İlyas Əfəndiyevin - əsl roman ustasının müşahidəçilik qabi-
liyyəti, təbiəti sənətkar gözüylə görmək məharəti diqqəti cəlb
edir. Məsələn, hələ iyirmi il bundan əvvəl “Dağlar arxasında üç
dost” romanını oxuyarkən, kiçik bir səhnəciyin təbii, inandırıcı
təsviri – dağlarda gecə, otaqdan bayıra düşən və qar üstündə yu-
xarıdan aşağı uzanan işıq zolağının təsviri, dağa qalxanların bu
işıq zolağını arabir yarması... o qədər ustalıqla işlənmişdir ki, indi
də elə bil, gözümün önündədir. Rəssam dili ilə desək, bu səhnə
birbaşa naturadan çəkilmişdir.