Şahlar həSƏNOĞLU


*****             ******             *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
2016-2403

*****             ******             ***** 
 
Sürəyya anası üçün sağalmaz bir dərd, bir yara olmuşdu. 
Gülsüm arva
d  gecə-gündüz  əli  qoynunda  fikir-fikir  eləyir, 
qızından yana ağır əzablar çəkirdi. Yanına getmədiyi bir molla 
hüzuruna  getmədiyi  bir  cindar  bir  fırıldaqçı  qalmamışdı. 
Pirlərə,  ocaqlara  gedir,  baxtaçanlara,  falçılara,  min  cür 
hoqqabazlar
a  müraciət  edirdi.  Sürəyya  anasının  bu  işlərindən 
xəbərdardı, onlardan bir az da hələ nəşə alırdı. Əyləncəli gəlirdi 


 
224 
anasının  bu  çalışıb  vuruşması.  “Qoy  neyləyir  eləsin,- 
düşünürdü ürəyində, -anadır də, o da istəyir başqaları kimi öz 
qızını  oğullu  uşaqlı  görə”.  Doğrudan  da  indi  Sürəyyanın  tay-
tuşları  hamısı  ərə  getmişdi,  hərəsinin  üç-dörd  uşağı  vardı,  ev-
eşik sahibi olmuşdular. Sürəyya isə hələ də qara “yas” paltarı 
geyinib  subay  gəzməkdəydi.  Nə  olmuşdu  qızına,  başına  nə  iş 
gəlmişdi,  fikir-fikir  eləməkdəydi  arvad.  Ha  fikirləşirdisə  də 
ucunu  bir  yerə  aparıb  çıxara  bilmir,  beləcə  mollaya,  cindara, 
falçıya  müraciət  etməli  olurdu.  Bunlardan  da  heç  bir  nəticə 
hasilə gəlmirdi. Axırda bir ürək döyünməsi tapdı arvad. Bir quş 
ürəyi  kimi  çərpınırdı  arvadın  ürəyi.  Bir  neçə  həkim  yanına 
aparıb  gəstərdilərsə  də  çarə  tapıb  arvadı  bu  dərddən  qurtaran 
olmadı. Qorxmağa, anasından  yana iztirablar çəkməyə başladı 
Sürəyya. Axı heç elə bir dərdi də yoxdu anasının, Sürəyyanın 
dərdindən  bu  günə  düşmüşdü,  Sürəyyanın  fikrini  çəkməkdən 
belə omuşdu. Yalnız Sürəyyanın bir oğlan seçib ərə getməsinə, 
ev-
eşik yiyəsi olmasına bənddi arvad. 
Atas
ı bir gün anasını götürüb o adı çıxmış alim həkimin 
üstünə apardı. Həkim, deyirdilər Leninqradda alim olub gəlmiş 
kimsə çox bilikli cavan bir adamdı. Bu həkimin yazdığı dava-
dərman  doğrudan  da  sağaltmağa  başladı  anasını.  Indi  arvadın 
ürəyinin  döyünməsi,  çırpınması  dayanmış,  əvvəlki  halına 
qayıtmışdı.  Gülsüm  arvad  gecə-gündüz  alxışçıydı  həkimə,  elə 
hər sözü-söhbəti ondandı. “Əsil loğmandı vallah, heç Loğman 
da  belə  olmaz!”-deyirdi;  indi  də  yeni  bir  fikir  doğmuşdu 
arvadın başında: Sürəyyanı aparıb o həkimə göstərmək ! “Sənin 
işin həkimlikdi bala o həkim də Loğmandı, tapacaq baxan kimi 
dərdini, gəl sən razılıq ver, səni o həkimin üstünə aparım”. 
-
Həkimə nə deyəcəksən ana, deyəcəksən nəsə çatışmazlıq 
var qızımda, ərə getmək istəmir qızım? 
-
Noolar ay bala heylə deyəndə? 
-
Bəs  mən  neyləyəcəyəm  onda,  mat-mat durub baxacam 
cavan həkimin üzünə? 


 
225 
-S
ənin  yanında  demərəm  bala,  qabaqca  tək  girib  özüm 
təklikdə  deyərəm.  Nolar,  həkimdi  də  hər  sir  demək  olar,  nə 
qoca, nə cavan?  
-
Ay ana, ürək xəstəliyidi bu? Belə xəstəlik qadın xəstəliyi 
olar, ürəkdən olmaz axı! 
-
Boy başına dönüm ay bala, hər şeyin kökü ürəkdə deyil? 
Demirsən ürəyim istəmir? Demək maddə də elə ürəyindi qızım. 
Sən  gəl  razılaş,  aparım  səni  o  həkimin  üstünə,  həkim  deyil 
vallah, Loğmandı bala! 
-
Mən öz dərdimi özüm bilirəm ana, məndən ötrü o molla-
cindar yan
ına getməklərin də havayıdı! 
-
Bəs indi mən nə daş salım başıma, nə qayrıram, özün də 
dərdini  demirsən,  mollaya,  pirə  inanmırsan,  həkimə  deyirəm 
getmirsən... 
Arvad doluxsunub a
ğladı. Sürəyyanın özünü də ağlamaq 
boğdu,  böyük  qız  olandan  bəri  ilk  dəfə  anası  yanında  ağladı. 
Ürəyi sakitləşib özünə gələndə anasına ürək-dirək verməli oldu: 
-Bir il qal
ıb ana, bircə il. Bax, bu bir ili də gözlə, ondan 
sonra  Rüstəm  qağamın  canına  kim  gəlsə  qapımıza  rədd 
etməyəcəyəm elçisini. Bax, and içdim, inan mənə. 
Gülsüm  arvad  o  gündən  sonra  açılmağa  başladı. 
Danışdıqları  günün  tarixini  bir  şahid  kimi  divara  yazdırmışdı: 
10 Noyabr. Əl altından iş də görürdü arvad. Bəzi oğlan anaları 
ilə danışıq da aparırdı altdan-altdan. Ara-bir görürdün bir cavan 
oğlanı tərifləyir qızı yanında, bir söz almaq istəyir qızından. Di 
gəl,  qızının  üzündə  bir  maraq  işartısı  tapa  bilməyib  yenə 
ümidsizliyə qapılırdı arvad. 
İl  dəyişib  Sürəyyanın  gözlədiyi  onuncu  ilin  İyul  ayı 
gələndə  anası  Zakirin  ailəsiylə  Sürəyyanı  yaylağa  göndərdi. 
Yaylaq  qızın  qəlbində  görünməz-bilinməz  yaralar  açdı.  On 
ildən artıqdı gəlməmişdi yaylaqlara. Indi bu yerlərə gəlib on il 
qabaqlar
ın o qayğısız çağlarını andıqca selə-suya dönüb axırdı 
qız.  Bu  göy  yaylaqlar  başında  bir  yeniyetmə  qız  ömrünün  on 
ildən  artığı  keçmişdi.  Gözünü  açıb  dünyaya  baxandan  bəri 


 
226 
Sürəyya hər il bu yaylaqlara gəlmişdi. Hər bulaq bir xatiratı ilə 
bağlıydı,  hər  şırıltı  bir  məhəbbət  mahnısı  oxuyurdu  ona,  hər 
yamac bir ümid burnuna dönüb dadlı-dadlı xəyallara daldırırdı.  
Nolardı bax, bu uca dağ qılıcını o tərəfə aşıb bu yaşıllıq içində, 
bu  yiyəsizlik  içində  birdən  Kamalla  rastlaşa.  Olmaz  niyə? 
Vallah  nə  desən  gözləmək  olar  bu  dünyadan.  Nə  desən.  Bir 
qaya dibində bir topa gül çiçək dərib oturduğu yerdə bir də belə 
qayıdıb  görər budu ona  sarı  gəlməkdədi Kamal.  Başında o iri 
kepkası,  əynində  Volodarski  tikişli,  üstü  toza  batmış  köhnə 
kostyumu,  ayağlnda  8  manatlıq  ayaqqabı  budu  gəlməkdədir. 
Bəzən gözlərini yumub uzun müddət beləcə gözləri qapalı qalır, 
bəlkə mö”cüzə baş verə bilər birdən, gözlərini qəfil açıb görər... 
Fəqət nə möcüzə baş verirdi, nə də bir adam gəlib çıxırdı. 
Tam yiyəsizlok, tam sakitlik, uca dağ başı, qəlbi bir qaya dibi. 
Həzin  bir  mahnı  gəlib  dolurdu  sinəsinə,  “sona  bülbüllər” 
oxuyurdu. Oxuduqca da nəfəsi tıncıxır, gözlərinə pərdə gəlirdi. 
Mahnını  hər  dəfə  oxuyub  qurtaranda  yanağında  nəsə  bir 
gicişmə,  dartınma  duyub  bulaq  üstünə  enirdi.  Bilirdi  nədəndi 
bu, 
bilirdi  ərp  bağlayan  yaş  yeridi  yanaqlarını  dartıb  incidən. 
Bəzən  belə  vaxtlarda  ürəyindən  səfsətələr  keçirdi:  andını 
təzələmək, yenidən on il vaxt götürmək. Axı, Kamalsız səadət 
olmayacaq  ona,  axı,  Kamal  qoymur  bir  başqasına  mehr  sala, 
ünsiyyət  bağlaya.  Nərgizə  verdiyi  sözü  bir  təhər  geri  götürə 
bilərdi. Başa salmaq olardı Nərgizi, bəs anası? Anasına verdiyi 
vəd?  Pozsaydı  anasına  verdiyi  və”di  bir  də  o  baş  həkimə 
yavıncı olaydılar gərək: anasının xəstəliyi başlayacaqdı o saat, 
ürək sıxılmaları başlayacaqdı. 
Bəzən  heç  bir  şey  görünmürdü  gözlərinə.  Anası  da 
görünmürdü.  Bu  ucalıq,  yüksəklik  peşində,  bu  allı-yaşıllı 
çəmənliklər  əhatəsində,  başı  üzərində  dağ  qartallarınin  qanad 
gərib  süzdüyü,  gözləri  önündə  dibsiz  uçurumlar,  dərələr 
quylandığı,  qəlbində  dərya  dərdinin  dalğalandığı,  ilk  eşqinin, 
ilk  məhəbbətinin  yada  düşüb  sinəsini  yandırdığı,  bir  qaya 


 
227 
dibinə söykənib gözlərini yumaraq yumulu gözlərin önündə bir 
xəyali sevgilin gəlib durduğu yerdə nə ata, nə ana. 
Dözüb  dayana  bilmədi  Sürəyya  dağların  bu  oyandırıcı, 
sevda  qaldırıcı  ab-havasına.  Ildırım  çaxmasından  qorxduğunu 
bəhanə edib isti bir Avqust günündə onları  yoluxmağa gəlmiş 
atasının QAZ-69- na əyləşərək aranlara yola düşdü. 
Kənddə  onu  bir  ürəkbulanması,  baş  gicəllənməsi  tapdı. 
Pis-pis yuxular  görür, çox na
rahat  yatırdı.  Başında  ağrılar 
əmələ  gəlirdi.  Özü  bilirdi  bütün  bunların  səbəbini.  Oktyabrın 
yaxınlaşmasındandı bütün bunlar. Onuncu ilinin Oktyabr ayının 
yetirməsindəndi. Di gəl, anasını başa sala bilmirdi. Sentyabrın 
elə  ilk  həftələrində  ağrı-acıları  o  qədər  şiddətləndi  Gülsüm 
arvad  yenə  onu  haman  o  baş  həkimin  üstünə  aparmaq  eşqinə 
düşdü.  Sürəyyanın  getməməkçin  heç  bir  bəhanəsə  də 
qalmamışdı. Axırda fikirləşdi qoy anası bu yerə də aparsın onu, 
axır əl çəksin, rahat qoysun onu. Həkimin qə”buluna getməyə 
q
ızı razılıq verəndə Gülsüm arvadın sevinci yerə-göyə sığmırdı. 
Sabahın açılmasını səbirsizliklə gözləyirdi. 
                

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin