Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə15/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   11   12   13   14   15   16   17   18   ...   788
ei b

Osman Sarıvəllinin tərənnüm etdiyi hisslərdə, həyat lövhələ-
rində daima insana xoş gələn bir təravət vardır. Onun rübabının 
səsi qocalara da, cavanlara da, ziyalılara da, azsavadlılara da 
təsir edir, həyəcanlandırır... Onun şeirlərindəki duyğular bahar 
gecələrinin ətirli nəsimi kimi ürəkləri oxşayır. 
 
*** 
Mir Cəlalın... geniş  və xeyirli yaradıcılığı haqqında düşün-
məmək mümkün deyildir... О, nədən yazırsa yazsın, daim səmimi 
olmuş, daim özünə, öz məslək və vicdanına sadiq qalmışdır. 
Mən hələ yazıçı olmadığım zamanlarda onun əsərlərini diq-
qətlə izlərdim. Mir Cəlalın əsərlərindəki səmimiyyət, doğruçuluq 
və ilıq həyati yumor həmişə məni cəzb edərdi. 
 
*** 
Siz həyatınızı dünyada ən yüksək, ən nəcib bir ideal uğrunda 
mübarizəyə  sərf etmişsiniz. Sizi xatırlayarkən, bizim xəyalımıza 
gələn ilk düşüncə, ilk fikir bu olur. Xalq məhəbbəti, xalq sevgisi 
sizin birinci bəşəri xüsusiyyətiniz olmuşdur. 
Budur, mən keçmişin səhifələrini vərəqləyərkən, nəzərlərim 
sizin – gözəl insan, fədakar maarifçi, səmimi yazıçı  Süleyman 
Saninin üzərində dayanır və düşünürəm ki, bu nəcib insanın dün-
yada qələmi ilə xalqından başqa heç nəyi, heç bir arzu və diləyi 
olmamışdır.  
 
*** 


Èëéàñ ßôÿíäèéåâ 
 
30 
Eyni sözləri istedadlı  şairə  Mirvarid Dilbazi haqqında da 
demək olar. Vətənə, xalqa bağlılıq, heyranlıq onun şeirlərində 
sanki incə bir musiqiyə çevrilir. Bu musiqidə elə bil ki, bahar su-
larının şırıltısını, yenicə qayıtmış sığırçınların, qaranquşların hə-
yəcanlı səslərini eşidirik. Ağ, çəhrayı meşə çiçəklərinin rayihəsini 
duyuruq. Şairədə Azərbaycan təbiətinə bir vurğunluq vardır və az 
qala bu nəcib hiss onun zərif şeirlərinin bir leytmotivinə çevrilir.  
 
*** 
Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında görkəmli 
xidmətli olan şairlərimizdən biri də  Zeynal Cabbarzadədir. O, 
həm böyüklər, həm də kiçiklər üçün yazan, rəvan bədii dilə, lirik 
ahəngə malik məhsuldar bir şairdir. Onun onlarca gözəl mahnı-
lar kimə məlum deyil? O, həmişə səmimi və açıq qəlblidir.  
 
*** 
Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtə-
lif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında 
göstərdiyi ustalıq, məharət və incəlik mənə о qədər təsir etmişdi 
ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün 
qabağından çəkilmirdi...  О azərbaycanlı Xuramanı necə  təbii 
yaradırsa, rus qadını Katerinanı da elə koloritik və gözəl ifa edir. 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin