Şahlar həSƏNOĞLU


*****               *****             ****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   37   38   39   40   41   42   43   44   ...   65
2016-2403

*****               *****             **** 
 
Müdafiə  ərəfəsində  ikən  Orxanın  həyatında  gözlənilməz 
bir  yenilik  baş  verdi:  Larisa  çıxdı  ortalığa.  Larisa  uca  boy, 
nazikbədən, ağa çalan apelsin saçlı bir Baltika gözıliydi. Tibb 
institunun  tələbəsi  olmaqdan  savayi  Orxanın  elmi  rəhbərinin 
işlədiyi  xəstəxanada  yarım  ştat  şəfqət  bacısı  işləyirdi  İqor da 
burada  işlədiyindən  Orxan  tez-tez  xəstəxanaya  gəlir,  ya  elmi 
r
əhbərini, ya İqoru axtarırdı. Larisa elmi rəhbərinin kabinetində 
işlədiyindən  onu  yaxşı  tanıyır,  hər  dəfə  onunla  salamlaşırdı. 
Çox vaxt İqor da gəlib buraya çıxır, elə kabinetdə onların elmi 


 
212 
söhbətləri, mübahisələri qızışırdı. Elmi rəhbərlərinin kabinetin-
dəki başqa əşyalar kimi onlar Larisaya da öyrəşmişdilər və fikir 
vermirdilər.  Fərq  təkcə  bundaydı:  kabinetdəki  digər  əşyalara 
salam verib görüşmək gərək olmurdusa, Larisaya bunu mütləq 
etməliydilər.  Larisanın  qap-qara gözləri  vardı.  Başdan-başa 
qəribəlikdi  Larisa:  özün  bunca  ağ  olasan,  saçların  bunca  ağ 
rəngə çala ancaq gözlərin, qaşların qap-qara ola. Həm də bunlar 
yapma deyil, öz təbii rəngində olmuş ola. Bir də qaşları el bil 
rəngləmək  olar,  bəs  gözləri  də,  onların  bəbəklərini  də  rəng-
ləməkmi olardı? Qaldı heç saçlarının da rənginin özümlüyünə 
heç bir söz ola bilməzdi. Nə qədər də olsa saçların diblərindən 
bilmək  olar  saçın  öz  rəngini,  seçmək  olar  boyamadan, 
rənglənmədən.  Görünür  Larisanın  öz  irqi  əlamətiydi  bu.  Hər 
hald
a nəsə bir Qafqaz adamı üçün bir görkəzməlikdi Larisanın 
bu  əlamətləri.  Və  Orxanı  bəzən  gözlərini  dikib  Larisaya 
baxmağa  çəkən  də  heç  bir  ayrı  düşüncə  deyil  bu 
görkəzməliliyiydi.  Görünür  bu  baxışlar  qıza  başqa  cür  təsir  
edirmiş.  Tezliklə  Orxan  bunun  şahidi oldu. Bir neçə  dəfə  o 
çıxıb  gedərkən  gördü  Larisa  da  ardınca  gəlir,  həm  də  nəsə 
gülümsünür  ona,  nəsə  görünür  bir  söz  demək  istəyir,  addım-
larını  yavaşıdıb  ədəb-ərkan  xatirinə  gözləyirdi  qızı.  Sonra  da 
avtobusa mindirib yola salmalı olurdu. Belə hallarda aralarında 
qırıq-qırıq  söhbətlər  baş  verirdi,  həmişə  də  Larisa  açıqca 
deyirdi  ki,  Qafqaz  adamlarından  olmaz!  Nəsə  bir  istilik, 
cazibədarlıq  varmış  guya  Qafqazlılarda.  Baxışlarında  nəsə  bir 
əsrarəngizlik  guya  varmış.  Sonra  Larisa  kitabxanaya  da  gəlib 
onunla 
ya yanaşı, ya da qabaq qarşı əyləşirdi. Papiros çəkməyə, 
bufetə yemək yeməyə gedəndə də Larisa durub onunla gedirdi. 
əvvəlcə  hesab  elədi  bəlkə  qız  kasıbdır,  pula-zada  görə  belə 
eləyir? Lakin Larisa onun da pulunu verməyə heç vaxt razı ol-
madıqda anladı ki, Larisa deyəsən vurulub ona. Onun Qafqaz-
lılığına.  Larisanın  gözlərindən  axan  o  təlatümlü  dalğalarla 
rastlaşınca Orxan ondan qurtulmaq üçün bir daha kitabxanaya 
da getməyib indi kirayədə qaldığı öz otağında işləməyə başladı. 


 
213 
Bir gün Larisa 
İqora  qoşulub  ona  baş  çəkməyə  gəldi. 
Artıq Orxan dissertasiyasının ədəbiyyat siyahısını tərtib edirdi 
və  o  İqordan  yaxşı  bir  makinaçı  tapmağı  xahiş  etdikdə  İqor 
Larisanı  göstərdi:  demə  İqorun  dissertasiyasını  da  Larisa 
yazıbmış.  Müdafiə  vaxtına  bir  ay  ancaq  qaldığından  Orxan 
istər-istəməz razı oldu. Sabahısı Orxan dissertasiyasının redaktə 
edilib düzəldilmiş variantını, yaxşı kağız, lenta götürüb Larisa 
gilə  gəldi.  Larisa  qoca  nənəsi  ilə  olurdu.  Ata-anası  hansı 
şəhərdəsə  hərbi  xidmətdə  işlədiklərindən  üç  otaqlı  gözəl  bir 
mənzil təkcə Larisanın ixtiyarında idi. Nənəsi qızın bir sözünü 
iki  eləmir,  hər  nazına  oynayırdı.  Evlərində  hər  şeyləri  vardı: 
pianino, televizor, yapon maqnitafonu, xarici mebellər. Opxan 
onlara gələndə nənəsi heç soruşmadı da kimdir bu gələn oğlan, 
nəyə gəlib? Qadın olduqca gülərüz qarşıladı onu. Sonra Larisa 
onu  öz  otağına  aparıb  onlar  otaqda  tək  qaldıqda  Orxan  nəsə 
sıxılmağa  başladı.  O  belə  şey  görməmişdi.  Onun  doğulub 
böyüdüyü  mühitdə  bir  qızın  öz  yanına  yad  bir  oğlan  gətirib 
onunla otağında belə tək qalması qəbahət bir iş idi. Larisa bunu 
duyub açıqca dedi: 
-
Belə sıxılma Orxan, özünü lap sərbəst hiss elə. Bizlərdə 
utanmaq  özü  eyibdir.  Qalan  nə  desən,  neyləsən  eyib  deyil. 
Könlündən nə keçsə utanmadan istəyə bilərsən 
Larisa  olduqca  təmiz  və  gözəl  yazırdı.  Tələbi  təkcə 
buydu:  Orxan  desin  o  da  yazsın.  Ta  yorulunca.  Yorulduğunu 
duyunca, onu yola salıb özü yazırdı. Orxan bir də o birisi gün 
gəlib  işlrin  vəziyyətindən  hal  bilirdi.  Oturub  bir-iki  saat  yenə 
diktə  eləyirdi.  Dərhal  da  yorulurdu.  Larisa  onun  oxumağa, 
mütaliyəyə  nə  qədər  səbirli  olduğunu  bildiyindən  təəccüb 
qalırdı  belə  tez  yorulmasına.  Orxan  isə  özündən  yaxşı  baş 
açmaqdaydı.  Onun  beyni  yalnız  yeni  informasiyalar  verən 
ədəbiyyatı qəbul etdikdə olduqca dözümlü və yorulmazdı. Elə 
ki,  məşğul  olduğu  iş  yeni  bilik  vermirdi,  artıq  çoxdan 
bildiklərinin  təkrarı,  oxunması  olurdu  bu  işlər  dərhal  yorurdu 
beynini. Yorulan kimi də əsəbləşməyə başlayırdı. Hər halda o 


 
214 
hər gün Larisaya baş çəkməli olurdu. Hər dəfə də Larisaonu bir 
donda, bir ləvində qarşılayırdı. Larisanın qırmızıdan ala, aldan 
yaşıla, göyə maviyə, açıq çəhrayıya, açıq narıncıya və onların 
çalarlarına  dəyişən  bu  qoluaçıq,  sinəsi,  kürəkləri  açıq  ev 
geyimləri,  gündən-günə  lalıxlayıb  yetişməkdə  olan  dilsiz 
baxışları onu narahat edib çaşdırmaqda idi. 
Sonuncu, disertasiyas
ını yazıb qurtardığı gün Larisa açıq 
çəhraynın  döşü,  qolları,  kürəyi  açıq,  bədənə  yapışıb  bədənin 
bütün cizgilərini qabarıq göstərən ipək xalatında idi. Vərəqləri 
divan  estünə  töküb  sistemə  salırdılar.  Larisa  suvaşa-suvaşa, 
söykənə-söykənə büyün dörd nüsxəni qovluğa qoyub ona verdi. 
Indi  Orxanın  minnətdarlıq  etmək,  öz  razılığını  bildirmək 
növbəsiydi. Pul təklif etmək çox ayıb bir işdi. Diplomatını açıb 
oradan Fransada tikilmiş, son dəbdə bahalı, açıq-yaşıl rəngli bir 
don çıxarıb Larisaya uzatdı: 
-
İqorla bəyənib almışıq. 46-nın 4-cü boyundadı. Iqor dedi 
sənin boyun belədi. 
-
Hə lazımdı axı bu? 
-
Bəs  bir  belə  əziyyət  verib  işlətmişəm  səni,  kiçik  bir 
hədiyyə də almayaydım sənə? 

Onda üzünü o yana çevir, geyinim, gör necə yaraşacaq 
mənə. 
Orxan üz
ünü  o  yana  çevircək  Larisa  əynindəki  xalatı 
sivirib divan üstünə ataraq anadangəlmə qaldı evdə. Axı üzü o 
yana çevirməyin nəydi xeyri, Larisa xanım, eviniz ki, büsbütün 
aynabənddi,  hara  baxırsan  özünü  görürsən,  özünlə  bir  yerdə 
olan  adamı  görürsən?  Güzgüdə  Larisa  onun  baxışlarıyla 
qarşılaşıb alışdı elə bil: 
-
Bir gəl mənim yanımda əyləş Orxan! 
Larisa onun hədiyyəsini geyinməkdən vaz keçib elə bütün 
qabaq düymələrini açıb çiynindən saldığı öz xalatını geyinərək, 
düymələrini  bağlamağı  belə  gərək  bilmədən  Orxanın  önündə 
əyləşib  gözlərini  ona  zillədi.  Elə  bil  axıb  getmək  istəyirdi 
Larisa  onun  gözləri  içində,  batıb  qəhr  olmaq  arzusundaydı. 


 
215 
Qıçlarının üstü açılmışdı, sinəsi, döşləri ağ-appaq idi, dodaqları 
açıla qalmışdı. Orxan onun bu təmasından qorxub çəkindi, bu 
gözəl  qadın  fiziolojisinin  ajdaha  çəkişindən,  dişilik  cazibə-
sindən titrəyib avazıdı, sarsıldı. 
-
Gəl  yaxına  Orxan,  utanma  məndən.  Mən  vurulmuşam 
sənə, sevirəm səni. Dəliyəm dərdindən, divanə kimiyəm. 
-
Mənim nəyimə vurulmusan Larisa, mən də vurulmalı nə 
var? 
-
Sənin  bənövşə  gözlərinə,  alma  yanağına  vurulmuşam. 
Qafqaz  saçlarına,  Qafqaz  cizgili  gözəl  çöhrənə,  utancaq 
gözəlliyinə,  hər  şeyinə.  Gecələr  yuxumdan  çıxmırsan  Orxan, 
hər  gecə  görürəm  səni,  oluram  sənlə-ayrı  bir  şeydən  danış 
Larisa. 
-
Bilirəm  hamısını,  qızlar  deyiblər  mənə:  səndə  ehtiras 
yoxdur.  Deyirlər  anadangəlmə  qüsurdu  səndə.  Professorun  o 
biri katibələri də deyib, şəfqət bacıları, kitabxanaçılar da deyib, 
hələ  Tanya  da  deyib.  Bu  qüsurun  da  eyb  eləməz  Orxan,  fərq 
eləməz  mənə.  Gəl  yanıma,  sənin  gözəl  gözlərin,  qaşların, 
sifətin,  dodaqların  gərəkdi  mənə,  kişiliyin  heç  olmasın.  Qoy 
səni doyunca öpüb məst olum Orxan! 
-
Onlar nə bilir anadangəlmə ehtirassızam mən? 
-
Təbabətdə  belə  şey  var!  Kim  sənə  yanaşıb,  hələ  indiyə 
kimi  ehtiras  oyada  bilməyib  səndə,  neyləyiblər  mümkün 
olmayıb.  Bu  normal  hal  deyil.  O  da  bir  Qafqaz  adamına. 
Qafqaz  adamı  bir  işarənə  bənddi  divan  üstünə  sərə  səni.  Kim 
bilmir bunu. Gəl gir qoynuma Orxan!... 
Orxan  hiss  edirdi  ki,  bütün  kişilik  ehtirası  coş  verib 
üsyankar 
bir  şəkildə  mənəviyyatına  qarşı  çıxmaqdadır.  “Necə 
yəni kişilik yoxdur məndə, ehtiras yoxdur? Gör insanda həvəs 
qaldırmaqçın  nələrə  əl  atır  bu  qız!  Bilir  axı  Qafqazlıyam, 
coşğunam,  qaynardı  qanım,  dözə  bilmərəm  belə-belə  sözlərə, 
əsəbiləşib  dərhal  sübut  etməliyəm  kişiliyimi,  ehtirasımı. 
Bunumu  istəyirsən  Baltika  gözəli,  kişiliyimi  sənə  isbatmı 


 
216 
eləməliyimi istəyirsən?  Lakin mən sənin hiyləni başa düşürəm, 
anlayıram axı? Mən səndən çox-çox zəkalıyam axı?”  
Birdən  Orxanın  qəlbində  gözlənilməz  bir  arzu  oyandı: 
Larisanın  açıq  kürəklərinə  baxmaq,  onun  kürəklərini 
Sürəyyanınkı ilə müqayisə etmək!  
-
Gəl yanıma Larisa. 
Larisa divan üstündən qalxıb masa yanına gəldi, gəlib də 
Orxana sığındı.  
-
Neylərsən məni? 
-
İcazə ver kürəklərini açıb kürəklərinə baxım. 
-
Nə var kürəyimdə? 
-Aç
ıq  qız  kürəyinə  baxanda  ehtiras  oyanır  məndə, 
istəməzdinmi? 
Larisa üzünü o yana çevirib dərhal xalatını çiyinlərindən 
saldı.  Yanları  qatmayla  bağlanmış  çəp  bir  üçbucaqdan  başqa 
pal-
paltar,  örtəcək  yoxdu  Larisanın  əynində,  heç  döşlərini 
saxlayan  döşlək  də  yoxdu.  Elə  beləcə  lüt-üryan, soyundurulu 
bir  yunan  heykəlitək  çıl-çılpaq  qalmışdı  Larisa,  ap-açıcaq 
qalmışdı. 
 “
İndi mən sənin kürəyinə necə baxım Larisa? Axı örtülü 
haran qaldı, açıq kürəyinə baxım? Sənin hər yerin açıq, səndə 
hər  yer  baxmalı,  kürək  tay  gərək  olmadı  Larisa.  Mən  sənin 
təkcə  açıq  kürəyinə  baxmaq  istəyirəm,  bu  kürəkdəki romanti-
kanı, füsunkarlığı, möcüzəni görmək, duymaq istəyirdim.  Indi 
uçub 
getdi  onlar  hamısı,  nə  romantika  qaldı  orda,  nə 
füsunkarlıq  qaldı,  nə  möcüzə  qaldı,  sənin  belə  büsbütün 
açılmağınla  bir  maral  tüpürcəyinə  dönüb  yel  apardı  onları 
Larisa,  bir  buğanaq  götürüb  apardı,  dağ  döşündəki  bir  topa 
duman bürüncəyi kimi yel götürüb apardı. Bir əsrarəngizlik, bir 
füsünkarlıq  qalmadı  o  kürəklərdə.  Süd  kimi  bir  ağ  bədən  var 
indi  önümdə,  incə,  gözəl,  yaraşıqlı  bir  qız  fiziolojisi  var, 
s
oyundurulu  bir  şəhvət  qapısı  var.  Romantika  yoxdu  amma”. 
Indi mən də bir mən olmaqdan çıxmışam fəqət Larisa, indi mən 
də  bir  kişilik  fiziolojisi  olmuşam.  Arxandan  baxdığım  yetər 


 
217 
Larisa üzünü çevir mənə, divan üstünə qoy sərim səni . Sən ki, 
buna can atırsan,  bunu istəyirsən. Amma sonra demə bir Qaf-
qaz  oğlunu  əfsunlamışam,  sevgili  etmişəm  özümə.  İndi bizim 
baş  verəcək  bu  mehrimiz  nə  məftunliqdan  deyil,  nə  məhəb-
bətdən,  nə  şəhvətdən  deyil  Larisa,  sadəcə  bir  tibbi  müayinə 
kimi,  yoxlama  kimi  bir  şeydi,  bir  qan  təzyiqi  ölçülməsi, bir 
mədə şirəsi götürülməsi kimi əməliyyatdı sadəcə bu”. 
Larisa üzünü ona  çevirib qollar
ını  boynuna  dolaqladı, 
məstanə  baxışları  ilə  yemək,  içmək,  sümürmək,  udmaq  istədi 
onu. Ona elə sıxılmış, elə suvaşmışdl guya onunla qovuşmaq, 
birləşmək, birləşib vahid adama çevrilmək həsrətindəydi. Guya 
ayrıca bədən olmaq, ayrıca varlıq olmaq işgəncəymiş, əzabmış 
Larisa  üçün,  müstəqilliyini,  ayrıcalığını  itirməklə  bu  təkcəlik 
əzabından,  bu  vahid  olmaqlıq  işgəncəsindən  qurtaracaqmış 
Larisa. 
-
Larisa, bax mən səninlə evlənməyəcəyəm. 
-
Kim deyir evlənəsən? 
-
Bəlkə uşağın qaldı? 
-
Qorxub eləmə, dərman qəbul eləmişəm . 
-
Bax, Larisa ikinci dəfə bu istəkdə olma. Yaxşı? 
-Orxan, namuslu  sözümdü, olmaram.  
Larisa  həssas  gözəlmiş.  O  doğrudan  da  vədinə  əməl 
edərək  bir  daha  bu  istəkdə  olmadı.  Özünü  də  hər  yerdə  elə 
aparırdı  guya  heç  belə  bir  şey  olmayıbmış  onların  arasında. 
Amma  o  biri  şəfqət  bacəlarının,  katibələrin  gözləri  süzülürdü 
nəsə  onu  görəndə,  əzilib  büzülürdülər,  ona yaxılırdılar.  Bu 
Larisanın günahı idi, fəqət bu günahını bağışlayıb bu barədə bir 
söz  demədi  Baltika  gözəlinə.  Bir  də  tək  qalmağa  qorxurdu 
Larisayla. Belə vaxtlarda dil açıb ondan bir təmənnada olmasa 
da gözlərində, yanaqlarında alışan o dişilik ehtirası əzib məhv 
eləməkdəydi  Orxanın  hissiyatını,  mənəviyyatını.  Özünə  qarşı 
dərincə bir kin oyanırdı qəlbində. Larisa elə baxırdı ona, guya 
ye
məli  bir  meyvəymiş,  almaymış,  ərikmiş,  şabalıdmış  Orxan, 
guya içməli bir şərab piyaləsiymiş, bir kostyum imiş geyilməli 


 
218 
impo
rt,  bir  don  imiş,  bir  palto  imiş  əcnəbi  etiketli,  bir  yapon 
zontikiymiş,  bir  yapon  maqnitofonu  imiş  ələ  götürməli,  sahib 
olmalı,  bir  jiquli  avtomobiliymiş  rulu  arxasında  əyləşilməli. 
Yeyilməli  içilməli,  geyilməli,  istemal  olummalı  bir  mal  imiş, 
əşya imiş nəysə. Həm də yeyən, geyən, sahiblənib zövq alan da 
o  deyil,  Larisaydı.  Larisaydı  acgözlüklə,  hərisliklə  icte”mal 
edib zövq alan, həzzinin şirinliyindən, ləzzətindən titrəyib əsən, 
coşan, dalğalanan. Oysa sadəcə istehlak məhsuluydu, almaydı, 
şrabdı, Moskva konfetiydi. 
Bəlkə bu duyğularını Larisaya da desin? Larisa onu əzdiyi 
kimi mənəviyyatca, o da Larisanı əzsin, zəhərləsin? Lakin çöx 
düşünüb vaz keçdi bu istəyindən: axı necə də olsa kişidi o? Bir 
dişi ehtirası önündə dayana bilməyib özünü təslim etmiş olsa da 
yenə  kişidi  o?  Yaralamaq  qadını,  zəhərləyib  ağlatmaq, 
damağını  pozmaq  yaramaz  kişiyə.  Larisa  ehtirasının  quludu. 
Ağası  haraya  çəkib  aparsa  bir  qul  kimi  üz  tutub  o  yana  da 
gedəsidi. Larisa da nə günah vardı axı? Günah hamısı Larisanı 
bir kənizə döndərən o ağadadı. İndiki əsr onu ağa seçib özünə. 
Tək  Larisa  deyil  ki,  onun  əlində  müjə,  bir  kənizə  çevrilən? 
Larisa  çırpək  kimi  kövrəcik,    incə  bir  qızdı,  bir  əsrin  saysız-
hesabsız Larisalarını bir kəniz kimi, bir qul kimi yesir edən belə 
möhtəşəm bir HİSS önündə necə dayansın, necə duruş gətirsin 
belə incə, belə kövrək bir yaradılış?  
İndi Orxanın  qəlbinin  dərinliklərində  yeganə  bir  arzu 
alışmışdı:  Azərbaycana  qayıtmaq,  öz  rayonlarına  gəlib  rayon 
xəstəxanasında,  lap  olmasa  bir  kənd  xəstəxanasında  həkim 
işləmək. Uzun zəhmətdən sonra dartılıb gərginləşmiş sinirlərini 
kənd  həyatının  sakit,  yavaşımış,  yeknəsəq  həyat  tərzində 
yumşaldıb keyitmək, sakitləşdirmək. 
Bir  də  Larisa  Sürəyyanı  yadına  salmışdı.  Gecə-gündüz 
gözləri  önündən  getmirdi  Sürəyya  şəkli,  Sürəyya  görüntüsü. 
Nədənsə ona elə gəlirdi ki, Azərbaycana çatan kimi tapacaqdı 
Sürəyyanı. 


 
219 
Müdafiədən  iki  ay  sonra  onu  İqor,  Tanya  və  Larisa 
təyyarəyə mindirib Vətənə yola saldılar. Təyyarədə baxıb gördü 
cibinə bir konvert qoyulub. Larisa qoyubmuş konverti! “Mənim 
uzaq 
elli  şahinim,  Qafqazlı  sevgilim,  Larisa  heç  vaxt 
unutmayacaq  səni.  Nə  vaxt  könlün  istəsə  bu  ünvana  teleqram 
vur, məktub yaz, dərhal uçub yanına gəlim.” Konvertin üstündə 
səliqəylə Larisanın ünvanı yazılmışdı. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin