4. Makroiqtisadi modellər
Makroiqtisadi model bir tərəfdən daxili dəyişikliklərin (endogen), digər tərəfdən xarici iqtisadi
dəyişikliklərin (ekzogen) mahiyyət və qanunauyğunluqlarını əks etdirir.İqtisadi proseslərin
gedişində xərclər və gəlirlərdə olan dəyişikliklər dövran modellərində əks olunur və açıq və
qapalı iqtisadiyyatlar üçün fərqlidir. Qapalı iqtisadiyyatlarda xərclər və gəlirlərdəki
dəyişikliklər ev təsərrüfatı ilə sahibkarlıq bölməsi arasında baş verirsə, açıq iqtisadiyyatlarda
dövlət və xüsusi bölmənin də xərc və gəlirləri nəzərə alınır. Ümumi müvazinat modelində milli
iqtisadiyyatlarda mövcud olan bütn bazarlarda ümumi tarazlığın təmin olunması nəzərdə
tutulur. Aqreqat modeli vasitəsilə iqtisadiyyatın hərəkəti vahid orqanizm şəklində təhlil edilir,
eyni növ və xüsusiyyətlərə malik məcmuu əmtəə və xidmətlər, əmək və pul bazarlarının
təhlilinə üstünlük verilir. Makroiqtisadi proseslərin təhlili və tədqiqi iqtsiadi fəaliyyətin
nəticələrini qiymətləndirməyə, neqativ hadisələri üzə çıxarmağa, iqtisadi siyasət işləyib
hazırlamağa kömək edir və müəyyən nəzəri konsepsiyalar əsasında proqnozlar maddiləşdirilir.
Modelləşdirmə üsulunda istifadə olunan modellər aşağıdakılardır: AD(məcmuu tələb)
- AS(məcmuu təklif), İS(investisiya əmanət) - LM(pula tələb, pul kütləsi), neoklassik (təklifin
tələb yaratması), Keyns (tələbin təklif yaratması), Filips (işsizliklə inflyasiya arasında) və s.
modellərdir.
Dostları ilə paylaş: |