İlyas Əfəndiyev dahi Cəfər Cabbarlıdan sonra milli səhnəmi-
zin çətin, ağır və şərəfli yükünü az qala yarım əsr öz çiyinlərində
apardı və Cəfərdən sonra ikinci nəfəs verdi, milli teatrımızı yeni
zirvələrə qaldırdı, özünün İlyas Əfəndiyev teatrını yaratdı.
Cabir Novruz, Xalq şairi
Böyük sənətkarlıq səriştəsinə və zəngin təxəyyülə malik İlyas
Əfəndiyev həqiqəti bir an da unutmur, tariximizdə bu günümü-
zün, bugünümüzdə isə tariximizin problemlərini əks etdirir.
Fərəməz Maqsudov, akademik Áèáëèîãðàôèéà
41
İlyas müəllim böyük yazıçı olmaqla yanaşı, həm də böyük el
ağsaqqalı idi... Onda olan qaynar həyat eşqi məni sevindirirdi –
ölümün ondan çox-çox uzaqda olduğunu zənn edirdim. Lakin bir
gün... eşitdiyim xəbər məni sarsıtdı... Çünki Azərbaycan, Azər-
baycan xalqı, xüsusilə ədəbiyyat və teatr həvəskarları qüdrətli
sənətkarı itirmişdi. Bəli, amansız ölüm öz sözünü demişdi: artıq
o, yox idi. Nə etmək olar? Bu, həyatın dəyişməz qanunudur.