atı gətirsinlər 9 və bunları padşahın ən
adlı-sanlı dostlarından birinə versinlər, o
da padşahın sevdiyi şəxsə bu libası
geyindirsin, onu ata mindirsin və şəhər
meydanından keçərək çar çəkib desin:
“Padşahın şərəfə layiq gördüyü hər şəxsə
belə ediləcək”».
10 Onda padşah Hamana dedi: «Dediyinə
uyğun olaraq bunu sarayda xidmət edən
Yəhudi Mordokay üçün et. Dediyin bir
sözdən belə, yayınma».
11 Beləcə, Haman xalatı və atı götürdü,
libası Mordokaya geyindirdi və onu ata
mindirdi. Şəhər meydanından keçərək car
çəkib dedi: «Padşahın şərəfə layiq görmək
istədiyi hər şəxsə belə ediləcək».
12 Sonra Mordokay saraya qayıtdı. Haman
isə həyəcan içində, başını örtərək tələsik
evinə qayıtdı. 13 Haman başına gələnləri
arvadı Zereşə və dostlarına danışdı.
Dostları və arvadı ona dedilər: «Əgər
Mordokay Yəhudi tayfasındandırsa, sən
onun önündə alçalmağa başlayırsan.
Yıxıldığın zaman düşüb qalacaqsan. Sən
ondan əvəz çıxmağa qadir olmayacaqsan,
çünki var olan Allah onunladır». 14 Onlar
hələ danışarkən xacələr gəlib Hamanı
Esterin hazırladığı şərab məclisinə
apardılar.
7
Dostları ilə paylaş: