Pul tədavülünün nəqd (banknotlar, xırda pullar, metal pullar) və qeyri-nəqd (bank
hesablarındakı pullar, depozit, kredit pullar və s.) təşkili pul sistemini yaradır. Pul sistemi
hər bir ölkənin qanunvericiliyi ilə təsbit edilir və onun əsas elementlərinə milli pul vahidi,
qiymət miqyası, pulun emissiyası (buraxılması), qanuni ödəniş vasitəsi kimi işlənilən
kredit və kağız pul sistemi, digər valyutalara nisbəti, pul tədavülünün tənzimlənməsi ilə
Kağız pullartam dəyərli pulların əvəzləyicisi kimi çıxış edir. Onun meydana gəlməsi
ilə emissiya (senoraj) yəni tədavülə olan pulların artması nəticəsində gəlirlərin artırılması
Istehsalın miqyası genişləndikcə kredit pulları ümumi ekvivalent kimi çıxış edərək.
Borc öhdəliklərini həyata keçirir. Kredit pulları işərisində nağdsız hesablaşmaların
aparılmasında, yəni banklardan pulun alınması müxtəlif əmtəələrin ödənilməsində
çeklərdən daha çox istifadə olunur. Bankların fəaliyətinin geniçləndirilməsi. Bank
texnologiyalarənın inkişafı ilə əlaqədar elektron-kaöız pul sistemi əmələ gəldi.
22
Pul sistemi öz inkişafında bir neçə mərhələdən keçmişdir. Metal pul sistemi əvvəllər
də yaranmasına baxmayaraq XII-XIII əvvəllərdə daha stabil olmuşdur. Onun əsasən
bimetalizm və monometalizm mərhələləri olmuşdur. Bimetalizm XVI-XIX əsrlərdə qərbi
Avropa ölkələrdə tam dəyərli qızıl və gümüş pullardan istifadə edilirdi. Bu sistemdə ayrı-
ayrı dövrlərdə ardıcıl olaraq qızıl və gümüş ümumi ekvivalent rolunu oynamışdır.
Monometalizm sistemində yalnız qızıl pullar ümumi ekvivalent rolunu oynamış və öz
inkişafında qızıl sikkə, qızıl külçə və qızıl deviz standartları formasında olmuşdur. Kağız
və kredit pul sistemində (veksel, banknot, çek) qızıl pullar dövriyyədən çıxarılır, və onları
qızıla dəyişmək olmur. Bunlara elektron, bank kartları, smart kart, şəbəkə pulları və s.
daxildir.
Pul kütləsinə nəzarət etmək və ondan istifadə etmək üçün onun göstəriciləri olan M0,
M1, M2, M3 istifadə olunur. Hər bir pul aqreqatı özündən əvvəlki aqreqatı daxil etməklə
ona nisbəti daha az likvidliyə, daha yüksək gəlirliyə malik olur. M0 daha likvid olub
tədavüldə olan nəqd pulları göstərir. M1 nisbətən az likvidliyə görə fərqlənir və M0 +
cari hesablarda olan pulları əhatə edir. Likvidliyə daha az olan M2= M1 + müddətli
depozitlərdir. Likvidliyi çox az olan M3 = M2 + depozit sertifikatları + qiymətli
kağızlardan ibarətdir.
Dostları ilə paylaş: