37
İlyas Əfəndiyev öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qala-
raq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərir.
Mehdi Hüseyn, Xalq yazıçısı
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rənga-
rəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz
gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar
toplu və dolğun bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zə-
rifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib xüsusiyyətlə-
rə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun
çıxmasına, süjet ve kompozisiya bütövlüyünə ciddi diqqət yetirir,
böyük əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin
maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin müka-
fatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət
edə bilməz.