Èëéàñ ßôÿíäèéåâ
38
deyildir. Bu keyfiyyətin, ideya-bədiilik vəzninin özü əsl me-
yardır.
Mehdi Məmmədov,
SSRİ Xalq artisti, professor
İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhət-
lərinə xüsusi diqqət verir və qələmə alır. Onun qəhrəmanları döv-
rümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb yarat-
maqdan, xarüqələr yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət,
gözü-könlü tox, halal əməklə ömür sürən, əliəyrilərə, gözüdağı-
nıqlara, vəziyyətdən sui-istifadə edən şöhrətpərəstlərə qarşı barış-
maz olan bu adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə
yol tapır, özünü sevdirir.
Əli Vəliyev,
Xalq yazıçısı
Azərbaycan Dövlət Akademik Dram Teatrının son otuz ildə-
ki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil...
Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasir-
lik var. Bu müasirlik isə həyatımızın daxili məzmunundan, onu
irəli aparan qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin kon-
fliktlərindən, poeziyadan doğur... İlyas Əfəndiyevin dramaturgi-
yasında realizm və romantika, sərt həyat həqiqətləri ilə şeiriyyət
həmişə vəhdət təşkil edir.
Dostları ilə paylaş: