İstər sağlığında, istərsə də dünyasını dəyişdikdən sonra gör-
kəm_li yazıçımız İlyas Əfəndiyev barəsində həmişə mükəmməl
məqalələr yazılıb, yaradıcılığı müxtəlif yönümdən təhlilə çəkilib.
İlyas Əfəndiyevin Azərbaycan nəsrinə gətirdiyi yeni nəfəsdən,
teatrşünaslar isə onun səhnəmizə töhfə etdiyi pyeslərindən söz
açıb... Onun haqqında yazırlar ki, İlyas Əfəndiyev 82 il yaşadı.
Amma mənə elə gəlir ki, yazıçı ömrü haqqında son həddin özü
düz deyil. İlyas Əfəndiyev əbədi yaşayır. Çünki onun ədəbiyyat
gülüstanımızda cücərtdiyi, yetişdirdiyi gül-çiçəklər həmişə ətirli
və solmazdır.