Mikayıl Abdullayev,
SSRİ Xalq rəssamı Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir.
Cəfər Xəndan, professor
Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların
əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və mütəqabil mü-
nasibətlərini vermiş, yaddaqalacaq obrazlar silsiləsi yaratmışdır.
Əli Sultanlı, professor
O, Kommunist Partiyasına daxil olmadı. Çünki əqidəsinə
zidd gedə bilmirdi... O, mənə inanırdı və mən də çəkinmədən ona
ürəyimi açır, içində yaşadığım rejimə nifrətimi bildirirdim. Çünki
onun saflığına, xarakterik bütövlüyünə və ən ümdəsi də mənim
kimi totalitar rejimə nifrət etdiyinə çox yaxşı bələd idim. Bir
sözlə, İlyas Əfəndiyev həm yazıçı həm də insan kimi bütöv və
özünəməxsus bir xarakterə malik olan kamil bir şəxsiyyət idi.