İlyas Əfəndiyevin ədəbi yaradıcılıq portreti üçün nəzərdə tu-
tula biləcək cizgilər çoxdur, onları saymaqla qurtarmaz. Lakin hə-
min cizgilərin hamısı üçün ümumi olan, onların hamısına aşılan-
mış bir keyfiyyət var: vüsət və şairanəlik.
Əkbər Ağayev, tənqidçi, professor
İlyas Əfəndiyev müasirlərimizdən yazır. Cəmiyyətin inkişa-
fının müxtəlif mərhələlərində inqilabın qələbəsi və elmi-texniki
inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi, iqtisadi-
mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axta-
ran müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun əsas
bədii tətbiq hədəfıdir.