Bütpərəstlikdən imtina 1 Amma Sən, ey bizim Allahımız, xeyirxah
və həqiqisən,
Səbirlisən, hər şeyi mərhəmətlə idarə
edirsən.
2 Günah etsək də, biz yenə Sənə
məxsusuq,
Sənin hakimiyyətini tanıyırıq.
Əgər Sənə məxsus olduğumuzu qəbul
etdiyini bilsək,
Bir daha günah etmərik.
3 Səni qəbul etmək ən yüksək fəzilətdir,
Sənin hakimiyyətini tanımaq
ölümsüzlüyün təməlidir.
4 Məkrli insanın icadı bizi yolumuzdan
azdıra bilməz;
Bir sənətkarın bəhərsiz zəhməti olan
Üstünə müxtəlif rənglərlə xal-xal boya
çəkilmiş təsvirlər
Bunu edə bilməz.
5 Bütpərəstlər onlara baxanda
Ağılsızcasına ehtirasa düşürlər.
Cansız olan ölü təsvirdən cuşa gəlirlər.
6 Bu təsvirləri düzəldənlər,
Bunlardan cuşa gələnlər və sitayiş
edənlərin hamısı
Pisliyi sevən adamlardır və onlar belə
ümidə layiqdirlər.