Qulu Xəlilov, professor Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cab-
barlıdan sonra teatrımız üçün yananlardan biri də İlyas Əfəndiyev
olmuşdur. Onun bütün əsərlərində... al-əlvan rənglərə, naxışlara
rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə
malik sənətkarlardandır. Həm də, mən deyərdim ki, elə bəstəkar
qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə
xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda
qalırlar.
Səid Rüstəmov, Xalq artisti, bəstəkar
İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş
verən təbəddülatı əks etdirməyə çalışan, psixoloji ziddiyyət və
çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun
əsərlərində xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt
xatirinə düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanlarının
səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini psixo-
loji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görü-
nən konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə zən-
ginləşdirir.