“Azərbaycan”ın keçdiyi yol bizim hər birimizin mənəvi həya-
tı ilə bağlı olmuşdur... Biz balaca bir rayon şəhəri olan Füzulidə yaşayırdıq... Elə bil ki, о, hələ məktəb masasında oturan bizi bö- yük, geniş xarici dünya ilə bağlayırdı... Bizim ilk əsərlərimizi də xalqa о tanıtdırdı. “Gözlənilməyən sevgi” adlı ilk hekayəm onda nəşr olunanda aldığım məktublar, vurulan zənglər, о zaman heç kəsin tanımadığı bir gənc olan məndə yaratdığı hisslər indi də yadımdadır. *** İsa Hüseynovun əsərlərini həmişə maraqla oxuyur və izləyi- rəm. Onun yazı manerasındakı sadəlik, şairanəlik və xalq ruhu mənə bir oxucu, bir yazıçı kimi xoş gəlir, hiss edirəm ki, o yazar- kən çətinlik çəkmir, özünü yormur, hadisələrin təbii axını ilə gedərək, həyatdakı mühüm cəhətləri, xüsusiyyətləri nəzərdən qa- çırmır. Hiss olunur ki, o, insan əhvali-ruhiyyəsinə, münasibətləri-
Èëéàñ ßôÿíäèéåâ
32
nə dərindən nüfuz etmək, onları bir yazıçı kimi açıb göstərmək istəyir. O, öz qəhrəmanlarını yaxşı bildiyi, yaxşı tanıyıb duyduğu kənd həyatından seçir və təsvir edir. *** Həqiqi bütöv insan qəflətən öləndə, elə bil ki, meşədə qüdrət- li bir palıd yıxılır.