13. Makroiqtisadi göstəricilər
Beynəlxalq statistika təşkilatları tərəfindən makroiqtisadi göstəricilər sisteminə
aşağıdakılar daxildir:Ümum Milli Məhsul (ÜMM) və Ümumi Dахili Məhsul (ÜDM), Xalis Milli
Məhsul (XMM), Milli Gəlir (MG), Şəxsi Gəlir (ŞG), Sərəncamda Olan Gəlir (SG).
Makroiqtisadi göstəricilər milli iqtisadiyyatın inkişaf səviyyəsini, əhalinin rifah halını insanın
inkişaf indeksindəki baş verən dəyişiklikləri əks etdirir. Hazırda 1993-cü ildə BMT-nin
beynəlxalq standard kimi qəbul etdiyi milli hesablar sisteminə makroiqtisadi dəyişiklikləri əks
etdirən ÜDM son istehlak, investisiyalar, əmanət, sərəncamda qalan gəlir və s. göstəricilər də
daxil edilir.
Ölkələrin iqtisаdi inkişаf səviyyəsi bütövlükdə milli iqtisаdiyyаtın fəаliyyətin
nəticəsinidaha tam əks etdirən ÜMM və ÜDM göstəricilərinin illik həcmi ilə müəyyən olunur.
Dostları ilə paylaş: |