***** ****** ******
59
Cəmilə gücü gəldikcə üzü yuxarı qaçıb irəlidəki yığanlara
yaxınlaşanda qayıdıb indi də çəkilliklərə sarı qaçmağa başladı.
Birbaşa çəkilliklərə tərəf qaçmadı qoy Kamal bilməsin hansı
dəstəyə gedib qarışa bilər. Bu tuşda artezian da olmalıydı.
Bun
un suyu az çıxdığına, çox qıjav olmadığına görə şoferlər
suyu bundan doldurub avrallara aparırdılar. Artıq on beş dəqi-
qəydi qaçırdı, di gəl, yorulmaq hiss eləmirdi, ona elə gəlirdi
heç ayaqları yerə dəymir, istəsə lap uça bilər. Çəkilliyə çatıb
gördü balaca artezian
da burdan hələ iki-üçyüz addım
yuxarıdadı. Arteziana tərəf deyil, yolun o biri tayındakı
çəkilliyə doğru yüyürdü. Ağzı çox enli bir arxa dirənib indi də
arx aşağı qaçdı. Nə qədər yüyürdüsə bir ensiz yer olmadı arxı
keçıb öz yığdıqları sahəyə atlana. Nərgiz gillə bu səhər xeyli
aşağı gedib körpüdən keçmişdilər. Indi o körpüyədək qaçmağa
da səbri çatmadı. Yüyürmək üçün qənşəri geniş olan bir düz
yerdə arxı tullanmaq qərarına gəldi və tullandı da! Hələ ayağı
sudan bir metr də o tərəfdə dəydi yerə. Sonra qayıdıb tullandığı
arxa baxdıqda gözləri böyüdü: vallah bəlkə beş metr olardı
tullandığı! Hələ su bundan enli olsaydı yenə tullanacaqdı! Arxı
keçib yürüşünə çəkilliyin o tayıyla davam etdi. Artıq ürəyi
acımaqdaydı, alnından tər axıb tökülürdü. Günortanın istisi də
bir yandan yandırırdı. Yüyürə-yüyürə gəlib bu sabah tökülüş-
dükləri təpə başına çıxdı. Tələbələr tarlanın dərinliklərində
sayrışırdılar. Təpə başından gözçəkici bir görüntü açılırdı. Daş
yolun bu biri tərəfindəki tarla, böyüklükdə o biri tərəfdəkindən
geri qalmazdı. Şosse yolu aşağılarda bu tarlanı bundan
aşağıdakından kəsib ayırırdısa da bu bütöv bir massiv halında
birləşmiş düzəngah önündə şosse yolunun enliliyi heç nəydi.
Yolun o tayındakı tarlanın lap qurtaracaqlarında, yerlə göyün
biti
şgəkləri kimi duyulan uzaqlıqlarda bir-birindən aralı-aralı
topaca çinarlıqlar görünürdü. Hər birisi bir kənd idi bunların.
Qalan hər yer yam-yaşıl pambıq plantasiyalarıydı. Günün
göylərin gəbəyində açılıb yumulan vaxtı idi. İstiydi. Susuz-
luqdu. Suyu ik
i kilometrə qədər o tərəfdə açılıb tarlada
60
qoyulmuş cu çənindən gedib içmək olardı. Su çəninin başında
bir topa tələbə sayrışırdı. Tarla boyunca topa-topa pambıq
yığan tələbələr, məktəblilər, kolxozçular fantastik bir aləmdə
olub guya öz doğal oluşlarıqla ötüşən alalı-göylü, qırmızılı-
yaşıllı mövcudatlara, ən çox da uçağan, səyriyən, dənlənən
quşcuğazlara oxşayırdılar. Guya bu quşcuğazların alınlarına
yazılmış gözəl məkanlarıydı bu yaşıl tarla. Guya qüdrətin öz əli
düzmüşdü bu quşcuğazları bura və guya bu qızıl saçaqlı Günəş
şüaları da heç yox olub getməyəcəkdi onların başı üstündən,
əbədiyyətə qovuşulunca göylərin göbəyində açıb-yumub nur
səpəcəkdi bu yaşıllıq üstünə. Bu alalı-göylü, bu allı-yaşıllı
quşcuğazlar da beləcə əyilib qalxa-qalxa, yürüyüb səkə-səkə
aramaqda olduqları öz səadətlərini, öz doğal yaşantılarını
buraxıb heç yana, heç yerə getməyəcəkdilər.
Səadət quşları!.. Doğrudanmı bir səadət quşlarıydı bunlar,
dənləşiridilər beləcə bu yaşıl tarla içində, öz səadətlərini
axtarırdılar? Görüntüyə, duyuntuya söz yoxdu: yer üzündə
yaşıllıqdı, yam-yaşıllıq! Göy üzündə ağ buludlar qanad
gərmişdi, zümrüd göylər cilvələnmişdi. Bu yaşıllıqlar peşində
rəngbərəng paltar geymiş adamlar çalıb-çavımaqdaydılar.
Təkcə ciyərlərdə bir yanğı vardı, kölgəliyə, sərinliyə, bir stəkan
qazla suya bir təşnəlik vardı ciyərlərdə. Öz ciyəri yanırdı deyə,
öz dodaqları qurumuşdu deyə bilirdi Cəmilə. Bir rahat tut ağacı
kölgəliyi, bir rahat çarpayı, bir xoş musuqu istəyirdi könlü. Bu
Səadət quşcuğazlarının hamısının könlü. Fəqət onların bu al-
yaşıl dünyasına yazılı deyildi bu rahatlıq, bu istirahət!
Könlü aşıb-daşırdı Cəmilənin. Öz daşqıntısını necə bəyan
etməyi, bu Səadət quşcuğazlarına necə çatdırmağı bilmirdi. Bu
dəmdə gözləri havada mayallaq aşan, məzəli-məzəli çabalayan
kəpənəyə sataşdı: elə bil məst idi kəpənək. Bulanıb-bulanıb sarı
yapışqan maye çilənmiş pambıq yarpağı üstünə düşdü, düşüncə
də hərəkətdən kəsildi. Öldümü kəpənək? Bəs niyə öldü? Bu
sarı yapışqan mayedənmi öldü? Təzəcə dərmanlamışdılar
tarlanı. Görən öldüyünü bilirdimi kəpənək? Sonra bir başqa
61
kəpənəyi də həmin vəziyyətdə gördü, sonra birini də, birini də.
Kəpənəyin dördünü də götürüb torpaq üstündə yan-yanaşı
düzdü. Görəsən bu kəpənəkləri tapıb yeyən quşlar da
öləcəkdimi, onların balaları da öləcəkdimi? Yoxsa quşlara kar
edəcək gücdə deyildi dərman? Necə kar edəsi deyildi. Bu üç
həftədə tarlada ayaqları altında qalmış neçə sərçə-qaranquş
cəsədi görmüşdü. Düşünmüşdü yəqin qocalıqdan, zəiflikdən
ölüb quşlar. Hətta bir dovşan ölüsü də görmüşdü. Bəs insan
necə?
Ölüm ha
qqında düşünməkdən təngə gəlib yenə öz yaşıl
cənnətinə dikildi. Dikilib də yenə ürəyi coşdu, qəlbi atlandı.
Alnında tər puçurları çıxıntı versələr də, dodaqları susuzluqdan
quruyub cadar-
cadar olsa da qəlbində gözəl bir dünya
çiçəklənmişdi. Bəlkə gözləri qarşısında cilvələnmiş dünya onun
öz içində açılmış dünyanın görsətməsiydi, oxşatmasıydı belə,
bənzətməsi əksiydi? Kölgəsiydi yaxud? Birdən qəlbindən nəsə
bir bağırtı, hayğırtı coş verib qalxdı: bu mələk dünyada, bu allı-
yaşıllı boyalar içində sayrışıb səkən o səadət quşlarına nəsə bir
xoşbəxtlik, səadət,sevinc hayqırtısı çatdırmaq istədi. Təpə
başında atılmış bir fartuğu götürüb başı üzərində yellədə-
yellədə gerçəkdən-gerçəyə bir ulayış qopdu sinəsindən: guya
vəhşi bir yalquzaq çıxmışdı təpə başına və bu yalquzaq gözəl,
məlahətli, coşqun bir qız səsilə öz doğal ulayışını ulayırdı.
Uzaqlarda sayrışan Səadət quşları qalxıb dikəlmişdilər bu səsə,
topa-topa olub din
şəşdilər bir müddət. Ulayışın təkrar-təkrar
eşidildiyi sorağınca hərə öz gəzişini, öz səkişini buraxıb təpə
başında dayanıb hələ də ulamasında olan qıza doğru axışdılar.
Elə bil qızın səsində bir maqnit gücü vardı, cəkib bütün
tarladakıları təpə başına gətirirdi. Su çəninin yanında
toplaşanlar su içməklərini buraxıb təpəyə doğru yürüşürdülər.
Yoxsa bi
r təlaş, köməyə çağıran bir umacaq vardı səsdə? Yox,
əsla yox! Nikbincə bir səadət, sonsuzca bir sevinc,coşğunca bir
əhval-ruhiyyə vardı. Bu sevinc daşdıran coşğunluqdu çəkib
gətirən hamını. Bu səs hər kəsin qəlbinə dolub onu da beləcə
62
coşdurur, nikbinləşdirir, atlandırırdı. Yüyürmək, qaçmaq, quş
olub uçmaq həvəsi oyadırdı ürəklərdə.
Bu ulayış misilsiz bir sevinc bəxş etmişdi gənclərə. Ön
dəstə təpə başına çatınca baxıb gördülər Cəmilədi ulayan. Kurs
yolsaşları mat-məəttəl qalmışdılar bu işə: belə deyildi axı
Cəmilə, ağır qızdı, heç vaxt yüngüllük eləməzdi, şit işlərlə arası
olmazdı. Nə olub görəsən qıza? Kurs yoldaşları yüyürüb yanına
gəldilər:
-
Noolub ay qız sənə?
-
Noolacaq, nahar vaxtı deyil?
-
Yaman ulayırdın amma, elə bil bizim qonşumuz
Gülməmməd kişinin köpəyi ulayırdı!
-
Bəs sən ula görüm necə ulayırsan? Səsin o qədər nazikdi
bizim qonşumuz Nənəxanım qarının ala qancığının səsinə
oxşayacaq!
-
Nə dedik a-a-z, o saat xətrinə dəydi?
-
Xətrimə dəyib eləməyib, düz deyirəm: Əgər qancıq
səsinə oxşamayacaq səsin sən də ula! Di ula də? Bax,
ulamırsan, qorxursan! Qorxursan mən dediyimə oxşaya səsin!
Amma mən qorxmuram, istərsən lap yenə ulayım: u-u-u-a-a-a!
Vahid dönüb tərs-tərs Nəsibə baxdı, sonra olduqca ciddi
bir tərzdə onu dümsükləyib:
-
Hə bəs niyə durdun? - dedi - Di sən də ula də! Baxaq
görək səsin doğrudan da Nənəxanəm arvadın qancığının səsinə
oxşayır, yoxsa oxşamır?
Bir dəstə də tələbə gəlib əhvalatdan xəbərdar oldu. Ulama
yaddan çıxıb mübahisə cəlb edib gülüşdürdü tələbələri. Vahid
dümsükləyə-dümsükləyə çürütmüşdü Nəsibin böyrünü, əl
çəkmirdi ondan:
-
Di başla görək! Hamı səni gözləyir. Bir ula görək!
-
Niyə durdun? Onda demək düz deyirmiş Cəmilə!
Vahid "di başla" dedikcə üzü-gözü qırışırdı Nəsibin, özü
demiş "kürd curumuna" dönürdü, buruşub açılırdı. O belə pərt
olduqca şən gülüşlər qopurdu.
63
Əhməd müəllim bir dəstəylə təpə başına gəldikdə hamı
ayağa durdu. Vahid yetirişi Cəmilə ilə Nəsib arasındakı
mübahisəni xəbər verib Əhməd müəllimin nə deyəcəyini
gözləmədən öz iddiasını söylədi: - İndi nə qədər eləyirik ula,
ulamır! Demək qorxur səsi Cəmilə deyən səsə oxşaya...
Əhməd müəllimin üzündən xoş bir təbəssüm axıb keçdi:
-
Səndin ulayan Cəmilə?
Cəmilə utanıb Nərgizin arxasında gizləndi. Doğrudan bu
nə iş idi tutdu axı?
-
Heç utanıb eləmə qızım, bir möcüzəydi sənin o ulaman!
Görünür tərəkəmə qızısan!
Bu sözə Nərgiz çırtladı. Cəmilə əvəzində:
-
Tərəkəmə nə təhərdi Əhməd müəllim?
-
Pisliyə görə demirəm, qızım. Görünür çöllərdə,
alaçıqlarda keçib Cəmilənin uşaqlığı. Yoxsa hardan bilərdi bu
qurd ulamağını? Üstündə dayandığımız təpə oyandırıb bu istəyi
Cəmilədə. Görürsünüz, necə misilsiz lövhə açılır təpədən?
Bəlkə keçmişlərdəki ulu babalarımız bax, bax bu lövhə naminə
ucaldıblar bu təpəni, onun başına çıxıb yer üzü gözəlliklərinə
göz dolusu, bu düzənlik genişliyincə baxmaq üçün ucaldıblar?
İndi biz topayıq burda, amma fərz eləyin heç kim yoxdu təpədə,
təkcə sən dayanmısan, dostların, yoldaşların da səsin güclə
gedib çatacaq uzaqlıqdadılar. Qəribə bir duyğu oyanacaq səndə.
Əgər Cəmilə kimi tərəkəmə qızı, ya oğlusansa, bu təpənin
qəlbinə gətirib doldurduğu da bu təpənin ulu keçmişlərdəki
mövcudluğu kimi yabanı bir duyğu olacaq. Bax, elə Cəmilənin
o ulayışı kimi! Görürsünüz necə açıb qırışığımızı, necə yüngül
olmuşuq, yorğunluğumuz, ağrı-acılarımız qeybə çəkilib, quş
kimi olmuşuq. Çünki dərimizlə də olsa duymuşuq o ulaqışdakı
ilkin mənalı, ulu keçmişlərimizdən gələn o yabanı mövcudluğu,
bir qurd ulayışını!
-
Əhməd müəllim, onda bəs bu Nəsibi hansı qrafaya
yazaq? Bu axı duymayıbdı, anlayıb qəbul etməyibdi bunun
dərisi? Çox qalındı ey, Əhməd müəllim!
64
Şən bir gülüşmə qopdu. Əhməd müəllim də gülümsündü,
lakin zarafat qəbul edəcək deyildi, çox mütəəssir olmuşdu
müəllim:
-
Mən ixtiyar qoca olub ölüncəyədək unutmayacağam,
qızım, sənin bu ulayışını! Heç bir musiqi, heç bir muğam bu
ulayışca hallandıra bilməzdi məni!
Cəmilə utanırdı, artıq dözə bilmirdi. Əhməd müəllimin bu
öyüncüllü sözləri pörtdürürdü Cəmiləni. Nərgizin qolundan
çəkib aralaşmağa qaçırdı. Aralaşıb Nərgizin bardanı arxasında
gizlənmişdi. Nərgiz arxasınca gəlib soruşdu:
-
Bəs sənin bardanın hanı?
-
Yoxdu, itirmişəm!
-
Necə yəni itirmişəm?
-
Necə olacaq? Doldurub qoymuşam bir yerə, gəlib tapa
bilməmişəm.
-
Nə yaxşı özünü də itirməmisən hələ!
-
Özümü də itirmişəm! Yoxsa nəydi bu ulama?
-
Nə oleb ey, niyə?
- Gün vurub b
aşıma gic edib, nə bilim niyə?
-
İndi neyləyəcəksən bəs?
-
Səfinin bardanın, fartuğun kimdəsə al gətir mənə. Kim
bilir hərbi komissarlıq hələ havax buraxacaq, havax qayıdıb
gələcək.
-
Dilxor olub eləmə, axşam üstü hamımız sənə yığarıq.
-
Lazım deyil, başımı itirmişəm, əlimə-ayağıma noolub,
özüm yığacam!
Dostları ilə paylaş: |