Èëéàñ ßôÿíäèéåâ
48
İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar dərc edilmiş
məqalələrdən səmimi ürək sözləri
Böyük sənətkarımızı, xalqımızın ən işıqlı övladlarından biri-
ni - İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinə yara-
şan şərəfli, namuslu yazıçı ömrü sürdü.
Həm də namuslu ömür
sürdüyünü özü bəyan etmirdi, qələmindən ayrılmadan son günlə-
rinəcən
halal zəhmətiylə, hər cürə intriqalardan, həsəddən və nif-
rətdən uzaq bir aləmdə - sənət dünyasında yaşadığı həyatıyla sü-
but edirdi. Nəsrimizin ən dəyərli örnəklərindən olan “Geriyə bax-
ma, qoca” romanını yaratmış İlyas müəllim Qarabağda
keçən
uşaqlığını, gəncliyini, ömrünün gerisində, keçmişində qalmış elat
yaşamını canlı səhnələriylə, koloritli simalarıyla, dəqiq ayrıntıla-
rıyla həmişə xatirələrində saxlayırdı, amma o,
sənətimizin üzü ge-
riyə yox, irəliyə baxan mütərəqqi fədaisi idi.
İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaş-
ları, çiyindaşları uyuduğu
torpaqda, onların yanında, onların əha-
təsində əbədiyyətə qovuşdu.
İlyas Əfəndiyevin ölümü - ədəbiyyatımız üçün, teatrımız
üçün böyük itkidir. Və şəxsən mənim üçün də ağır itkidir. O, vali-
deyn, indiki zamanda gündüz çıraqla axtarılan ziyalılardan idi.
Atamın dostu və dostumun atası.
Anar,
Xalq yazıçısı
İlyas müəllimin əsərlərini oxuyarkən onun böyük obrazı,
onun insanlıq xüsusiyyətləri istər-istəməz adamın gözü qarşısında
canlanır. Çox maraqlı bir faktdır ki, onun Qarabağa aid olan, ha-
mımızın böyük dərdi olan bu torpaq haqqında “Hökmdar və qızı”
pyesinə - bu son əsərinə,
elə bil ki, özünün bütün ustalığını, bütün
Áèáëèîãðàôèéà
49
təcrübəsini sərf etmişdir. Və çox heyif olsun ki,
özü bu əsərin
tamaşasını görə bilmədi. Dünyasını dəyişəndən sonra əsər səhnə-
yə qoyuldu. Məncə, İlyas müəllimin gözəl əsərləri içərisində iki
əsəri də burada – bizim yanımızdadır: Elçin müəllim və Timuçin
müəllim. Xalqımız üçün iki belə oğul böyütmək də vətəndaşlıq-
dır. İlyas Əfəndiyev dühası ölməzdir...
Dostları ilə paylaş: