488. Tofiq Kazımov: [Azərbaycan Dram Teatrı – 100] /Azər-
baycan Teatr Cəmiyyəti.- Bakı: İşıq, 1974.- 5 s.
Broşürdə Tofiq Kazımovun İlyas Əfəndiyevlə yaradıcılıq
əməkdaşlığından bəhs edilmiş, tamaşalardan fotolar verilmişdir.
1977 489. Ədəbi proses – 76: [nəsr, poeziya, dramaturgiya, tənqid]
/red. hey.: M.Cəfər, K.Talıbzadə, Q.Qasımzadə, Q.Yaşar.- Bakı:
Elm, 1977.- 157 s.
Kitabın “Dramaturgiya” adlı bölməsində İlyas Əfəndiyevin
mövzu haqqında fikirləri verilib [S.90,150].
490. Məmmədov, M. Teatr düşüncələri: Teatr. Teatr və dra-
maturq. Teatr və aktyor /Mehdi Məmmədov; red. Kamal Talıbza-
də.- Bakı: İşıq, 1977.- 230 s.
Kitabda İlyas Əfəndiyevin əsərlərindən [S.13], əsərlərinin
C.Cabbarlı adına Kirovabad Dövlət Dram teatrında səhnəyə
qoyulan tamaşalarından söhbət açılır [S. 42,189, 216].
491. Nəbiyev, B. Böyük Vətən müharibəsi və Azərbaycan
ədəbiyyatı /Bəkir Nəbiyev; red. Qasım Qasımzadə.- Bakı: Elm,
1977.- 328 s. Kitabda “İntizar” pyesi [S.105, 137, 145] və “Durnanın gü-
nahı” hekayəsi [S.134] təhlil edilir.