Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə14/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   10   11   12   13   14   15   16   17   ...   788
ei b

Qara Qarayev heç bir zaman unudulmayacaq. Ü.Hacıbəyo-
vun başladığı böyük və tarixi işi yeni yüksəkliyə qaldıraraq azəri 
musiqisini ən qabaqcıl dünya musiqi mədəniyyəti xəzinəsinə daxil 
etdi... Qara Qarayevin musiqisində azəri xalqının milli ruhu ilə 
müasir mədəniyyətin ab-havası, müasir mütərəqqi ideyalar təbii 
bir gözəlliklə birləşmişdir. 
 
*** 


Èëéàñ ßôÿíäèéåâ 
 
28 
Həqiqi sənətkar səmimi olmaya bilməz. Xalq isə bu səmimiy-
yəti duymaqda fövqəladə  həssaslığa malikdir. Xalq, deyək ki, 
dünya satirik poeziyasının  ən amansız nümunələrini yaratmış, 
böyük Sabirdəki el dərdini duyduğu üçün ürəyində onun əbədi 
abidəsini yaratmışdır. Sənətkar səmimiyyəti sehrkar bir qüvvəyə 
malikdir. Heç bir tərif, heç bir movzəçilik onu əvəz eləyə bilməz... 
Şaiqə sönməz maraq və hörmətin də əsl sirri bundadır! 
Biz ilk dəfə gözümüzü Abdulla  Şaiq  şeirləri, nağılları ilə 
açmışıq. İllər keçəcək, yeni-yeni nəsillər gələcək, Şaiq bizim üçün 
olduğu kimi, onlar üçün də həmişə əziz olacaq. 
 
*** 
Səmədin dili sanki Vətənimizin hər gülündən bir rəng, hər çi-
çəyindən bir ətir almışdır, sanki suların almaz parıltısından, dağ-
ların  əzəmətindən, Azərbaycan günəşinin həyatverici istisindən 
gözəllik və qüvvət almışdır... 
Bu ahəng, bu musiqi, bu sadəlik sanki qəlbimizdə  çırpınan 
duyğuların özüdür. 
 
*** 
O zamankı həyatın elə bir gizli guşəsi qalmamışdır ki, Sabir 
satirasının projektoru ora düşüb, gözəgörünməz mikroblar kimi 
hərəkət edən yaramazları  işıqlandırıb atəşə tutmasın. Onun 
yaradıcılığı sonsuz surətlər silsiləsinə malikdir. 
 
*** 
Məlumdur ki, şairin hökmü bədii təfəkkürün tərliyindən, ro-
mantik reallığından, zamanın pozitiv həqiqəti düzgün duymasın-
dan irəli gəlir! Həmişə Süleyman Rüstəm şeirinin forması məz-
mundan doğur, pafosun, coşğunluğun, fikrin vuruş sürətinə tabe 
olur. 
 
*** 
Azərbəycan sovet poeziyasının yüksəlişində,  şeirimizin zən-
ginləşməsində, saflaşdırılmasında Rəsul Rza yaradıcılığının tari-
Áèáëèîãðàôèéà 
 
29 
xi xidməti vardır. Onun poeziyası  hər cür sadəlövh fəlsəfəçiliyə, 
saxta xəlqiliyə, ucuz heyranlığa zidd olan, həyatın real hadisələ-
rindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan 
poeziyadır. 
Nə  qədər ki, dilimiz yaşayır, nə  qədər ki, poeziyaya mənəvi 
ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq. 
 
*** 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin