Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti


Ekoloji problemlərin yaranma səbəbləri və ekoloji təhlükəsizlik



Yüklə 338,17 Kb.
Pdf görüntüsü
səhifə14/26
tarix31.12.2021
ölçüsü338,17 Kb.
#112854
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
UNEC 1636724919

1.2.Ekoloji problemlərin yaranma səbəbləri və ekoloji təhlükəsizlik 

 

 Ətraf mühitin qorunması problemləri Azərbaycan  Respublikasında  XX əsrin 

ikinci  yarısından  etibarən  daha  da  kəskinləşmişdir.  XIX  əsrin  ortalarına  kimi 

Azərbaycanın  əksər  təbii  ekosistemləri  və  landşaft  kompleksləri  özünün  ilkin 

formalarını  qoruyub  saxlamışdır. Ancaq  son  70-80  il  ərzində  ölkədə  çoxsahəli 



təsərrüfat  sahələrinin  intensiv  inkişaf  etdirilməsi  hesabına  və  həm  də  təbii  resurs 

potensialından  kompleks  istifadə  edilməməsi  nəticəsində  ətraf  təbii  mühitə  olan 

antropogen  təzyiqlər  ilbəil  artmışdır.  Buna  təsir  edən  amillərdən  biri  də  ölkədə 

infrastruktur  layihələrin,  yəni  yolların,  sututarların  və  suvarma  kanallarının, 

energetika müəssisələrinin, sənaye sahələrinin tikilməsi, biomüxtəlifliyin pozulması 

və kənd təsərrüfatının kimyalaşdırılmasıdır. Düzdür, ölkədə həyata keşirilən ekoloji-

iqtisadi və sosial layihə və proqramlar əhalinin güzəranının yaxşılaşmasına müsbət 

təsir etsə də ekoloji şəraitin mövcud vəziyyəti və qlobal ekoloji problemlər, Xəzər 

dənizinin  problemləri  və  s.  hələ  də  gərgin  olaraq  qalmaqdadır  ki,  bunların  da 

törətdiyi fəsadlar Azərbaycanın ekosistemlərində öz mənfi izini qoymuşdur. 




Yüklə 338,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin