Fərhad Xəlilov, Xalq rəssamı İlyas Əfəndiyevin əsərləri ilə bir çox rejissorlar, aktyorlar
yetişib. Bizim nəslimizdə, demək olar ki, az-çox yaradıcılığımız
bilavasitə İlyas Əfəndiyevin əsərləri ilə bağlıdır. Şəxsən mənim
ifa etdiyim surətlərin əksəriyyəti İlyas Əfəndiyev sənətinə məx-
susdur. Bu gün də İlyas müəllimin əsərləri bizim teatrımızda bö-
yük müvəffəqiyyətlə gedir.
Əliabbas Qədirov, Xalq artisti
Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfən-
diyevin yaradıcılığından söhbət açan tanınmış ədəbiyyatşünas,
akademik Yaşar Qarayev İlyas Əfəndiyevin şeir yazmadığını xü-
susi vurğuladıqdan sonra, “İlyas Əfəndiyevin lirikası Azərbay-
canda bugünkü milli ədəbi hərəkatın üslub əlvanlığı və forma
zənginliyini qabarıq şəkildə əks etdirir” qənaətini cəsarətlə bəyan
edir. O yazır: “əlbəttə, mübahisə etmək olar ki, İlyas Əfəndiyev
daha çox ədibdir, yoxsa şairdir?” lakin bir şey mübahisəsizdir:
İlyas Ərfəndiyev hər şeydən əvvəl, bir lirikdir, şairanə istedad və
üsluba malikdir.”
Abid Tahirli ədəbiyyatşünas alim, professor
Ustad! Nurlu siman, işıqlı fikrin, güclü əhəmiyyətə malik
əməllərin, xalqımız üçün gördüyün əvəzsiz işlərin yaddaşımda
oyandıqca sənə min rəhmət oxuyuram, məzarın nurla dolsun, de-
yirəm. Bununla bahəm ay ustad! Özümdən də asılı olmayaraq
Áèáëèîãðàôèéà
51
sənə “çox sağ ol” deyirəm, yaşa deyirəm. Xalqımız üçün, vətəni-
miz üçün gördüyün bütün işlər üçün, cəfakeşliyin, fədəkarlığı
üçün çox sag ol! Yaşa, yaşa!