Elə sənətkarlar var ki, yaratdığı əsər, fərqi yoxdur, pyes ol-
sun, tablo olsun, musiqi olsun, insanı düşündürür, onun hislərinə
hakim kəsilir, gözəlliklər aləminə çəkib aparır, haqq-ədalət uğ-
runda mübarizəyə səsləyir, həqiqəti axtarıb tapmaqda ona kömək
edir.
Mənim hörmətli dostum İlyas da belə sənət adamlarındandır.
Tahir Salahov,
SSRİ Xalq rəssamı
Sevimli Xalq yazıçımız İlyas Əfəndiyevin əsərləri dağlar
arxasındakı uzaq dağ kəndlərində, sonsuz görünən yeniyetməlik
və gənclik illərində bizim yaxın dostumuz olmuşdur.