İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının
münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qar-
daş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə
mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır...
İlyas nəsri onun dramaturgiyasına, dramaturgiyası da onun nəs-
rinə dayaq durur, kömək göstərir. İlyasın nəsri də, dramaturgiyası
da ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər
onun romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi
olsun, heç birisi səni - oxucunu yormur...