Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


 Mübtəda budaq cümləsi və onun tipləri



Yüklə 268,35 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix31.12.2021
ölçüsü268,35 Kb.
#112935
1   2   3   4   5
Tabeli mürəkkəb, mübtəda

2. Mübtəda budaq cümləsi və onun tipləri. 

Mübtəda  budaq  cümləsi  haqqında  məlumat.  Mübtəda  budaq  cümləsi  ya  baş 

cümlənin olmayan mübtədasının əvəzində işlənir, ya da baş cümlənin işarə əvəzliyi ilə 

ifadə  olunmuş  mübtədasının  mənasını  izah  edib  aydınlaşdırır.  Məsələn:  Bəlkə  anamın 

könlündən  keçir  ki,  biz  də  kəndə  gedib  onunla  bir  yerdə  olaq.  Ancaq  bu  da  tamamilə 

aydındır ki, neftin miqdarı son dərəcə azdır.  

Hər  iki  misalda  baş  cümlə  əvvəl,  budaq  cümlə  sonra  işlənir.  Birinci  misalın  baş 

cümləsində mübtəda yoxdur və baş cümlə tələffüz edilib dayandıqda mübtədanın sualı 

ortalığa  çıxır.  Bu  suala  budaq  cümlə  cavab  verir.  Budaq  cümləni  sadələşdirib  tərkib 

şəklində baş cümlədə mübtəda yerinə qoymaq olar: Bəlkə kəndə gedib onunla bir yerdə 

olmağımız anamın könlündən keçir. İkinci misalda baş cümlədə mübtəda var: bu sözü. 

Lakin mübtəda işarə əvəzliyi ilə ifadə olunmuşdur. Əvəzlik isə konkret heç bir şey ifadə 

etmir.  Əslində  belə  cümlələrdə  bu  sözü  həqiqi  mübtəda  yox,  mübtədanın baş  cümlədə 

qəlibidir. Həmin qəlib söz göstərir ki, baş cümlədən sonra budaq cümlə gəlməli və həmin 

sözün (bu sözünün) mənasını izah edib aydınlaşdırmalıdır. Belə cümlələri sadələşdirərkən 

qəlib söz (bu sözü) atılır və budaq cümlə feili sifət tərkibi şəklində onun yerinə qoyulur: 

Ancaq neftin miqdarının da son dərəcədə az olduğu tamamilə aydındır.  

Mübtəda  budaq  cümləsinin  tipləri.  Baş  və  budaq  cümlələrin  yerinə,  bağlayıcı 

vasitələrə görə mübtəda budaq cümləsinin başlıca olaraq iki tipi vardır. 

Birinci tip. Bu tipdə baş cümlə əvvəl, budaq cümlə sonra işlənir. Budaq cümlə ya 

baş cümləyə yalnız intonasiya ilə, ya da ki bağlayıcı ilə bağlanır. Məs.: Budur, iki ildir, 

mənimlə dostluq binası qoyublar. Nə iş idi mən tutdum, nə qələt idi elədim. Axı özünə də 

məlumdur ki, heç vaxt dürüst olmayan söz mənim dilimə gəlməyib. (“Aləmdə səsim var 

mənim” romanı, Ə.Cəfərzadə). Hamıya məlum idi ki, Mirzə Haşımın atası Dostuməli kişi 

keçmişdə hamamçı olub. Çünki bu zəmanədə hamıya məlumdur ki, çoxları danışır, nitq 

eləyir,  çənə-boğaza  qoymur,  amma  siçovul  danışa,  gecə  on  ikinin  yarısında,  qaranlıq 

yerdə,  zibil  atmağa  enmiş  sadə  bir  sovet  vətəndaşının  qabağında  dayanıb  ona  "salam" 




12 

 

deyə,  bu,  vallahi,  kimin  desəniz  ağlını  çaşdıra  bilərdi. («Qətl  günü”  romanı, 



Y.Səmədoğlu).  

Birinci tipin özünü də iki növə ayırmaq mümkündür: 1. Baş cümlənin mübtədası 

yarımçıq cümlə şəklində olur. Bu növdə baş cümlə müxtəlif mənalar ifadə edə bilir. Hər 

şeydən  əvvəl,  baş  cümlə  zaman  mənasında  olur.  Məs.:  Bir  neçə  gün  idi  ki,  Rza  bəy 

Tiflisdən icazənamə ilə qayıdıb gəlmişdi. Anam gülümsədi, bu neçə ayda birinci dəfə idi 

ki, balaca gülümsəyirdi, sevindim ki, anam daha sağalır, son demə çırağın axır işığıymış 

bu təbəssüm.

 

Bir neçə gün idi ki, molla kəndə getmişdi. Birinci dəfə idi ki, belə bir səadət 



əllərinə düşürdü. (“Aləmdə səsim var mənim” romanı, Ə.Cəfərzadə).  

Bəzən baş cümlə münasibət mənasına malik olur. Məs.: Şahbaz, doğrudur ki, xaricə 

getmək istəyirsən? Sizə məlumdur ki, mən məşriq-zəminin bir çox tanınmış şəxsiyyətləri 

ilə  dostluq  eləyirəm,  onlarla  yazışıram.  (“Aləmdə  səsim  var  mənim”  romanı, 

Ə.Cəfərzadə).  Bu  sözdən  görünür  ki,  qatillər  adi  quldur  deyilmişlər,  həmin  cinayəti 

kiminsə təhriki ilə ediblər. (Anar) Məlumdur ki, folklorumuzda, nağıl və dastanlarımızda, 

ümumiyyətlə el zehniyyətində, xalq inanclarında at, qoç obrazları – hünər, bərəkət rəmzi 

kimi, müqəddəs simvollar kimi yaşayır. (Anar)  

Baş  cümləsi  münasibət  bildirən  bu  cür  cümlələrdə  baş  cümlənin  bir  qismi  öz 

müstəqilliyini itirərək ara sözə çevrilmək prosesini keçirir. Məs.: Qəribədir ki, bir-iki gün 

əvvəl ona Seyyidin içkiyə qurşandığını xəbər verən Molla Qurbanqulu və daha sonra Hacı 

Əsəd çox canfəşanlıq elədiyindən bir neçə gün idi ki, şair onun yadından çıxmırdı; bu gün 

də  səhərdən  bir  neçe  dəfə  onu  xatırlamış  və  görməyi  arzulamışdı.  (“Aləmdə  səsim  var 

mənim”  romanı,  Ə.Cəfərzadə). 

 

Görünür  ki,  insan  dünyasında  ən  ədalətlə  paylanmış 



nemət  ağıldır.  Qəribədir  ki,  heç  öz  ağlından  gileylənmir.  Düzdür,  bu  sözləri  siçovulun 

ağzından eşidəndə xəstə olası adamın bədəninə müxtəsərcə üşütmə gəlmişdi, yüngülvarı 

udqunmuşdu, amma qorxmamışdı, vedrəni deşiklərdən birinə boşaldıb, özünü heç o yerə 

qoymamağa çalışaraq soruşmuşdu. (“Qətl günü” romanı, Y.Səmədoğlu). 




13 

 

Mübtəda  budaq  cümləsinin  bu  növündə  bir  istisna  kimi  bəzən  baş  cümlənin 



sonunda -mı

4

 şəkilçisi də işlənir. Məs.: Yaxşı olmazmı ki, müasir adam hər sahədə, hər 



işdə novator olsun. Ana, ola bilərmi ki, Gülbaharı bura çağırtdırasan. 

Mübtəda budaq cümləsinin bu növündə bəzən baş cümlənin xəbəri elə gəlir, belə 

çıxır, ağlına gəldi, fikrindən keçdi və s. frazeoloji vahidlərlə ifadə olunur. Məs.: Ona elə 

gəlir ki, pis-yaxşı işləyənlərin hamısı bu anketlərdir. Mənə elə gəlir ki, indi pəncərələrin 

hamısını taybatay açsalar da, bura metrolarda işləyən güclü hava kompressoru qoysalar 

da, bu iy bir yana gedəsi deyil: dərman iyi otağın havasına və divarlarına ömürlük hop-

muşdu. (“Qətl  günü”  romanı,  Y.Səmədoğlu).  Belə  çıxır  ki,  biz  məsələni  anlamamışıq. 

Fikrindən keçdi ki, bir uşaqlara baş çəksin.  

Mübtəda budaq cümləsinin bu növündə maraqlı bir xüsusiyyət də budur ki, bəzən 

baş  cümlə  budaq  cümlənin  arasında  yerləşir.  Yəni  budaq  cümlənin  bir  hissəsi  baş 

cümlənin əvvəlinə keçir. Məs.: Qədir ilk dəfə idi ki, camaat arasında əli - qolu sarıqlı yerə 

sərilmişdi. Qurbanəli üç aydır ki, əsgər gedib. Üzünə ağ çəkilmiş bədənnüma güzgü 17 

ildir ki, balaca otaqda dustaqdır. Bir neçə gün idi ki, Xanımsoltan Məhəmməd ilə təkbətək 

danışmaq, İsmayılın, Vəlinin sözlərini ona çatdırmaq, sonbeşiyinə öyüd-nəsihət vermək 

istəyirdi. (“Aləmdə səsim var mənim” romanı, Ə.Cəfərzadə). 

 

İndi bir ay olardı ki, belə 



dərs  oxumaq  davam  edib  gedirdi.  Qürbət  iki-üç  həftə  idi  ki,  təzə  mənzilə  köçmüşdü. 

(Anar) Ürəyində bu gün neçənci dəfə idi ki, "şükür, şükür" deyirdi. (“Qətl günü” romanı, 

Y.Səmədoğlu). 

2. Baş cümlənin mübtədası olur və mübtəda o, bu, orası, burası, eləsi, beləsi, elələri, 

belələri, bəziləri, o şey, bu şey və s. kimi sözlərlə ifadə olunur. Qəlib söz kimi çıxış edən 

bu  sözlərin  mənası  budaq  cümlə  vasitəsilə  aydınlaşır.  Məs.:  O  doğrudur  ki,  kəndlilər 

soyulur? O doğrudur ki, işçilərin vəziyyəti ağırdır? Hələ orası da yadımdadır ki, xırmanlar 

təzəcə döyülürdü. Eləsi də olurdu ki, heç kəsi yaxına buraxmırdı. Amma elələri də vardır 

ki, hoppanıb ağacın budağını qırır, yazıq ağacı şil - küt edirdilər. Bu birinci dəfə idi ki, öz 

oğlunun gözlərindəki təmizlikdən, şəffaflıqdan Ziyad xanın nəfəsi belə tıncıxırdı. (Anar) 

Elə  olmalıdır  ki,  heç  kəs  fağır,  kasıb  olmasın,  birisi  o  birisinin  əlinə  baxıntı  olmasın! 



14 

 

(“Aləmdə səsim var mənim” romanı, Ə.Cəfərzadə). 



 

Ən qəribəsi bu olmuşdu ki, Ziyad 

xan özü də həmin əzab-əziyyətlərinin səbəbini bilmirdi. (Anar)  

Qeyd: Mübtəda budaq cümləsinin birinci tipində bəzən baş cümlədən sonra gələn 

budaq cümlələr həmcins olur. Yəni baş cümlədən sonra bir neçə budaq cümlə gəlir. Buna 

həmcins budaq cümləli polipredikativ mübtəda budaq cümləsi də deyilir. Bu qəbildən olan 

mübtəda budaq cümlələrin baş cümləsində o, bu, burası, belə və s. əvəzliklər işlənir. Həm-

cins budaq cümlələr isə həmin əvəzlikləri izah edir, aydınlaşdırır. Məsələn: Burası da çox 

mühümdür ki, hərtərəfli inkişaf etmiş intibah adamları dövrün irəli sürdüyü tələblər və 

məsələlərlə  yaşayır,  mübarizələrdə  yaxından  iştirak  edir...  hər  kəs  bacardığı  kimi,  qə-

ləmlə, silahla, sözlər və ya hamısı ilə birlikdə çalışır, vuruşurdu. (Anar). 

Bəzən həmcins budaq cümlələr baş cümlədə iştirak etməyən mübtədanı izah edir, 

aydınlaşdırır. Məsələn: Doğraram o it küçüyünü, bircə bu qalmışdı ki, şamaxılıları mənim 

üstümə  güldürsün.  (“Aləmdə  səsim  var  mənim”  romanı,  Ə.Cəfərzadə). 

 

  Heç  fikrimə 



gəlmədi  ki,  illər  keçir,  Manya  da  başqaları  kimi  böyüyür, pioner  yaşı  bəlkə  də  çoxdan 

ötüb. (Anar) 

Polipredikativlik məktəb qrammatikalarında, ali məktəb dərsliklərində “çoxkompo-

nentli”, “bir neçə budaq cümləli”, “qarışıq tipli mürəkkəb cümlələr” adları altında şərh 

edilmişdir.  

İkinci tip. Mübtəda budaq cümləsinin ikinci tipində budaq cümlə əvvəl, baş cümlə 

sonra işlənir. Budaq cümlə baş cümləyə kim, kim ki, hər kim, hər kim ki, hər kəs, hər kəs 

ki,  kimə  ki,  kimi  ki,  hər  nə,  hər  nə  ki  və  s.  bağlayıcı  sözlərlə  bağlanır.  Baş  cümlədə 

mübtəda vəzifəsində mübtədanın qəlibi kimi qarşılıq bildirən o sözü işlənir. Buna korrelat 

söz  də  deyilir.  Budaq  cümlə  qarşılıq  bildirən  sözü  izah  edir.  Məs.:  Kimə  ki,  məktub 

gələrdi, o, hədsiz dərəcə də sevinərdi. Kim ki, iş üstündə ürək əridir, o, gülşənə döndərir 

bomboz  çölləri.  Kimin  ki,  ağlı  var,  o  bir  qaydada  yaşar.  Nə  tökərsən  aşına,  o  çıxar 

qaşığına.  (atalar  sözü)  Qapıdan  çıxanda  dedi:  “–  Fuad,  kim  ki,  öz  işinə  məsuliyyətlə 

yanaşır, o uğurlu nəticələr əldə edir”. (Anar)  

Kim ki, xalqı bir gecə əqli ilə şad etdi,  



15 

 

O, demək, sabahkı evini abad etdi. (N.Gəncəvi)  



Belə  halda  budaq  cümlənin  sonunda  -sa

2

  şəkilçisi  də  işlənə  bilir.  Həm  də  -sa



2

 

şəkilçisi  bağlayıcı  sözdəki  ki  ilə  növbələşir:  -sa



2

  olduqda  ki  olmur,  ki  olanda  isə  -sa

2

 

olmur.  Məs.:  Kim  onun  buyruğuna  əməl  eyləməsə,  məndən  aman  gözləməsin.



 

Əgər 


qulyabanı varsa, yəqin qış aylarında gəlib bizim həyətdə yaşayır. (“Qətl günü” romanı, 

Y.Səmədoğlu).  Sona,  şerimi  sənin  kimi  bir  dilbər  oxuyub  başa  düşürsə,  onu  sevib 

əzbərləyirsə, daha nə dərdim.

 

(“Aləmdə səsim var mənim” romanı, Ə.Cəfərzadə). Kim 



məşğul deyilsə, de gəlsin. (Anar) Kim özünü xalqın maariflənməsinə həsr edirsə, mükafatı 

özündə tapır, öz vicdanını təmizləyir.  

Bəzən qarşılıq bildirən söz işlənmir. Lakin təsəvvür edilir. Bəzən də baş cümlədə 

onun  əmələ  gətirdiyi  birləşmənin  ikinci  tərəfi  işlənir.  Məs.:  Hər  kəs  ki,  əcnəbilərin  və 

müsəlmanların da əhli-əyal və ər-örvət işlərindən yaxşıca xəbərdardır, mənim sözlərimi 

başa düşər. Fərəhgilə nə qədər elçi gəlirdisə, hamısı kiçik qızı seçirdi. (Anar). 

Qeyd: Mübtəda budaq cümləsinin ikinci tipində bəzən baş cümlədən əvvəl gələn 

budaq cümlələr həmcins olur: kim ki, dilxorçuluğa düçar oldu, bir-iki stəkan araq içib 

özünə  gəlir. (“Qətl  günü”  romanı,  Y.Səmədoğlu).  Kim  torpağı  becərməyi  sevirsə,  kim 

bütün qüvvəsini bu işə verə bilirsə, o, torpağın ən yüksək mükafatına, məhsuldarlığa layiq 

olur. (Anar). 

Mübtəda budaq cümləsinin üçüncü tipindən də danışmaq olar. Bu tipdə yenə budaq 

cümlə əvvəl gəlir və baş cümləyə sual əvəzlikləri ilə bağlanır. Məs.: indi niyə belə eləyir, 

məlum deyil. Niyə gəlmir, məlum deyil. Nə üçün danışmır, bilmirəm. Nə təhər getdilər, 

bilinmir.  

Üçüncü tipdə olan bu cür cümlələri birinci tipə çevirmək mümkündür: Bilinmir ki, 

nə təhər getdilər. 

 

 



 

 



16 

 

Nəticə 

Tərtib  etdiyimiz  kurs  işinin  əsas  müzakirə  obyekti  “Tabeli  mürəkkəb  cümlələr. 

Mübtəda budaq cümləsi, tipləri” oldu. Tədqiqatı 2 istiqamərdə apardıq. İlk istiqamət tabeli 

mürəkkəb cümlələr və onlar haqqında ümumi məlumat, tipləri, növləri barədə oldu. Qeyd 

elədik  ki,  tərkibindəki  sadə  cümlələrdən  biri  qrammatik  cəhətdən  müstəqil,  digəri  isə 

ondan  asılı  olan  mürəkkəb  cümlə  tabeli  mürəkkəb  cümlə  adlanır.  İki  və  daha  artıq 

cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid bir tam kimi birləşməsi 

nəticəsində əmələ gələn cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.  

Bildirdik  ki,  tabeli  mürəkkəb  cümlədə  budaq  cümlə  baş  cümləyə  aid   olub  onu 

müxtəlif cəhətdən izah edir. Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində 

işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Budaq cümlə baş cümləyə bir 

sıra vasitələrlə bağlanır. 

Tədqiqatımızın  ikinci  istiqaməti  isə,  mübtəda  budaq  cümləsi  və  onun  tiplərini 

incələmək  oldu.  Qeyd  etdik  ki,  Mübtəda  budaq  cümləsi  ya  baş  cümlənin  olmayan 

mübtədasının  əvəzində  işlənir,  ya  da  baş  cümlənin  işarə  əvəzliyi  ilə  ifadə  olunmuş 

mübtədasının mənasını izah edib aydınlaşdırır.  

Öyrəndik  ki,  baş  və  budaq  cümlələrin  yerinə,  bağlayıcı  vasitələrə  görə  mübtəda 

budaq cümləsinin başlıca olaraq iki tipi vardır: Birinci tip -  bu tipdə baş cümlə əvvəl, 

budaq cümlə sonra işlənir. Budaq cümlə ya baş cümləyə yalnız intonasiya ilə, ya da ki 

bağlayıcı ilə bağlanır. İkinci tip - mübtəda budaq cümləsinin ikinci tipində budaq cümlə 

əvvəl, baş cümlə sonra işlənir. Budaq cümlə baş cümləyə kim, kim ki, hər kim, hər kim 

ki, hər kəs, hər kəs ki, kimə ki, kimi ki, hər nə, hər nə ki və s. bağlayıcı sözlərlə bağlanır. 

Baş cümlədə mübtəda vəzifəsində mübtədanın qəlibi kimi qarşılıq bildirən o sözü işlənir.  

Tədqiqat  apararkən  seçilmiş  nümunələr  “Liman”  romanı  (Anar),  “Qətl  günü” 

(Yusif Səmədoğlu), “Pillələr” (Əli Kərim), “Aləmdə səsim var mənim” romanının (Əzizə 

Cəfərzadə) dili üzrə oldu. 

Kurs  işinin  sonunda  istifadə  etdiyimiz  ədəbiyyatların  (istinad  nöqtələrinin) 

siyahısını qeyd etdik.  



17 

 


Yüklə 268,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin