33-42 Daniel şirlərin quyusundan xilas
olur
33
O günlərdə Habaqquq peyğəmbər
Yəhudada idi. O, şorba bişirib içərisinə də
çörək doğramışdı. Tarlada işləyənlərə
yemək aparırdı.
34
Amma Rəbbin mələyi
Habaqquqa dedi: «Əlindəki yeməyi
Babildə şirlərin quyusunda olan Danielə
apar».
35
Habaqquq dedi: «Ey Ağam,
Babildə heç olmamışam, şirlərin
quyusunun da harada olduğunu bilmirəm».
36
Onda Rəbbin mələyi peyğəmbərin
təpəsindən tutdu və başındakı saçlarından
qaldıraraq öz ruhunun qüdrəti ilə onu
Babildəki şirlərin quyusunun yanında
qoydu.
37
Habaqquq çağıraraq dedi:
«Daniel! Daniel! Allah sənə yemək
göndərdi, gəl götür».
38
Daniel dedi: «Ey
Allahım, məni yada saldın, Səni sevənləri
tərk etməzsən».
39
Sonra Daniel ayağa
217
qalxdı və yemək yedi. Allahın mələyi
Habaqququ cəld götürüb əvvəlki yerinə
qaytardı.
40
Danielin şirlərin quyusuna
atılmasından yeddi gün sonra padşah onun
üçün göz yaşı axıtmaqdan ötrü quyunun
yanına getdi. Oraya yaxınlaşıb quyuya
baxanda gördü ki, budur, Daniel oturub.
41
Padşah yüksək səslə qışqırdı: «Danielin
Allahı Rəbb, Sən necə də Qüvvətlisən!
Yalnız Sən həqiqi Allahsan!»
42
Sonra
padşah Danieli quyudan çıxarmağı əmr
etdi və onun məhv edilməsini istəyənləri
quyuya atdırdı; şirlər padşahın gözü
qarşısında həmin adamları bir göz
qırpımında yedilər.
218
Dostları ilə paylaş: |