Microsoft Word ilyas efendiyev met doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə47/788
tarix31.12.2021
ölçüsü1,96 Mb.
#112945
1   ...   43   44   45   46   47   48   49   50   ...   788
ei b

Mahirə Ramilqızı 
publisist 
 
Bu qəfil xəbər hamını sarsıtdı. İlyas Əfəndiyev vəfat etmiş-
dir. İlyas müəllimin adı gələn kimi, gözüm önündə kitablar yox, 
böyük bir kitabxana canlanır. Bu kitabxanadakı kitabların hamı-
sına “İlyas Əfəndiyev” yazılmışdı... 
Atababa İsmayıloğlu 
publisist 
 
Cəfər Cabbarlı, Səməd Vurğun əsərləri ilə sənət zirvələri fəth 
edən görkəmli aktyorlar, rejissorlar yetişdikcə dünyaya meydan 
oxuyurdu Akademik Teatr. Sənəti, sənətkarı ilə öyünürdü xalq... 
Vaxtsız ölüm dahilərin ömrünə son qoyanda sənət meydanı boş 
qalmadı. Afişalarda yeni imza aradı qədirbilən tamaşaçılar. İlyas 
Əfəndiyev “Bahar suları”, “Mənim günahım”, “Xurşidbanu 
Natəvan”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Unuda bilmirəm”, 
“Büllur sarayda”, “Atayevlər ailəsi”, “Məhv olmuş gündəliklər”, 
“Bizim qəribə taleyimiz”, “Mahnı dağlarda qaldı”, “Sən həmişə 
mənimləsən”... Sapa düzülürdü bir-birinin ardınca inci, mirvari 
əsərlər. Sevilirdi, yetişirdi aktyorlar... 
Deyirlər hər  əsərini övladı sayırdı  İlyas müəllim.  Əlindən 
tutub gətirirdi sənət ocağına və pərvazlanana qədər gözdən qoy-
mazdı. Tamaşaçı zalında öz yeri olardı İlyas müəllimin. Onu öz 
yerində görməyəndə özlərini narahat hiss edərdilər ifaçılar. 


Èëéàñ ßôÿíäèéåâ 
 
54 
Sənətin inci düzümünə düyün vuruldu. Allah rəhmət eləsin 
İlyas müəllimə!.. 
Ancaq ifaçılar o yeri boş görəndə çox narahat olacaqlar... 
Əlindən tutub gətirdiyi  əsərləri  İlyas müəllimsiz oynayacaqlar... 
Sənətsevərləri narahat edən bir şey olacaq: Cəfər Cabbarlı, 
Səməd Vurğun,  İlyas  Əfəndiyev... Bəs indi kimin adı aranacaq 
afişalarda? 

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   788




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin