Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından bir il keçir. Düz
bir ildir ki qədirbilən oxucular və tamaşaçılar onun nurlu üzünə,
mehriban səsinə həsrət qalıblar... lakin əsl sənətkar ölümündən
sonra yenidən doğulur. Bu mənada İlyas Əfəndiyevin əbədilik
qazanmış ömrü yenicə başlayıb.
Hüseyn Abbaszadə, Xalq yazıçısı
“İlyas Əfəndiyevin Azərbaycan teatrı, dramaturgiyası önün-
dəki xidmətləri” – deyə düşünəndə, göz önünə Çexovun rus mə-
dəniyyəti üçün etdikləri gəlir.
Xan Rəsul, publisist
Neçə-neçə sənət fədaisi haqq dünyasına qovuşub. Amma
İlyas Əfəndiyevin itkisi bir an belə unudulmayıb...
Əsərlərinin əksəriyyəti ilə tanış olsaq da, hərdən mənə elə
gəlir ki, İlyas Əfəndiyev irsini lazımi səviyyədə mənimsəməmi-
şik. Yoxsa... Yoxsa bu günə düşməzdik, vallah... “Üçatılan”ı si-
nəmizə basıb “Dağlar arxasında üç dost” olardıq. “Geriyə bax-
ma”zdıq ölsək də...
Mamırlı daşlarla döş-döşə durub, “Söyüdlü arx”larımızı kişi
kimi qoruyardıq. Yoxsa Şuşanın “büllur saray”larında özümüz
əyləşərdik. “Xurşidbanu Natəvan”ın ruhu qarşısında xəcalət çək-
məzdik. “Mahnımız dağlarda qalmazdı” heç vaxt. Odur ki, İlyas
Èëéàñ ßôÿíäèéåâ
50
Əfəndiyevi oxuyaq, oxuyaq, oxuyaq... Oxuduqca ona Ulu Tanrıdan
rəhmət diləyək.
Şərif Ağayar şair, yazıçı
Mən inanıram ki, söz yaşadıqca, İlyas müəllim də yaşayacaq.