sonra padşah yeməkləri Belin qarşısına
düzdü, Daniel isə kül gətirmələrini və
bütün məbədə səpmələrini öz nökərlərinə
əmr etdi. Bunu padşahdan başqa bir kimsə
görmədi. Sonra hamısı çıxıb qapını
kilidlədilər, padşahın üzüyü ilə möhürləyib
getdilər.
15
Kahinlər isə hər dəfə olduğu
kimi, o gecə də arvad və uşaqları ilə
birlikdə gizli qapıdan məbədə girdilər,
bütün yeməkləri yeyib, şərabı içdilər.
16
Ertəsi gün padşah və Daniel səhər tezdən
oyanıb məbədə getdilər.
17
Padşah soruşdu:
«Daniel, möhür açılmayıbmı?» Daniel
«xeyr, ağam, möhür açılmayıb» deyə
cavab verdi.
18
Qapı açılan kimi padşah boş
masanı görüb qışqırdı: «Ey Bel! Sən
böyüksən! Sən həqiqi allahsan!»
19
Daniel
isə gülərək belə söylədi: «Məbədə
girməmişdən əvvəl döşəməyə baxın və
orada kimin ayaq izlərini gördüyünüzü
söyləyin».
20
Padşah dedi: «Kişilərin,
qadınların və uşaqların ayaq izlərini
görürəm».
21
Padşah hirsləndi, kahinləri,
onların arvadlarını və uşaqlarını tutub
yanına gətirtdi. Onlar masanın üstünə
qoyulan yeməkləri yemək üçün hər gecə
hansı gizli qapıdan içəri girdiklərini
padşaha göstərdilər.
Dostları ilə paylaş: