yazılmış
məktublardakı əmr Adar adlanan on ikinci
ayın on üçüncü günü qüvvəyə mindi. 2 Elə
həmin gün Yəhudilərin rəqibləri məhv
oldular, heç kəs müqavimət göstərə
bilmədi, çünki Yəhudilərdən qorxuya
düşmüşdülər. 3 Vilayət başçıları,
hökmranlar, padşah mirzələri Yəhudilərə
ehtiram göstərirdilər, çünki Mordokayın
qorxusu canlarına düşmüşdü. 4 Çünki o,
padşah fərmanı vasitəsilə məlum olaraq
padşahlığın bütün ərazisində adı ilə
tanınırdı. 5 e
6 Şuşan şəhərində Yəhudilər beş yüz adam
öldürdülər. 7 Parşandata, Dalfon, Aspatan,
8 Poratan, Barea, Sarbaxa, 9 Parmaştan,
Arisay, Ariday, Vayzatan da daxil olmaqla,
10 Yəhudilərlə düşmənçilik edən
Hammedata oğlu Hamanın on oğlu və
Buqan da öldürüldü. Həm də mallarını
qarət etdilər.
11 Həmin gün Şuşanda öldürülənlərin sayı
barədə padşaha məlumat verildi. 12 Padşah
da Esterə dedi: «Şuşan şəhərində Yəhudilər
beş yüz adamı öldürdülər. Ətrafdakı
yerlərdə güman edə bilərsənmi nələr
etdilər. Nə istəyirsən, o da olacaq».
13 Ester padşaha dedi: «Qoy Yəhudilərə
sabah da eyni ilə imkan verilsin ki, onlar
Hamanın on oğlunu assınlar». 14 Beləcə,
padşah icazə verdi ki, bunu etsinlər və
Hamanın oğullarının cəsədlərini asılmaq
üçün şəhərdəki Yəhudilərə təhvil versinlər.
15 Şuşandakı Yəhudilər Adar ayının on
dördüncü günü yenidən bir yerə yığılıb üç
yüz adamı öldürdülər, amma mallarını
qarət etmədilər.
16 Padşahlıqdakı qalan Yəhudilər də bir
yerə yığılıb özlərini müdafiə etdilər və
düşmənlərindən qurtuldular. Adar ayının
on üçündə onlardan on beş min adamı
qırdılar, amma mallarını qarət etmədilər.
17 Onlar həmin ayın on dördüncü günü
istirahət etdilər və bu günü sevinc və fərəh
içində dinclik günü kimi qeyd etdilər.
18 Amma Şuşan şəhərində olan Yəhudilər
on dördüncü gün bir yerə yığıldılar və
istirahət etmədilər. Onlar həmçinin on
beşinci günü sevinc və fərəh içində qeyd
etdilər. 19 Bu səbəbdən, bütün əyalət
yerlərinə pərən-pərən düşmüş Yəhudilər
Adar ayının on dördüncü gününü bayram
kimi fərəh içində qeyd edirlər və hər kəs öz
qonşusuna sovqat göndərir. Böyük
şəhərlərin sakinləri isə həmçinin Adar
ayının on beşinci gününü fərəhli bayram
kimi qeyd edirlər və qonşularına sovqat
göndərirlər.