Polad Bülbüloglu,
Xalq artisti, bəstəkar İlyasın yoxluğuna inana bilmirəm. İlyasın indi də haradasa,
sakit bir guşədə əyləşib bizi heyrətə gətirən yeni əsər yazdığına
Áèáëèîãðàôèéà
45
ümid bəsləyirəm. Allah sənə rəhmət eləsin, qardaşım, sən onun –
o böyük Allahın sənə bağışladığı qənirsiz istedadı xalqından,
millətindən əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran, nə-
yisə demədim deyə, düşünməyə bilərsən. Qardaşım sən o Allahın
neməti olan yaradıcılığını bol-bol verdin insanlara. Ruhun şad
olsun!
Əzizə Cəfərzadə, yazıçı, professor
İlyas Əfəndiyev mənim “Qarğış” povestim barədə “Açıq
məktub” yazmışdı... Onda – mənim ümidsizlik bataqlığında tək-
tənha, min bir şübhə, qayğı, çaşqınlıq içində çapalayan anımda –
gözəgörünməz kömək əlini uzadıb, məni o bataqlıqdan çıxarmışdı
və bu işi heç bir məna güdmədən, təmənnasız, yalnız Böyük Ədə-
biyyat naminə etmişdi. Mən bu hadisədən sonra bir daha o şübhə
və çaşqınlıqlar bataqlığına düşmədim və bugünəcən də məni min
bir bataqlıqdan çox-çox uca nöqtələrdə saxlayan qüvvələrdən biri
– bəlkə də, ən qiymətlisi İlyas müəllimin həmin o məktubunun
məndə yaratdığı ədəbiyyata və özümə inam hissidi yəqin...
Afaq Məsud, yazıçı
İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və
yanıqlıq var. “Unuda bilmirəm”də Nərmini xatırlayın. Görün bu
qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun
üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox
səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amaliya olan-
da təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə
alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini
onlara bəxş etmişdir.