İlyas müəllim, mən sizinlə birgə işlədiyim birinci tamaşadan
– “Büllur saray”dan tutmuş sonuncu tamaşa – “Hökmdar və
qızı”na qədər böyük bir mənəvi dünya qazandım. Bu dünya çox
ülvi, çox işıqlı, çox böyük, çox zəngin idi...
Nə yaxşı ki, mənim sənət dünyamda Siz varmışsınız, İlyas
müəllim. Əlvida! Ürəyimdə qoyub getdiyiniz bu işıqlı xatirələr
üçün sağ olun!
Bəsti Cəfərova, Xalq artisti Áèáëèîãðàôèéà
47
Əziz İlyas müəllim! Siz çiyinlərinizi, ürəyinizi, həyatınızı
verib Azərbaycanı XXI yüzilliyin astanasına gətirib çıxardınız.
...Qəbriniz nurla dolsun, Torpağınız nur olsun! Daha gözəl
bir dünyada görüşənədək, İlyas müəllim!