Adil İsgəndərov öz işində, necə deyərlər, bütöv sənətkar idi.
Onun quruluşlarında həll olunmamış mətləbə, tamamlanmamış epizoda rast gəlmək olmazdı. Heç bir detal onun nəzərindən ya- yınmazdı. O, realist bir sənətkar olmaqla bərabər, romantik idi. Onun səhnə realizmi qanadlı, şairanə bir realizm idi. Stanislavski üsulunu, Moskva Bədaye Teatrının ənənələrini yaradıcı şəkildə bizim akademik teatra gətirən, bu ənənələri Azərbaycan xalqının temperamenti ilə, Azərbaycan koloriti ilə birləşdirərək, məhz milli ruhda inkişaf etdirən böyük rejissorumuz Adil İsgəndərov olub. ***