İlyas müəllim, Siz öz böyüklüyünüzü gələcək nəsillərə sözü-
nüzlə sübut edəcəksiniz. Şahnazın, Aynurun, Nərminin məhəbbə-
ti illəri, əsrləri adlayacaq, gələcək nəsilləri də beləcə riqqətə gəti-
rəcək. Təkcə məhəbbətmi? Bəlkə mən vətən, torpaq həsrətini
unutdum? İlyas müəllim, Siz Natəvan sevgisi və qeyrəti ilə gələ-
cək nəsillərə Qarabağ yanğısından söhbət açdınız. Heç kəsin cə-
sarəti çatmayanda Sizin qələminiz qılınc kimi parladı və bizə o
illərin həqiqətini söylədi... Bəs Cənub həsrəti...
Dünyanızı dəyişsəniz də, mən Nargilənin diliylə belə deyi-
rəm: “... Siz həmişə mənimləsiz.” “Axı, mən Sizsiz necə yaşaya
bilərəm?” Siz həmişə bizimləsiniz, İlyas müəllim!..”