlarında rekordçular öz yaxın rəqiblərindən necə saniyənin 
yüzdə biri kimi  üstünlüyə nail olurdularsa İqor da eləcə ondan 
üstün olurdu və heç bir sə”ylə, çalışma, baş sındırmayla Orxan 
bu cür çimdicik geriliyini aradan qaldıra bilmirdi. Son olaraq da 
bu  qərara  gəldi  ki,  İqorun  bu  üstünlüyünü  o  heç  vaxt  aradan 
qaldıra bilməyəcək də.  İqora Valya xala ilə, Tanya ilə verilir 
bu estünlük. 
İqor  Orxanı  olduqca  sevir,  bəzən  mübahisələrini 
yarımçıq  qoymamaq  naminə  onu  da  dartıb  evlərinə  gətirirdi. 
Hətta yemək yedikləri zaman belə mübahisələri davam edirdi, 
nə Valya xala, nə Tanya bir dəfə də olsun onların yanında belə, 
mübahisələrini  davam  etdirdiklərinə  görə  öz  narazılıqlarını 
bildirməmişdilər və bütün bunlara tamamilə təbbi bir hal kimi 
baxırdılar. 
Günlər,  həftələr,  aylar  beləcə  sırf  elmi  axtarışlar 
mübahisələr axanağında ötüb keçir, zaman Orxanın duyub hiss 
etmədiyi  bir  sürəkliklə  addayırdı.  Iş  o  yürə  gəlib  çatmışdı, 
İqordan geri qalmamaq mülahizələri onu yay tətilləri zamanı da 
Azərbaycana  gəlməyə  qoymurdu.  Yalnız  Adillə  məktublaşır, 
Azərbaycanda  olub  bitənlərdən  Adilin  şirindil  məktublarıyla 
mə”lumat  alırdı.  
Sürəyya  isə...  Tamamilə  ynydulmuşdu  Sürəyya,  yox  idi 
beynində, hafizəsində, yaddaşında. Hardasa qəlbinin kar-kor bir 
guşəsində  görünməz-bilinməz  sızıltı  kimi,  yaraltı  kimi 
düyünlənib sporlaşmışdı Sürəyya xatirəsi... 


 
207 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin