17 Yəhuda Akkos nəslindən Yəhya oğlu
Evpolemi və Eleazar oğlu Yasonu seçib
onları Romalılarla dostluq və ittifaq
bağlamaq üçün Romaya göndərdi; 18 bu
məqsədlə ki Romalılar Yunanların onlar
üzərində əsarətinə son qoysunlar, çünki
Yunan padşahlığının İsraili köləlik
əsarətinə
saldığını
görürlər.
19 Göndərilənlər Romaya gəldilər, yol
həddən artıq uzun idi. Onlar məşvərət
şurasına daxil olub sözə başlayaraq
dedilər: 20 «Yəhuda Makkabi, onun
qardaşları və Yəhudi xalqı bizi sizin
yanınıza göndərdi ki, bizimlə sizin
aranızda ittifaq və sülh yaransın, siz bizi öz
müttəfiqlərinizin və dostlarınızın sırasına
yazasınız». 21 Bu təklif məşvərət şurasının
üzvlərinin xoşuna gəldi. 22 Onlar cavab
olaraq tunc lövhələrə yazıb onlara sülh və
ittifaqın xatirəsi olmaq üçün bunu
Yerusəlimə göndərdilər; bu məktubun
surəti budur: 23 «Romalılara və Yəhudi
millətinə dənizdə də, quruda da daim uğur
olsun! Qoy qılınc və düşmən onlardan
uzaq olsun! 24 Əgər əvvəlcə Romaya,
yaxud onun hər hansı bir müttəfiqinə qarşı
özlərinin hökmranlığı altında ərazidə
müharibə baş versə, 25 Yəhudi milləti
onların müttəfiqi kimi səmimi qəlbdən
hərəkətə keçəcək, o vaxt lazım olanı
edəcək, 26 Düşmən tərəfə taxıl, hərbi
sursat, pul və gəmi verməyəcək və
çatdırmayacaq. Romanın qərarı budur və
Yəhudilər öhdəliklərinin əvəzində heç nə
almadan yerinə yetirməlidirlər. 27 Eynilə
də əvvəlcə Yəhudi millətinə qarşı
müharibə baş versə, Romalılar onların
müttəfiqi kimi cani dildən hərəkətə
keçəcək, o vaxt lazım olanı edəcək.
28 Düşmən olan müttəfiqlərə taxıl, sursat,
pul və gəmi verilməyəcək. Romanın qərarı
budur və öhdəliklərini yalan olmadan
yerinə yetirəcək. 29 Bu müddəalarla
Romalılar Yəhudi əhalisi ilə müqavilə
bağladılar. 30 Əgər bu müddəalardan sonra
iki tərəfdən hər hansısı buraya nəsə artırıb-
əskiltmək istəsə, qoy bunu birğə etsinlər və
onların artırıb-əskiltdiyi şeylərin
səlahiyyəti olacaq. 31 Padşah Dimitrinin
Yəhudilərə etdiyi pisliklərə gəlincə, ona bu
sözləri yazdıq: “Bizim dostumuz və
müttəfiqimiz olan Yəhudiləri nə üçün ağır
boyunduruq altına salmısan? 32 Əgər onlar
bir də bizə sənin barəndə müraciət etsələr,
onların hüququnu müdafiə edəcək və
dənizdə də, quruda da səninlə
döyüşəcəyik”».
9
Dostları ilə paylaş: