|
-kitabyurdu.org--KY0000244
Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.
Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib.
Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım
pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun
üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi.
Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə
hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-
burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar
olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç
gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin
tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi
gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: “Bilirsiniz mən kiməm?
Mən çempionam. Dağıdaram hamınızı”. Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların
Dostları ilə paylaş: |
|
|